Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-264/2023 03.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 iclas katibliyi, Zərərçəkmiş şəxs Məhəmmədəli qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, Qazax şəhəri, N.Nərimanov qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, Qazax rayonu Canallı kəndində əvvəllər tanımadığı bir evə girmişdir, evin zirzəmisinin qapısını qıraraq icazəsiz daxil olub oradan 1 ədəd mis qazan, 2 ədəd alüminium qazan, 1 ədəd mis teşt, 1 ədəd mis ləyən, 1 ədəd dəmir vedrəni oğurlamışdır. Həmin əşyaları Qazax şəhəri ərazisində tanımadığı şəxsə satmışdır. Hazırda törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Məhəmmədəli qızı izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və həmin tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Qazax rayonu Canallı massivində yerləşən yaşayış olmayan evimin zirzəmisindən 1 ədəd mis qazanın, 2 ədəd alüminium qazanın, 1 ədəd mis teştin, 1 ədəd mis ləyənin, 1 ədəd dəmir vedrənin oğurlanmasını aşkar etməyi barədə məlumat vermişdir. Bir neçə gün sonra evindən oğurluq edən şəxsin Şəxs olduğu ona məlum olmuşdur. Evindən oğurlanmış əşyaları tələb edir. Hazırda Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də, Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxs(lər)in müəyyən edilməsi və ARİXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan ARƏƏSMN-nin tabeliyində DSMF-nun 1 saylı X2 verdiyi məktubdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 1(023)- 42/2021 saylı hökmdən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Qazax RPŞ-nin İB-nin verdiyi 03 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Qazax RPŞ-nin İB-də Şəxs barəsində Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işinin ibtidai istintaqı aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 03 iyul 2023-cü il tarixdən, saat 16:00dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 03 iyul 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-264/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-264/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver