Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-270/2025 01.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Qazax rayonu, Hüseynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 09 fevral 2024-cü il tarixdə idarə etdiyi VAZ 21099 markalı, 35BL89 nömrə nişanlı avtomobillə qarşı yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq yengül bədən xəsarəti yetirmiş və inzibati xətanı törətmişdir. Eyni zamanda 327.1-ci maddəsində nəzərdə tutulmuş xəta törətməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyi üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, hal-hazırda rəsmi olaraq MN-nin 707 nömrəli Hərbi hissəsində qazanxana operatoru vəzifəsində işləyərək maddi qazanc əldə edir. Ona məxsus VAZ 2109 markalı **-BL-*** d.q.n-lı avtomobil vardır. O, həmin avtomobili BC kateqoriyalı AE 346276 nömrəli sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində evdən çıxıb özünə məxsus VAZ 2109 markalı **-BL-*** d.q.n-lı avtomobillə Qazax şəhəri H.Əliyev prospektində yerləşən iş yerinə getmişdir. O, növbəni təhvil götürdüyü iş yoldaşı Vələdov Kamili götürüb Qazax rayon Ürkməzli kəndinə yaşadığı evə aparıb düşürmüşdür. Daha sonra avtomobilinə əyləşib iş yerinə doğru hərəkət etməyə başlamışdır. O, şəhərə çatdıqda Qazax şəhəri Ə.Şıxlınski küçəsi ilə işlədiyi hərbi hissəyə doğru hərəkət edən zaman Ə.Şıxlınski küçəsində yerləşən işıqforun qırmızı işığında dayanmışdır. Daha sonra yenidən hərəkət etməyə başlamışdır. O, 200-250 metr hərəkət etmişdi ki, sağ tərəfdə dayanan avtomobillərdən birinin arxasında bir nəfər şəxs anidən qarşısına çıxmış və avtomobilin sağ tərəfinə dəymişdir. O, həmin vaxt özünü itirdiyi üçün həmin şəxsdən başqa yolun kənarında avtomobilə minmək istəyən digər şəxsi vurmuşdur. O, avtomobildən düşüb həmin şəxslərin yanına gəlmişdir. Daha sonra hər iki şəxsi ilkin tibbi yardım göstərmək üçün Qazax rayon MX-na apardılar. Şəxs həmçinin izahatında yol nəqliyyat hadisəsi zamanı avtomobilini təxminən 30-40 km/saat sürətlə idarə etdiyini, hadisədən əvvəl hər hansı bir miqdarda spirtli içki qəbul etmədiyini, hadisə baş verən zaman idarə etdiyi avtomobildə tək olduğunu, bundan əlavə, özünə və avtomobilinə aid sənədlərin surətlərini təhqiqata təqdim edə biləcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmişin ondan heç bir şikayət və tələbi yoxdur. Onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, hal-hazırda rəsmi olaraq Qazax rayon baytarlıq İdarəsində baytarhəkim vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində özünə məxsus avtomobil Qazax şəhəri Su-15 dairəsində ustada olduğu üçün yeznəsi X1 ilə birlikdə Qazax şəhərinə gəlmişdir. O, işlərini bitirdikdən sonra Vüsalla birlikdə yaşadığı kəndə doğru hərəkət etməyə başlamışdır. O, yolla gələn zaman Qazax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən Aptekin yanında Vüsala avtomobili saxlamasını demişdir. Vüsal avtomobili saxladıqdan sonra o, avtomobildən düşüb yolun qarşı tərəfində olan aptekə daxil olmuşdur. O, lazımi iynə, dərmanları aldıqdan sonra aptekdən çıxmışdır. Vüsal avtomobili yolun qraşı tərəfində saxladığı üçün o, yolu qarşı tərəfə keçmək istəmişdir. O, bir-iki addım atmışdı ki, sol tərəfdən yüksək sürətlə avtomobilin gəldiyini görmüşdür. O, dərhal özünü geriyə atsada avtomobilin sağ tərəfi onun ayağına dəymişdir. Daha sonra həmin avtomobili yolu keçən digər şəxsi vurmuşdur. Onları avtomobil vurduğunu görən şəxslər TTY-a zəng edib məlumat vermişdir. Bundan sonra onları Qazax rayon MX-na apardılar. Orada onlara ilkin tibbi yardım göstərilmişdir. Şəxsla barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2025-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə baxmayaraq zərərçəkmiş X2 ilə barışdığı üçün barəsində cinayət təqibinə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qazax rayon prokurorunun razılığı ilə xitam verilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş "əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydasını pozma" inzibati xətasının, eyni zamanda 327.1 maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanısının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin DYPBnə göndərilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 fevral 2025-ci il tarixli 64 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində "sağ diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz nahiyyəsinin şişkinliyi və sıyrılmış yarası” bərk-küt əşyanın təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə ,yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Şəxs məxsus AE 346276 saylı sürücülük vəsiqəsi mövcuddur. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Qazax Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-270/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-270/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver