Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-263/2023 14.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Şikayət vermiş şəxs X7 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından X5 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. X9 inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında işi yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X9 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, o, heyvandarlıqla məşğul olur. 26 may 2023-cü il tarixdə əsassız olaraq barəsində protokol tərtib edilmiş və bu protokol əsasında heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsini pozduğu qeyd dilməklə barəsində Azərbaycan Respublikası DƏMX-nin Qazax -Tovuz regional şöbəsinin rəisi X3 14 iyun 2023 cü il tarixli, MN ******* nömrəli “inzibati tanbeh verma haqqında” qərar qəbul edilarak Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə onu təqsirli bilərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyası çərçivəsində 4000 manat cərimə edilmişdir. Hansı ki, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Belə ki, protokol tərtib etmiş protokolda qeyd edilən şəxslər onunla birlikdə öz heyvanlarını otarmışlar və onunla sonuncular arasında heç bir əmək münasibəti olmamışdır. İnzibati orqan isə ona vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb etmişdir. Ancaq onu vəzifəli şəxs kimi cərimə etməsini nə qərarında və nədə protokolda göstərməmişdir. Onun VÖEN-nin aktiv olması belə öyrənilmədən qərar qəbul edilmişdir. Həmin qərar tamamilə əsassız və qanunvericiliyin tələblərinin puzulması ilə qəbul edilmişdir. Birinci növbədə o, Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddələri nəzərdə tutulmuş inzibati xəta törətməmişdir. Bela olan halda Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri movcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Tovuz regional Ərazi şöbəsinin rəisi X3 14 iyun 2023-cü il tarixli, MN ******* nömrəli X9 barəsində “inzibati tanbeh verma haqqında” qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Tovuz regional Ərazi şöbəsinin rəisi X4 göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Ağstafa rayon prokurorluğundan daxil olmuş material əsasında X11 Xidməti Qazax-Tovuz regional şöbəsində Qazax rayon Daş Salahlı kənd sakini X5 barəsində araşdırma aparılmış, Vaqif Veysiov Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 4000 (dörd min) manat məbləğdə cərimə edilmişdir.Əlavə olaraq bildirmişdir ki, X5 Ağstafa rayonu Ceyrançöl qışlaq sahəsində özünə məxsus ferması var, həmin fermada işçi işlədir. Həmçinin adına vöen mövcuddur. Araşdırma zamanı məlum olmuşdur ki, Vaqif Veyisov sahibkarlıqla məşğul olur, lakin həmin fermada işləyən işcilərlə əmək müqaviləsi bağlamamışdır. Ona görə də, Vaqif Veysiov Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 4000 (dörd min) manat məbləğdə cərimə edilmişdir. Odur ki, Vaqif Veyisovun şikayəti əsassızdır. Ona görə də, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxs X5 izahatını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclasında verdiyi izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax- Tovuz regional şöbəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında iş üzrə qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax- Tovuz regional şöbəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli və hazırki iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Məhkəmə tərəfindən araşdırılmış iş materiallarından və Ağstafa RPŞ-nin TB-nin 31 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu uzuntəpə kənd sakini X6 DİN-nin 102 zəng mərkəzinə məlumat verərək Ağstafa rayonunun Ceyrançöl qışlaq sahəsində Vidadi adlı şəxsin ona yaxınlaşaraq onunla münasibətdə olmaq istəməsini, evin qapısını bağlamasını, daha sonra onu otaqdan çıxarmasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə X1 RPŞ-nə ərizə verərək həmin tarixdə Ağstafa rayonu Ceyrançöl qışlaq sahəsində Vaqif Veysova məxsus fermada olan zaman fermanın sahibinin oğlu Vidadi Veyisovun onu saxlayacağını vəd edərək onunla cinsi əlaqədə olmaq təklifi etdiyini, o da bununla bağlı polisə məlumat verdiyini, lakin sonradan Vidadi Veysovun ondan üzr istədiyi üçün onu bağışladığını, vermiş olduğu məlumatla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. X2 DİN-nin 102 zəng mərkəzinə vermiş olduğu müraciət əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Ağstafa rayon prokuroruna göndərilmişdir. Həmin qərar əsasında Ağstafa rayon prokurorluğunda 26 may 2023-cü il tarixli qərarla Ağstafa rayonu Ceyrançöl qışlaq sahəsində olan fermanın sahibi X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsin ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi 31 mart 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmişdir. Həmin inzibati xətaya görə Ağstafa rayonu Ceyrançöl qışlaq sahəsində yerləşən fermanın sahibi X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilsədə, barəsində inzibati icraat aparılan şəxs Vaqif Veyisov həmin qərardan narazı qalmış və səlahiyyətli orqanın həmin qərarını məhkəmədə mübahisələndirmişdir. Nəzərə alsaq ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar 31 mart 2023-cü il tarixdə qəbul edilmişdir, belə olan halda məhkəmə tərəfindən müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinin tələblərinə əsasən hazırda iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti bitmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Vaqif Veyisov barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı məhkəmədə mübahisələndirdiyindən və hazırda iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti bitdiyindən X5 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli və X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinin tələblərinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38.3, 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Qazax-Tovuz regional şöbəsinin X5 barəsində qəbul etdiyi 14 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin. X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-263/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-263/2023
14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver