Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-267/2025 09.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, xx.xx.1993-cü il tarixdə Balakən rayonun Qullar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində tərtib olunmuş material baxılması üçün 19 mart 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi İstintaq idarəsinin 1-ci şöbəsində Şəxs barəsində 3-33/1-001583/2025 nömrəli material üzrə aparılmış araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkib əlamətləri olduğundan material baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. xx.xx.2025-ci il tarixli, 3-33/1-001583/2025 nömrəli material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsi “Qırmızı körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Şəxs idarə etdiyi “MAN” markalı, 01CF367/01ZB367 dövlət qeydiyyat nişanlı yuk nəqliyyat vasitəsinin salonunda, paltar çantasının içində, üzərində “Spriva 18 Mcg” yazısı olan 1 (bir) qutu və üzərində “Galvus Met” yazısı olan, hər birində 60 tablet olmaqla 3 (üç) qutudərman preparatlarını, panelin içərisində 40 (qırx) qutu “Marlboro Edge” markalı siqaretlər, üzərində “Osteocare” yazısı olan, hər birində 90 tablet olmaqla 4 (dörd) qutu, üzərində "Sprıva 18 Mcg” yazısı olan 1 (bir) qutu, üzərində “Galvus Met” yazısı olan, hər birində 60 tablet olmaqla 2 (iki) qutu dərman preparatlarını, zibil üçün nəzərdə tutulmuş selofan torbanın içərisində 20 (iyirmi) qutu və salonun tavanında yerləşən dolabda 20 (iyirmi) “Marlboro Edge” markalı siqaretləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinə gömrük yoxlaması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi İstintaq idarəsinin 1-ci şöbəsində Şəxs barəsində 3-33/1-001583/2025 nömrəli material üzrə aparılmış araşdırma ilə bağlı xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkib əlamətləri olduğundan material baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. xx.xx.2025-ci il tarixli, 3-33/1-001583/2025 nömrəli material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsi “Qırmızı körpü” gömrük postundan keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Şəxs idarə etdiyi “MAN” markalı, 01CF367/01ZB367 dövlət qeydiyyat nişanlı yuk nəqliyyat vasitəsinin salonunda, paltar çantasının içində, üzərində “Spriva 18 Mcg” yazısı olan 1 (bir) qutu və üzərində “Galvus Met” yazısı olan, hər birində 60 tablet olmaqla 3 (üç) qutudərman preparatlarını, panelin içərisində 40 (qırx) qutu “Marlboro Edge” markalı siqaretlər, üzərində “Osteocare” yazısı olan, hər birində 90 tablet olmaqla 4 (dörd) qutu, üzərində "Sprıva 18 Mcg” yazısı olan 1 (bir) qutu, üzərində “Galvus Met” yazısı olan, hər birində 60 tablet olmaqla 2 (iki) qutu dərman preparatlarını, zibil üçün nəzərdə tutulmuş selofan torbanın içərisində 20 (iyirmi) qutu və salonun tavanında yerləşən dolabda 20 (iyirmi) “Marlboro Edge” markalı siqaretləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 6/5250-7/1899-9-9392 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, aparılmış fiziki-kimyəvi və bioloji tədqiqatın nəticələrinə əsasən, ekspertiza tədqiqatına edilmiş 03 adda malların xx.xx.2024-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 672,47 manat müəyyən edilmişdir. Qərarda qeyd edilən və tədqiqata təqdim edilmiş digər 1 qutu “Spiriva 18 mcg” Tiotropium (1 ədəd qutuda 6 ədəd konvalyuta 30 ədəd həb) dərman preparatlarının satışı və qiymətinə dair məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “MAN” markalı 01CF367/01ZB367 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “MAN” markalı 01CF367/01ZB367 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə barəsində inzibati icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, üzərində “Spriva 18 Mcg” yazısı olan 1 (bir) qutu və üzərində “Galvus Met” yazısı olan, hər birində 60 tablet olmaqla 3 (üç) qutu dərman preparatları, 40 (qırx) qutu “Marlboro Edge” markalı siqaretlər, üzərində “Osteocare” yazısı olan, hər birində 90 tablet olmaqla 4 (dörd) qutu, üzərində "Sprıva 18 Mcg” yazısı olan 1 (bir) qutu, üzərində “Galvus Met” yazısı olan, hər birində 60 tablet olmaqla 2 (iki) qutu dərman preparatlarını, zibil üçün nəzərdə tutulmuş selofan torbanın içərisində 20 (iyirmi) qutu və salonun tavanında yerləşən dolabda 20 (iyirmi) qutu “Marlboro Edge” markalı siqaretləri müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, üzərində “Spriva 18 Mcg” yazısı olan 1 (bir) qutu və üzərində “Galvus Met” yazısı olan, hər birində 60 tablet olmaqla 3 (üç) qutu dərman preparatları, 40 (qırx) qutu “Marlboro Edge” markalı siqaretlər, üzərində “Osteocare” yazısı olan, hər birində 90 tablet olmaqla 4 (dörd) qutu, üzərində "Sprıva 18 Mcg” yazısı olan 1 (bir) qutu, üzərində “Galvus Met” yazısı olan, hər birində 60 tablet olmaqla 2 (iki) qutu dərman preparatlarını, zibil üçün nəzərdə tutulmuş selofan torbanın içərisində 20 (iyirmi) qutu və salonun tavanında yerləşən dolabda 20 (iyirmi) qutu “Marlboro Edge” markalı siqaretləri müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-267/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-267/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver