Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-271/2023 10.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Ağstafa rayonu Aşağı Göycəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağstafa rayonu Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis X8 Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis X8 Polis Bölməsindən daxil olmuş 05 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 iyun 2023-cü il tarixdə Qazax rayonu Ürkməzli kəndində yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs döyərək fiziki zor tətbiq etmiş və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Ürkməzli kəndində ailəsi ilə birlikdə yaşayır. Gədəbəy rayonu Saratofka kəndində mağazada işləyir. Ayda 2-3 dəfə yaşadıqları Qazax rayonu Ürkməzli kəndinə gəlir. Zərərçəkmiş şəxs onun arvadıdır. Lamiyə ilə 2016-cı ildə rəsmi nikah bağlamışlar. Həmin nigahdan 2 nəfər az yaşlı uşaqları vardır. Münasibətləri əvvəllər yaxşı olmuşdur. Lakin sonradan münasibətləri pozulmuşdur. Aralarında mütamadi olaraq mübahisələr olur. Sonuncu dəfə 19 iyun 2023-cü il tarixdə Gədəbəy rayonundan çıxıb Qazax rayonu Ürkməzli kəndinə, ailəsinin yanına gəlmişdir. Lamiyənin qısqanclıq hissləri səbəbindən aralarında mübahisə olmuşdur. Evdə olan zaman arvadı Lamiyə onun telefonuna baxmaq istəmiş, lakin o telefonu Lamiyəyə verməmişdir. Bu səbəbdən aralarında mübahisə olmuşdur. Mübahisə zamanı o Lamiyəni vurmamışdır. O evdən çıxıb getmək istəyən zaman Lamiyə onun qarşısına keçərək getməsinə mane olmaq istəmişdir. Bu zaman o əsəbi olduğu üçün Lamiyəni əli ilə itələmiş, Lamiyə yerə yıxılmışdır. Lakin Lamiyəni vurmamışdır. Evdən çıxıb həyətə düşmüş və avtomobilinə əyləşərək sürmək istəyən zaman Lamiyə yerdən daş parçası götürərək maşına tərəf atmış və maşını zədələnmişdir. Bu zaman Lamiyənin anası Lamiyəni sakitləşdirməyə çalışmışdır. Lamiyə isə əsəbi olduğu üçün öz hərəkətlərini davam etdirərək küçədə maşına daş atmağa və qışqırmağa davam etmişdir. Buna görə də, Lamiyənin anası onu döymüş, o isə maşını sürüb evdən uzaqlaşmışdır. Əlavə olaraq izahatında bildirmişdir ki, o heç bir qızla danışmır, heç bir qızla münasibəti yoxdur. Lamiyənin onun barəsində dedikləri şər böhtandır. Əksinə əvvəllər Lamiyənin başqa oğlanla danışığını tutmuş, lakin uşaqlarına görə Lamiyəni bağışlamışdır. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Ürkməzli kəndində atası evində ailə üzvləri ilə birlikdə yaşayır. Şəxs əridir. Zeynalabdı ilə 2016-cı ildə rəsmi nigahla ailə qurmuşdur. Evlilikdən iki az yaşlı övladları var. Son üç il ərzində ailədaxili münasibətləri pisləşib, Zeynalbadı ailə üzvləri ilə maraqlanmır, ailənin maddi təminatlarına köməklik etmir, telefonda tanımadığı şəxslərlə əlaqə saxlayır, bu da onda qısqanclıq hislərinin yaranmasına səbəb olur. Zeynalabdı Gədəbəy rayonu Saratovka kəndində mağaza işlədir. Həm Gədəbəydə, həmdə Bakıda qızlarla danışır, görüşür, münasibət qurur və qazancənə qızlara xərcləyir. Evə baxmır. 19 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Qazax rayonu Ürkməzli kəndində olan birgə yaşadıqları evdə olarkən digər qadınla əlaqə saxladığını Zeynalabdıya irad kimi bildirmişdir. Bu zaman aralrında növbəti dəfə söz mübahisəsi yaranmışdır. Evin içində mübahisə edərkən Zeynalabdı onun saçından tutaraq ona fiziki ağrı yetirmiş, sonra isə boğazından tutaraq onu boğmuş, sonra təpiklə qarın nahiyəsinə vurmuş və qollarını sıxaraq onu döymüşdür. Həmin vaxt anası Şahid1 həyətdə olmuşdur. Onların səs-küyünü eşidən zaman onların yanına gəlmiş və onları sakitləşdirmişdir. Hazırda Şəxs şikayətçidir. Şəxs həbslə bağlı olan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Qazax rayonu Ürkməzli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qızı, Şəxs isə qızı Lamiyənin əri, yəni onun kürəkənidir. Lamiyə ilə Zeynalabdı 2016-cı ildə evlənmişlər. İki az yaşlı uşaqları var. Zeynalabdı ilə Lamiyə onun evində yaşayır. Sonuncuların münasibəti əvvəllər yaxşı olmuş, lakin son vaxtlarda münasibətləri pozulmuşdur. Zeynalabdı Gədəbəy rayonununda mağaza işlədir. Ayda 2-3 dəfə Qazax rayonu Ürkməzli kəndinə, ailəsinin yanına gəlir. Zeynalabdı mütamadi olaraq başqa qadınlarla danışır. Pulunu başqa qadınlara xərcləyir, ailəsinə baxmır. Bu səbəbdən də qızı Lamiyə ilə Zeynalabdı arasında mübahisələr olur. Sonuncu dəfə 19 iyun 2023-cü il tarixdə Zeynalabdı evə gəlmişdir. Lamiyə ilə Zeynalabdı evdə olan zaman o həyətdə olmuşdur. Həyətdə olan zaman Lamiyə ilə Zeynalabdının mübahisə etdiyini eşitmiş və evə tərəf qalxmışdır. Otağa daxil olan zaman görmüşdür ki, Zeynalabdı Lamiyənin boğazından tutub boğur. O içəri girən kimi Zeynalabdı ilə Lamiyəni sakitləşdirməyə çalışmışdır. Bu zaman Zeynalabdı Lamiyənin qarın hissəsinə təpiklə vuraraq evdən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu izahat verərək bildirmişdir ki, Qazax rayonu Ürkməzli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Şəxs Adil oğlu isə Lamiyənin əridir. Zeynalabdı Gədəbəydə işləyir. Lakin arada ailəsinin yanına gəlib gedir. Zeynalabdı evdə olan zaman evdə səsküy olur, mütamadi olaraq Lamiyə ilə Zeynalabdı arasında dava-dalaş olur. Bir birlərini söyüb təhqir edirlər. 19 iyun 2023-cü il tarixdə evdə olan zaman yenə Lamiyə ilə Zeynalabdının arasında dava olmuşdur. Səsləri onun evinə qədər gəlib çıxmışdır. X3 vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şəmsi qızı izahat verərək bildirmişdir ki, Qazax rayonu Ürkməzli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Şəxs Adil oğlu isə Lamiyənin əridir. Zeynalabdı Gədəbəydə işləyir. Lakin arada ailəsinin yanına gəlib gedir. Zeynalabdı evdə olan zaman evdə səsküy olur, mütamadi olaraq Lamiyə ilə Zeynalabdı arasında dava-dalaş olur. Bir birlərini söyüb təhqir edirlər. 19 iyun 2023-cü il tarixdə evdə olan zaman yenə Lamiyə ilə Zeynalabdının arasında dava olmuşdur. Səsləri onun evinə qədər gəlib çıxmışdır. Səs-küyə Lamiyənin evinə getmişdir. Evə gedən zaman Zeynalabdının Lamiyəni evin içində Şillə ilə vurduğunu qapıdan görmüşdür. Lakin Zeynalabdının təpik vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Zeynalabdı isə Lamiyənin əridir. Lamiyə ilə Zeynabadı arasında mütamadi olaraq mübahisə yaşanır. Zeynalabdı evə baxmır, qadınlarla danışır, pülünü qadınlara xərcləyir, evə baxmır. Buna görə də lamiyə ilə aralarında mübahisə yaranır. 19 iyun 2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı Zeynalabdının Lamiyəni döyməsini görməmişdir. Lakin həmin gün Zeynalabdının Lamiyəni döyməsini və Lamiyənin müxtəlif bədən xəsarətləri almasını eşitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X6-Təcrübi və X7 Hüquqi Şəxsin verdiyi 21 iyun 2023-cü il tarixli, 162 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: sağ və sol bazunun, qasıqüstü və sol qasıq nahiyəsinin qançırları küt əşyanın təsirindən törənmişdirlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış HK- 1/842 saylı ilkin araşdırma materiallarında əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin X9 Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X2 Ağstafa rayon qəbul şöbəsindən verlən arayışdan görünür ki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF PHŞ-in 1 saylı X1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək birinci dərəcə əlilliyə görə sosial müavinət və Prezident təqaüdü alıb. Hal-hazırda şöbədən heç bir növ pensiya, müavinət və təqaüd almır. Məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs döymədiyini, sadəcə Lamiyəni itələdiyini göstərsə də Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid4 Şəmsi qızı məhkəmə istintaqında vermiş olduqları izahatlarında Şəxs 19 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döydüyünü qeyd etmişlər. Həm zərərçəkmiş şəxsin izahatı, həm şahid izahatları, həm məhkəmə-tibbi ekspertizasının rəyi, həm də işin digər halları ilə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübut olunur. Ona görə də məhkəmə Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və şahid izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni zərərçəkmiş şəxsin izahatı, şahidin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 19 iyun 2023-cü il tarixdə Qazax rayonu Ürkməzli kəndində yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs döyərək fiziki zor tətbiq etmiş və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 iyul 2023-cü il tarixdən, saat 10:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-271/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-271/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver