Məhkəmə qərarları › İş №3(023)-272/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-272/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-272/2023 07.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1981-ci ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Qazax rayonu Daş Salahlı kənsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə Qazax Rayon Polis X3 polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis X3 polis bölməsindən daxil olmuş 07 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyul 2023-cü il tarixdə Qazax rayonu Daş Salahlı kəndində küçədə dəfələrlə həmkəndlisi Şahid2 ucadan nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hərəkəti törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində yaşayır. Spirtli içki alüdəçisidir. Şahid1 və Şahid2 onun həmkəndlisidir. Aralarında dava-dalaş olmuş və bu barədə Qazax RPŞ-də araşdırma aparılımışdır Daha sonra onlar öz aralarında danışıb barışmışlar. Lakin Şahid2 olan əsəbi keçməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, axşam saatlarında spirtli içki qəbul etmiş və Şahid2 Daş Salahlı kəndində küçədə görmüşdür. Əsəbi və içkili olduğu üçün Şahid2 yaxınlaşaraq ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Sonuncu onu sakitləşdirməyə və nalayiq ifadə işlətməməsini bildirsədə o öz hərəkətlərini davam etdirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır. Şəxs onun həmkəndlisidir. Şəxs spirtli içki alüdəçisidir. Mütamadi olaraq içki içərək sərxoş halda Daş Salahlı kəndində nalayiq ifadələr işlədir. Həmçinin dəfələrlə oğlu Şahid2 qarşısına kəsərək nalayiq ifadələr işlətmiş və onu öldürəcəyini bildirmişdir. Sonuncu dəfə 06 iyul 2023-cü il tarixdə axşam saatlarında Qazax rayonu Daş Salahlı kəndində yerləşən evinin qarşısında olan zaman Şəxs sərxoş halda ona yaxınlaşaraq küçədə ucadan nəlayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bu zaman o, Şəxs sakitləşdirməyə çalışmış, lakin mümkün olmamışdır. Hadisə baş verən zaman oğlu Şahid2 onların yanına gəlmiş, bu zaman Şəxs oğlununda ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə bu barədə Qazax RPŞ-nin X4 Bölməsinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində ailəsi ilə birlikdə yaşayır. Şəxs onun həmkəndlisi Şahid1 isə onun atasıdır. Şəxs spirtli içki alüdəçisidir. Mütamadi olaraq içki içərək sərxoş halda Daş Salahlı kəndində nalayiq ifadələr işlədir. Həmçinin dəfələrlə onun qarşısını kəsərək nalayiq ifadələr işlətmiş və onu öldürəcəyini bildirmişdir. Sonuncu dəfə 06 iyul 2023-cü il tarixdə axşam saatlarında Qazax rayonu Daş salahlı kəndində yerləşən evinin qarşısında Şəxs sərxoş halda onun atası Şahid1 yaxınlaşaraq küçədə ucadan nəlayiq ifadələr işlədərək söyüb təhqir etmişdir. Bu zaman o Şəxs yaxınlaşaraq evinin qabağında nalayiq ifadə işlətməməsini bildirmişdir. Bu zaman Şəxs ona qarşıda nalayiq ifadə işlədərək söyüb təhqi etmişdir. Ona görə bu barədə Qazax RPŞ-nin X4 Bölməsinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 06 iyul 2023-cü il tarixli, 66 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 06 iyul 2023-cü il tarixdə yüngül dərəcə sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 07 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:53-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 07 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 17 iyun 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, Qazax rayonu Daş Salahlı kənd sakini Şəxs xx.xx.2023-cü il tarixdə Qazax RPŞ-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 18 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində həmkəndlisi Şahid2 onu döydüyünü bildirmiş, həmçinin, Qazax rayonu Daş Salahlı kənd sakini Şahid2 xx.xx.2023-cü il tarixdə Qazax RPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə saat 18 radələrində qonşusu Şəxs yaşadıqları kənddə onu döydüyünü və bıçaqla öldürəcəyi ilə hədələdiyini bildirmiş, həmçinin, Qazax rayon Daş Salahlı kənd sakini Şahid1 xx.xx.2023cü il tarixdə Qazax RPŞ-nə ərizə ilə mütraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində qonşusu Şəxs yaşadığı evə gələrək əlində olan yaba ilə onu öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Şahid2 böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsinə baxmayaraq zərərçəkmiş Şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyi üçün barəsində cinayət təqibinə ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Qazax rayon prokurorunun razılığı ilə xitam verilmiş və İsmayılov Çinmgiz gümüş oğlunun barəsində inzibati icraat açılmasına xitam verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətannı törətməsi özünü etiraf edici izahatı, şahid izahatları, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 06 iyul 2023-cü il tarixdə Qazax rayonu Daş Salahlı kəndində küçədə dəfələrlə həmkəndlisi Şahid2 ucadan nalayiq ifadələrlə təhqir edərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli 06 iyul 2023-cü il tarixdən, saat 00:53-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 06 iyul 2023-cü il tarixdən, saat 00:53-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar