Məhkəmə qərarları › İş №3(023)-258/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-258/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-258/2025 04.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2, Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı Nümayəndə3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Fərdi Firmasının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" Fərdi Firmasının barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük idarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük idarəsindən "xxxx" Fərdi Firmasının (Qazax rayonu, Ağköynək kəndi) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanına Rusiya Respublikasın “Samur” gömrük postundan 99HF250/99ZB250 nömrə nişanlı nəqliyyat vasitəsilə təyinatı üzrə Tovuz Gömrük İdarəsinə gələn “elastik poliuretandan məsaməli süngərlər” yükü xx.xx.2025-ci il tarixli **********5783 sorğu nömrəli gömrük bəyannəmasi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Gömrük orqanı tərəfindən gömrük bəyannəməsinin rəsmiləşdirilməsi başa çatmadan “Saloğlu Fərdi” firmasının səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan nəqliyyat vasitəsinin gömrük təminatı vasitəsi olan plombu gömrük orqanının müvafiq razılığı olmadan qoparmış və nəqliyyat vasitəsindəki yükləri müəssisənin anbarında boşaldaraq, toxunulmadan saxlanılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Tovuz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2 izahatında bildirmişdir ki, "xxxx" Fərdi Firmasının ünvanına Rusiya Respublikasın “Samur” gömrük postundan 99HF250/99ZB250 nömrə nişanlı nəqliyyat vasitəsilə təyinatı üzrə Tovuz Gömrük İdarəsinə gələn “elastik poliuretandan məsaməli süngərlər” yükü xx.xx.2025-ci il tarixli **********5783 sorğu nömrəli gömrük bəyannəmasi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Gömrük orqanı tərəfindən gömrük bəyannəməsinin rəsmiləşdirilməsi başa çatmadan “Saloğlu Fərdi” firmasının səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan nəqliyyat vasitəsinin gömrük təminatı vasitəsi olan plombu gömrük orqanının müvafiq razılığı olmadan qoparmış və nəqliyyat vasitəsindəki yükləri müəssisənin anbarına boşaltmışdır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sisteminindən daimi istifadə hüququnun əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası haqqında fərmanının 3.1.7-ci bəndinin 2-ci hissəsinə əsasən gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirilməsi vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılmasına əsasən gömrük orqanının razılığı olmadan plomp çıxarıla və sökülə bilməz. Tərtib etdiyi protokolu müdafiə edir, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tovuz Gömrük İdarəsinin nümayəndəsi Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı Nümayəndə3 izahatında bildirmişdir ki, "xxxx" Fərdi Firmasının ünvanına Rusiya Respublikasın “Samur” gömrük postundan 99HF250/99ZB250 nömrə nişanlı nəqliyyat vasitəsilə təyinatı üzrə Tovuz Gömrük İdarəsinə gələn “elastik poliuretandan məsaməli süngərlər” yükü xx.xx.2025-ci il tarixli **********5783 sorğu nömrəli gömrük bəyannəmasi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Gömrük orqanı tərəfindən gömrük bəyannəməsinin rəsmiləşdirilməsi başa çatmadan “Saloğlu Fərdi” firmasının səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan nəqliyyat vasitəsinin gömrük təminatı vasitəsi olan plombu gömrük orqanının müvafiq razılığı olmadan qoparmış və nəqliyyat vasitəsindəki yükləri müəssisənin anbarına boşaltmışdır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sisteminindən daimi istifadə hüququnun əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası haqqında fərmanının 3.1.7-ci bəndinin 2-ci hissəsinə əsasən gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirilməsi vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılmasına əsasən gömrük orqanının razılığı olmadan plomp çıxarıla və sökülə bilməz. Tərtib edilmiş protokolu müdafiə edir, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Fərdi Firmasının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı olmadığını onlar tərəfində inzibati xəta hadisəsinin baş vermədiyini, bundan başqa gömrük ödənişlərinin həyata keçirdikdən sonra malların buraxılışına icazə verildiyini görmüş və belə qənaətə gəlmişdir ki, gömrük orqanı gömrük təminatının açılması ilə bağlı razılıq vermişdir. Buna baxmayaraq o yenədə növbəti günü gözləmiş və xx.xx.2025-ci il tarixdə saat 10:30-da gömrük təminatını nəqliyyat vasitəsinin üzərindən çıxartmışdır. Odur ki, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Fərdi Firması Azərbaycan Respublikasının İXM-nin 492.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 3-33-2000/012/000846 nömrəli xx.xx.2025-ci il tarixli raportdan görünür ki, "xxxx" Fərdi Firmasının ünvanına Rusiya Respublikasından “Samur” gömrük postundan 99HF250/99ZB250 nömrə nişanlı nəqliyyat vasitəsilə təyinatı üzrə Tovuz Gömrük İdarəsinə gələn “elastik poliuretandan məsaməli süngərlər” yükü xx.xx.2025-ci il tarixli **********5783 sorğu nömrəli gömrük bəyannəmasi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Gömrük orqanı tərəfindən gömrük bəyannəməsinin rəsmiləşdirilməsi başa çatmadan “Saloğlu Fərdi” firmasının səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan nəqliyyat vasitəsinin gömrük təminatı vasitəsi olan plombu gömrük orqanının müvafiq razılığı olmadan qoparmış və nəqliyyat vasitəsindəki yükləri müəssisənin anbarında boşaldaraq, toxunulmadan saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sisteminindən daimi istifadə hüququnun əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası haqqında fərmanından görünür ki, 3.1.7-ci bəndinin 2-ci hissəsinə əsasən gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirilməsi vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və boşalması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, **********5783 nömrəli bəyannamə üzrə xx.xx.2025-ci il tarixdə sorğu göndərilmiş və xx.xx.2025-ci il tarixdə fiziki yoxlama üçün göndərilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Fərdi Firması Azərbaycan Respublikasının İXM-nin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan "xxxx" Fərdi Firmasının ünvanına Rusiya Respublikasından “Samur” gömrük postundan 99HF250/99ZB250 nömrə nişanlı nəqliyyat vasitəsilə təyinatı üzrə Tovuz Gömrük İdarəsinə gələn “elastik poliuretandan məsaməli süngərlər” yükü xx.xx.2025-ci il tarixli **********5783 sorğu nömrəli gömrük bəyannəmasi ilə sərbəst dövriyyəyə buraxılış üçün bəyan edilmişdir. Gömrük orqanı tərəfindən gömrük bəyannəməsinin rəsmiləşdirilməsi başa çatmadan “Saloğlu Fərdi” firmasının səlahiyyətli nümayəndəsi gömrük əməkdaşının iştirakı olmadan nəqliyyat vasitəsinin gömrük təminatı vasitəsi olan plombu gömrük orqanının müvafiq razılığı olmadan qoparmış və nəqliyyat vasitəsindəki yükləri müəssisənin anbarında boşaldaraq, toxunulmadan saxlanılmış və nəticədə "xxxx" Fərdi Firması tərəfindən Azərbaycan Respublikasının İXM-nin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Fərdi Firması barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Fərdi Firması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Fərdi Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar