Məhkəmə qərarları › İş №3(023)-262/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-262/2024

14.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-262/2024 14.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, X2 iclas katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Cəlilabad rayonu, Hacıcavad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 14 iyul 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən tərtib olunmuş 14 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 iyun 2024-cü il tarixdə saat 16:28 radələrində DİN 102 xidmətinə zəng edərək, məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax RPŞ-nin İTBnin sahə rəisi polis kapitanı X4 izahat verərək bildirdi ki, Şəxs 20 iyun 2024-cü il tarixdə saat 16:28 radələrində DİN 102 xidmətinə zəng edərək, məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. Bununla bağlı Azərbaycan Respublikası DİN X3 xidmətindən müvafiq tədbir görülməsi üçün rəsmi müraciət daxil olmuşdur. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmədən X1 inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, Qazax rayonu, Hüseynbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2024-cü ilin iyuln ayından Şuşa şəhərində tikinti sahəsində işləmiş, lakin onun 1180 manat əməmk haqqınını onlara rəhbərlik edən Heydər və İbrahim adlı şəxslər verməmişlər o, dəfələrlə əmək haqqını tələb etsədə onlar müxtəlif bəhanələr gətirərək ödəməkdən imtina ediblər. Buna görə də, o dəfələrlə DİN 102 xidmətinə müraciət etmişdir. Onun müraciətinə Şuşa polis şöbəsində araşdırma aparılsada heç bir nəticəsi nəticə olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 16:28-də o, Qazax rayonu Hüseynbəyli kəndində kafedə spirtli içki etdikdən sonra yenidən DİN 102 xidmətinə zəng etmiş , operator qadına əmək haqqını ala bilmədiyini izah edirmiş, qadın isə ona polis şöbəsindən əlaqə saxlanılacağını bildirmişdir, Əsəbi olduğundan aqressiv cavab vermiş və kafedə onun yanında olan şəxslər ona müdaxilə etdikləri üçün dəstəyi yerə qoymadan nəlayiq ifadələr işlətmişdir. Operator dəstəyi yerə qoymuşdur. Həmin gün bir neçə saatdan sonra təkrar DİN 102 xidmətinə zəng edərək operator xanımlardan üzr istəmişdir. Törətdiyi əməldən peşmandır. Özünü təqsirli bilir. Barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 13 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 13 iyul 2024-cü il tarixdə, saat 14:20-də tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN X3 xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:28-də Qazax rayonu, Hüseynbəyli kənd sakini vətəndaş Şəxs (055) ***-**-** nömrəsindən “102” xidmətinə zəng edib, məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmiş müvafiq tədbir görülməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan AZEMİS sistemindən çıxarışdan görünür ki, Şəxs hal-hazırda heç bir növ pensiya və sosial müavinət almır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı və şahid ifadələri, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsi, əməlindən səmimi peşman olması və himayəsində yetkinlik yaşına çatmayan uşağının olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 13 iyul 2024-cü il tarixdən saat 14:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 7 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13 iyul 2024-cü il tarixdən saat 14:20-dən hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar