Məhkəmə qərarları › İş №3(023)-260/2023

Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-260/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-260/2023 23.06.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati materiala Qazax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Bakı Şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 31 avqust 2022-ci il tarixdə, saat 19:16 radələrində «OPEL ASTRA MİNİK» markalı, 99CD324 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və səlahiyyətli orqan tərəfindən onun 60 manat cərimə edilməsi ilə bağlı qərar çıxarılmışdır. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 36 manat dəbbə pulu əlavə olunaraq məbləğ 96 manat təşkil etmişdir. Ona görədə Şəxs barəsində 17 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı Şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində toplanmış inzibati material natamam olduğundan, həmin material onu tərtib etmiş orqana, yəni Bakı Şəhər Xətai Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Belə ki, X1 barəsində Bakı Şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında material məhkəmə tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, səlahiyyətli orqan, yəni Bakı Şəhər Xətai Rayon Polis İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzbati xəta haqqında protokolu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin WEB portalından çıxarışı məhkəməyə göndərməklə kifayətlənmişdir. Lakin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material natamam olduğundan, yəni Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar iş materiallarına əlavə edilmədiyindən, işə baxıb tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar