Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-272/2024 01.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, X1 iştirakı ilə, X1 Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22123089 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22123089 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətimdə olan 35BM075 dövlət qeydiyyat nişanlı VAZ 2121 minik markalı avtomobil ilə 03 iyul 2024-cü il tarixdə Qazax şəhəri, Heydər Əliyev prospekti 108 ünvanında hərəkətsiz vəziyyətdə dayanan zaman Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tələblərini pozmağıma dair EQ/22123089 nömrəli protokol tərtib edilərək həmin nömrəli xx.xx.2024cü il tarixli qərar qəbul edilərək 300 manat miqdarında cərimə edilmişdir. O, onun əməlində İXM-nin 332.3-cü maddəsinin tələblərini pozacaq heç bir qayda pozuntusu mövcüd olmadığını qeyd edilən protokol tam olaraq əsassız və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədən tərtib edilmişdir. O, heç bir inzibati xəta törətməmiş və inspektor bunun əksini sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 300(üç yüz) manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsiniidarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100(bir yüz) manat məbləğində cərimə edilir. İlk növbədə bildirmək istəyirəm ki, inzibati protokol tərtib edilən zaman mən sözügedən avtomobili idarə etməmişəm. Eyni zamanda mənim nəqliyyat vasitəsini idarə etmək hüququm mövcuddur. Əlavə olaraq onu qeyd edim ki, barəmdə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş, sözügedən protokol Qazax rayon məhkəməsinin 21 may 2024-cü il tarixli 3(23)- 133/2024 nömrəli qərarı ilə cəriməni tam ödədiyimdən məsuliyyətindən azad edilmişəm. Sürücülük vəsiqəm olmadığı təqdirdə barəmdə İXM-nin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilməsi mümkünsüzdür. Polis əməkdaşları sözügedən hər iki protokolu tərtib edən zaman araşdırma aparmamış və protokolu tərtib edən zaman Qazax rayon məhkəməsinin 21 may 2024-cü il tarixli 3(23)-133/2024 nömrəli qərarını nəzərə almamışdır. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək, Baş X11 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 22123089 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 16228588 nömrəli qərardan görünür ki, X5 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi “VAZ 2121” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi göstərilmiş, bu səbəbdən o, İXMnin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qazax Rayon Məhkəməsinin 3(023)-133/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Qazax Rayon Məhkəməsinin 3(023)-133/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Qazax Rayon Məhkəməsinin 3(023)-133/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. X4 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli qəbzlə xx.xx.2023-cü il tarixli EQ 16228588 nömrəli qərar üzrə hesablanmış 64 manat məbləğində cəriməni ödədiyinə görə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına xitam verilmişdir. Barəsində şikayət verilmiş xx.xx.2024-cü il tarixli, EQ 22123089 nömrəli qərardan müəyyən edilir ki, X6 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, X3 Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli qərarın surətini aldıqdan sonra o, həmin qərarın qəbul edilməsinə əsas olmuş EQ 16228588 nömrəli qərarla təyin edilmiş cəriməni, o cümlədən, 3 ay ərzində gecikməyə görə hesablanmış dəbbə pulunu tam şəkildə ödəmiş və xx.xx.2024-cü il tarixli Qazax Rayon Məhkəməsinin qərarı ilə İXM-nin 529.3 maddəsi ilə cərimə tam ödədiyindən inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki xəta subyektiv cəhətdən qəsdlə törədilə bilər. Yəni, inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etməli, onun nəticələrini qabaqcadan görüb, bunu arzu etməli, yaxud, həmin nəticənin baş verməsinə şüurlu surətdə yol verməlidir. xx.xx.2024-cü il tarixdə X5 barəsində İXM-nin 332.3-cü maddəsi ilə protokol tərtib edilən zaman onun nəqliyyat vasitəsini idarə etmək hüququ mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22123089 nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməli, Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22123089 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ nömrəli 22123089 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-272/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-272/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver