Məhkəmə qərarları › İş №3(023)-258/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-258/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-258/2024 24.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş digər sənədlərə əsasən, Şəxs 02 iyul 2024-cü il tarixdə saat 10:00 radələrində Qazax şəhəri, H.Əliyev preospektində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə məhkmə iclasına göstərmişdir ki, 02 iyul 2024-cü il tarixdə saat 10:00 radələrində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Qazax şəhəri, H.Əliyev prospektində yoxlama aparılan zaman həmin ünvanda yerləşən fərdi sahibkar Şəxs məxsus “Ulya Gözəllik salonu” adlı obyektdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində ona verilən xx.xx.2024-cü il tarixli yazılı göstərişi vaxtında və tam yerinə yetirməməsi müəyyən edildi. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkmə iclasına göstərmişdir ki, 02 iyul 2024-cü il tarixdə saat 10:00 radələrində Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən Qazax şəhəri, H.Əliyev prospektində yoxlama aparılan zaman həmin ünvanda yerləşən ona məxsus “Ulya Gözəllik salonu” adlı obyektdə açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində ona verilən xx.xx.2024-cü il tarixli yazılı göstərişi vaxtında və tam yerinə yetirməməsi müəyyən edilmiş eyni zamanda inzibati xəta haqqında protokol tərtib olunan zaman onun iştirakı təmin edilməmiş və inzibati xəta haqqnda protokolda onun izahatı qeyd edilməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş, Şəxs barəsində olan inzibati material natamam olduğundan, işə baxıb tamamlamaq mümkün olmadığından həmin material onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında inzibati xəta haqqında protokol tərtib olunan zaman və eyni zamanda inzibati xəta haqqında protokolda onun izahatının qeyd edilməməsini bildirmişdir. Belə olan halda işə baxıb tamamlamaq, iş üzə tam və obyektiv qərar qəbul etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material natamam olduğundan, işə baxıb tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinə geri qaytarılsın. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar