Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-261/2025 17.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, məhkəmə iclasının katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, subay, Ağcabədi rayonu, Pərioğlular kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində Qazax şəhəri, Ə.Seyidov küçəsində ucadan nalayiq ifadələr işlədərək, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə X5 sahə rəisi, X3 tərəfindən MN № ******* saylı, xx.xx.2025-ci il tarixli və MN № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində Qazax şəhəri, Ə.Seyidov küçəsində ictimai yerdə yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Eləcə də həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim edib bu cür ifadələr işlətməməsini nəzərinə çatdırmışdır. X4 buna məhəl qoymayaraq öz hərəkətlərinə davam etdikdə polis əməkdaşları vətəndaşı Qazax Rayon Polis Şöbəsinə dəvət etmişlər və bundan sonra Polis əməkdaşları ona məcburi qaydada Polis Şöbəsinə gətirmişlər. Bu səbəbdən də tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində Qazax şəhəri, Ə.Seyidov küçəsində ucadan nalayiq ifadələr işlədərək, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Odur ki barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid4 izahat verərək bildirdi ki, o, Qazax Rayon Polis Şöbəsində KMQ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində şöbənin digər polis əməkdaşları Şahid2, Şahid1 və Röyal Çıxıyev ilə xidmətdə olan zaman Qazax şəhəri, Ə.Seyidov küçəsində olan zaman Qazax rayon ərazisində baş vermiş oğurluq hadislərəində şübhəli olan xx.xx.2000-ci il təvəllüdlü, Ağcabədi rayonu Pərioğlular kənd sakini Şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Qazax RPŞ-nə dəvət etmişlər. Lakin Şəxs Polis Şöbəsinə getməyəcəyini bildirərək ucadan ünvansız nalayiq söyünclər söyməyə başlamışdır. Onlar onu nizam intizama dəvət etsələrdə o, onların qanuni tələbinə qəsdən tabe olmayaraq yenidən ünvansız söyünclərini söyərək oradan qaçmaq istəmişdir. Belə olan halda onu məcburi qaydada Qazax RPŞ-nə apararaq növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 Faxrəddin oğlu və Şahid1 Şahid4 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan inzibati qaydada tuma haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2025-ci il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında zamanı verdiyi etirafedici izahatı, şahidlərin məhkəmə iclasında verdikləri izahatlar ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını əməlində yüngülləşdirən hal kimi, əməlini ağırlaşdıran hallarln olmaması nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 15 mart 2025-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-261/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-261/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver