Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-271/2025 16.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Qazax rayonu Daş Salahlı kəndində yerləşən Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00200-07186/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qazax Rayonu,Daş Salahlı kəndində qeydiyyatda olan "xxxx" MMC tərəfindən **********0663 xx.xx.2024-cü il, **********9193 xx.xx.2024-cü il, **********1150 xx.xx.2024- cü il, **********8689 xx.xx.2024- cü il, **********6489 xx.xx.2024cü il tarixində ixrac olunmuş gömrük bəyannamələri üzrə Rusiya Fedarasiyyasına göndərilmiş “bentonit gili,tozu” yükünün müqabilində ödənilməli olan 136361.44 ABŞ dolları məbləğində valyuta vəsaitinin 133894.88 ABŞ dolları məbləğində valyuta vəsaitini təyin olunmuş müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etmiş, 2466.56 ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununlada qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs AzRosPromİnvest” MMC-nin baş direktoru Nikolai Khnykin ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə hüquqi şəxs AzRosPromİnvest” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, işdə olan sənədlərlə əlaqəli surətdə tədqiq edib, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilməlidir. Belə ki, ""xxxx" MMC-nin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına xx.xx.2024 cü il tarixli 3-33-2000/2-003586/2024, 3-33-2000/2-003687/2024 saylı məktub göndərilmiş, lakin bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Tovuz Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir. İş materiallarında olan araşdırma ilə əlaqədar qeyd olunan gömrük bəyannamələri üzrə ödənilməli olan 2466.56 ABŞ dolları məbləğində valyuta vəsaitinin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədilə hüquqi şəxsin nümayəndəsinin izahat verilməsi üçün xx.xx.2024-cü il tarixli 3-33-2000/2-004044/2024 saylı məktubla ünvan 1i ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, yuxarıda qeyd olunan valyuta vəsaitinin müvəkkil bank hesabına 180 gün müddətində qayıtdığını ancaq müvvəkkil banklar tərəfindən gömrük orqanlarının sisteminə vaxtında işlənmədiyini bildirmişdir. Həmçinin şəxs gömrük orqanlarının sistemində 10.39 ABŞ dolları vayuta vəsaitinin qalıq olaraq qalmasının səbəbini ticarət əməliyyatları əsnasında həyata keçirilən köçürmələr zamanı müxbir banklar tərəfindən tutulan komissiyalar nəticəsində yaranan kəsrlər olduğunu demişdir. Şəxs bu faktları təsdiq edən müvafiq sənədləri təqdim etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin gömrük orqanına təqdim etdiyi göstərilən ödəniş cədvəli ilə müəyyən olunur ki, 2024-cü ilin may ayında Şəxs MMC Rusiyada yerləşən alıcı şirkətə (yük alana) ayrı-ayrı tarixlərdə fərqli ixrac bəyannamələri üzrə 5 partiya malı konsiqnasiya yolu ilə ixrac etmişdir. Şəxs MMC 5 bəyannamə üzrə ümumilikdə 136361,44 ABŞ dolları dəyərində mal ixrac etmişdir. Alıcı şirkət müqavilə şərtlərinə uyğun olaraq invoysda (bəyannamə) göstərilən məbləğləri ödənişə verərək öz öhdəliklərini yerinə yetirmişlər. Köçürmələr icra olunarkən müxbir (vasitəçi) banklar tərəfindən komissiya tutulmuş, bu səbəbdən də müvəkkil bankdakı hesaba ümumilikdə 136351.05 ABŞ dolları vəsait daxil olmuşdur. Beləliklə, 1 ədəd bəyannamə üzrə 10.39 ABŞ dolları məbləğində kəsir (fərq) yaranmışdır. Göründüyü kimi, inzibati xəta haqqında protokolda göstərilən 1 ədəd gömrük bəyannaməsi üzrə yaranmış 10.39 ABŞ dolları məbləğində kəsir (fərq) müxbir (vasitəçi) bankların köçürülən ödənişdən xidmət haqqı tutduqlarına görə əmələ gəlmişdir ki, bu hal beynəlxalq hesablaşmalarda təşəkkül tapmış bir praktikadır. Müqavilə tərəflərindən, yəni alıcı və satıcıdan asılı deyildir. Alıcı təşkilat malın dəyərini tam ödəyib, ixracatçı "xxxx" MMC isə həmin məbləğdə xarici valyutanı bank hesabına mədaxil olmasını təmin etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində göstərilmişdir ki, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin hazırki işin məkəmə tərəfindən tam və obyektiv araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 2024-cü ilin may ayında "xxxx" MMC Rusiyada yerləşən alıcı şirkətə (yük alana) ayrı-ayrı tarixlərdə fərqli ixrac bəyannamələri üzrə 5 partiya malı konsiqnasiya yolu ilə ixrac etmiş, 5 bəyannamə üzrə ümumilikdə 136361,44 ABŞ dolları dəyərində mal ixrac etmişdir. Alıcı şirkət müqavilə şərtlərinə uyğun olaraq invoysda (bəyannamə) göstərilən məbləğləri ödənişə verərək öz öhdəliklərini yerinə yetirmişlər. Köçürmələr icra olunarkən müxbir (vasitəçi) banklar tərəfindən əlavə komissiya tutulmuş, bu səbəbdən də müvəkkil bankdakı hesaba ümumilikdə 136351,05 ABŞ dolları vəsait daxil olmuşdur. Beləliklə, 1 ədəd bəyannamə üzrə 10.39 ABŞ dolları məbləğində kəsir (fərq) yaranmışdır. Göründüyü kimi, inzibati xəta haqqında protokolda göstərilən 1 ədəd gömrük bəyannaməsi üzrə yaranmış 10.39 ABŞ dolları məbləğində kəsir (fərq) müxbir (vasitəçi) bankların köçürülən ödənişdən əlavə xidmət haqqı tutduqlarına görə əmələ gəlmişdir ki, bu hal beynəlxalq hesablaşmalarda təşəkkül tapmış bir praktikadır. Müqavilə tərəflərindən, yəni alıcı və satıcıdan asılı deyildir. Alıcı təşkilat malın dəyərini tam ödəyib, ixracatçı "xxxx" MMC isə həmin məbləğdə xarici valyutanı bank hesabına mədaxil olmasını təmin etmişdir. Lakin səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən yuxarıda göstərilən hallar nəzərə alınmamışdır. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, mövcud halda Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə inzibati icraat başlanıla bilməz. Çünki həmin maddənin tələbləri Şəxs MMC tərəfindən pozulmamışdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektik surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri) Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibtati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-271/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-271/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver