Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-26/2024 13.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1989-cu ildə Qazax rayonu Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qazax Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 29 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 17 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Şəxs yaşadığı Qazax rayonu Xanlıqlar kəndində yerləşən evində xüsusi icazə olmadan 02 ədəd ov silahı saxlaması aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadə verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Əvvəllər hərbidə işləmişdir. Lakin hazırda heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. X1 onun arvadıdır. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin sonradan münasibətləri pisləşmişdir. Əmisi Novruz dünyasını dəyişdikdən sonra əmisindən ona iki ədəd ov silahı yadigar qalmışdır. Həmin ov silahlarının sənədləri yoxdur. 17 yanvar 2024cü il tarixdə, saat 10 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları onun yaşadığı evə gələrək bildirmişlər ki, arvadı Türkanə İsmayılova DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdə qanunsuz olaraq odlu silah saxladığını demişdir. Ona görə də, evə baxış keçirilməli olduqlarını bildirmişlər. Bu zaman o heç bir etiraz etmədən əmisindən yadigar qalan 02 ədəd ov silahını və 09 (doqquz) ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş, həmin ov silahları və 09 (doqquz) ədəd patron polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin silahların sənədi yoxdur. Hazırda sənədsiz silah saxladığı üçün əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 22 yanvar 2024-cü il tarixli, 24/161 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 106663 №-li silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1962-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın metal hissəmexanizimləri üzərində kustar üsulla sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd 11472 №-li silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1967-ci ildə istehsal olunmuş, 16 kalibrli TOZ-25 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın metal hissə-mexanizmiləri üzərində kustar üsulla sonradan ailahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiata təqdim edilmiş 09 ədəd patron zavod üsulu ilə Türkiyə Respublikasında istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üzün nəzərdə tutulmuş ov sursatıdır. Həmin patronlar istifadə və atəş üçün yararlıdır. DİN-in KTİ-də “itirilmiş və oğurlanmış silahların qeydiyyatı aparılmadığından” qərarın A) bəndində qeyd olunan “eyni zamanda hansı orqana və ya quruma məxsus olması” suala cavab verilməmiş, DİN-in KTİ-də yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından qərarın A) bəndində qeyd olunan “əvvəllər hər hansı bir cinayətin törədilməsində istifadə olunub-olunmaması” suala cavab verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1nın müraciəti əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmiş, odlu yivsiz silah heab edilən 01 ədəd TOZ-B modelli 106663 nömrəli silah, ov tüfəngi, odlu yivsiz silah hesab edilən 01 ədəd TOZ-25 modelli 11472 nömrəli silah, ov tüfəngi və 09 ədəd 16 kalibrli ov patronları saxlanılması üçün Qazax RPŞ-nin saxlanc otağına təhvil verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətannı törətməsi özünü etirafedici ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 17 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində Şəxs yaşadığı Qazax rayonu Xanlıqlar kəndində yerləşən evində xüsusi icazə olmadan 02 ədəd ov silahı saxlaması aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinməli, odlu yivsiz silah heab edilən 01 ədəd TOZ-B modelli 106663 nömrəli silah, ov tüfəngi, odlu yivsiz silah hesab edilən 01 ədəd TOZ-25 modelli 11472 nömrəli silah, ov tüfəngi və 09 ədəd 16 kalibrli ov patronları müsadirə edilməklə inzibati cərimə növündə cəza tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 01 ədəd TOZ-B modelli 106663 nömrəli silah, ov tüfəngi, odlu yivsiz silah hesab edilən 01 ədəd TOZ-25 modelli 11472 nömrəli silah, ov tüfəngi və 09 ədəd 16 kalibrli ov patronları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müsadirə edilməklə 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası müsadirə hissədə Qazax Rayon Polis Şöbəsinə, inzibati cərimə hissədə isə Qazax Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-26/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-26/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver