Məhkəmə qərarları › İş №3(023)-265/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-265/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-265/2024 17.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 Elxan oğlu, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Qazax rayonu, Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, İİİ qrup əlil, Qazax rayonu, Daş Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 17 iyul 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 17 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17 iyul 2024-cü il tarixdə, saat 10:00 radələrində Qazax şəhəri, Bayram Meydanı deyilən ərazidə ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 izahatında göstərdi ki, Şəxs 17 iyul 2024-cü il tarixdə, saat 10:00 radələrində Qazax şəhəri, Bayram Meydanı deyilən ərazidə ucadan nalayiq ifadələr işlətmiş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, O polis əməmkdaşlarına tabesizlik göstərməmişdir. Lakin nəlayiq ifadələr işlətmişdir. Onu maşınında konsturiksi dəyişikliyinə görə YPX-nin əməkdaşları saxlamış psixotrop dərmanlar qəbul etdiyi üçün polis əməkdaşlarına gedin özüm gəlirəm bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Qazax RPŞ-nin YPX-nin inspektoru Lətif Aqraxov ilə birlikdə Bakı-Qazax mağstralının 474-cü kmdə üzü bayraq meydanı istiqamətində xidmətdə olan VAZ 21011 markalı, 05BB607 d.q.n.n-lı avtomobilin vizual şəkildə gözlə görünən konstruksiya dəyişikliyi olduğu üçün həmin avtomobilə saxla işarəsi vermişlər. Həmin avtomobilin sürücüsü bayraq meydanının yaxınlığında yolun kənarında saxlamışdır. Onlar avtomobilə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sürücü avtomobildən düşərək məni nə əsasa saxlamısınız, məni tanımırsınız, mən qaziyəm kimi sözlər işlətmişdir. Onlar ona idarə etdiyi avtomobildə konsturuksiya dəyişikliyi olduğunu bildirmişlər. Həmin sürücü dahada aqressivləşərək onların ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu nizamintizama dəvət etsələrdə həmin şəxs ucadan nəlayiq ifadələr işlətməyə davam etmişdir. Onlar radiotsiya vasitəsi həmin əraziyə PPXB-nin əməmkdaşları köməyə çağırmışlar PPXBnin əməkdaşları həmin əraziyə gəlmişlər. Sürücü onların və PPXB-nin əməmkdaşlarının ünvanıa nəlayiq ifadələt işlətmiş dəfələrlə onu nizam-intizama dəvət etsələrdə lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmamış onlara əl qol hərəkətləri edərək tabesizlik göstərmişdir. Belə olan halda onu məcburi qaydada Qazax RPŞ-nə gətirmişlər. İnzibati xəta törətmiş şəxs X4 şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Qazax şəhəri Bayraq meydanı deyilən ərazidə xidmətdə olan zaman həmin ərazidə yolun kənarında bir nəfər şəxsin küçədə ucadan nalayiq ifadələr işlətdiyini, RPŞ-nin YPX-nin və PPXB-nin əməmkdaşlarının qanuni tələblərinə tabe olmamasını görüb ona yaxınlaşmış həmin şəxs onları gördükdə onların ünvanına nəlayiq ifadələr işlədərək onların qanuni tələbinə tabe olmamış və əl qol hərəkətləri ilə tabesizlik göstərmişdir. Belə olan halda onu məcburi qaydada Qazax RPŞ-nə gətirmişlər. İnzibati xəta törətmiş şəxs X4 şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X1, Zərərçəkmiş şəxs5 Elxan oğlu, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 izahatına uyğun izahat verərək, Şəxs şikayətçi olduğunu, ona həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 iyul 2024-cü il tarixdə, saat 10:30da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X3 verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs İİİ qrup əlilliyə görə 150 manat məbləğində sosial müavinət və 330 manat prezident təqaüdü alır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidin, zərərçəkmiş şəxslərin izahatlarını, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs İİİ qrup əlil olması iş üzrə məsuliyyətin yüngülləşdirən haldır, lakin ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 iyul 2024-cü il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar