Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-259/2024 24.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş 24 may 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2-B-42-5573/2024 saylı məktubu ilə tələb edilən sənədləri səhmdar B.Bayramova ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, ASC-nin 2021-2022-ci illərin maliyyə hesabatlarının, həmin illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin, səhmdarların reyestrinin, nizamnamənin surətini, sözügedən illər üzrə aidiyyatı şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin əlavələrinin surətinin səhmdar B.Bayramova təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə məktubda göstərilmiş müddət ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmiş buna görə də, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Açıq Səhmdar Cəmiyyətinə işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Səlahiyyətli orqan, yəni Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın, yəni Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 223424.00 AZN olan Şəxs Açıq Səhmdar Cəmiyyəti 13 aprel 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə ünvanlanmış 28 mart 2024-cü il tarixli, 6-1-26/2-B-42-5573/2024 nömrəli məktubundan görünür ki, səhmdar B.Bayramova ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, “Qazax Sərnişin ASC-nin 2021-2022-ci illərin maliyyə hesabatlarının, həmin illərin yekunlarına dair keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin, səhmdarların reyestrinin, nizamnamənin surətini, sözügedən illər üzrə aidiyyatı şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin əlavələrinin surətinin səhmdar B.Bayramova təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə 07 (yeddi) iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə ünvanlanmış 22 aprel 2024-cü il tarixli, 6-1-26/2-2814/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 6-1-26/2-B-42-5573/2024 nömrəli 28 mart 2024-cü il tarixli göstəriş məktubu ilə xahiş edilən sənədlər ASC tərəfindən təqdim edilməmiş və təkrar olaraq göstəriş məktubunda qeyd edilən sənədləri 05 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi Şəxs Açıq Səhmdar Cəmiyyətindən tələb edilmiş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə ünvanlanmış 28 mart 2024-cü il tarixli, 6-1-26/2-B-42-5573/2024 nömrəli məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs ASC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və 04 aprel 2024-cü il tarixdə həmin məktub ”Carçıyev Elvin” soyad və adlı şəxs tərəfindən poçt vasitəsi ilə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs ASC-yə ünvanlanmış 22 aprel 2024-cü il tarixli, 6-1-26/2-2814/2024 nömrəli məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs ASC-nin rəsmi qeydiyyatda olan ünvanına göndərilmiş və 02 may 2024-cü il tarixdə həmin məktub ”Carçıyev Elvin” soyad və adlı şəxs tərəfindən poçt vasitəsi ilə qəbul olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-dən 28 mart 2024cü il tarixli, 6-1-26/2-B-42-5573/2024 sorğu ilə tələb edilən sənədlərin və məlumatın səlahiyyətli orqana təqdim edilməsi tələb edilmiş, sorğu 04 aprel 2024-cü il tarixdə hüquqi şəxsin ünvanına təqdim edilsə də, göndərilmiş sorğuya cavab verilməmişdir. Bununla da, Şəxs ASC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs ASC-nin qeyd edilən inzibati xəta hadisəsini törətməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Şəxs ASC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ASC -nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs ASC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 43, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-259/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-259/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver