Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-274/2023 11.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qazax Rayonunun Aşağı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Qazax Rayonunun Aşağı Salahlı yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2(023)- 408/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 1500 manat pul və ödənilmiş 30 manat dövlət rüsümü alınaraq X1 və Qazax Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(023)-442/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2150 manat pul və 50 manat ödənilmiş dövlət rüsumu X3 ödənilməlidir. İcra vərəqələrinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Borlu Şəxs tələbkar X2 2019-cu il tarixdə hissə-hissə 200 manat ödəniş etmişdir və tələbkar Zərərçəkmiş şəxs isə xx.xx.2023-cü il tarixdə 300 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, borclunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnamələri ilə müəyyən olunmuş borcunu inkar etmir. Əvvəlcə heç yerdə işləmədiyindən ödəniş edə bilməmişdir. Lakin 2019-cu il tarixdə tələbkar X2 2019-cu il tarixdə hissə-hissə 200 manat ödəniş etmişdir və tələbkar Zərərçəkmiş şəxs isə xx.xx.2023-cü il tarixdə 300 manat məbləğində ödəniş etmişdir. Hər ay tələbkarlar Zərərçəkmiş şəxs 100 manat, Xəlilov İsgəndərə 50 manat ödəyə bilər. Hazırda işləyir aylıq gəliri 300 manatdır. Qeyd olunanları nəzərə alaraq, onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş etmişdir. Əvvəl ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs məhkəmə qətnaməsinə əsasən 2150 manat pul və 50 manat ödənilmiş dövlət rüsumu tutulub ona ödənilməlidir. Borclu Şəxs ona 300 manat ödəniş edə biləcəyini bildirir. Odur ki,Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, hazırki məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Qazax Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli 2(023)-408/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 1500 manat pul və ödənilmiş 30 manat dövlət rüsümü alınaraq X1 və Qazax Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(023)- 442/2023 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 2150 manat pul və 50 manat ödənilmiş dövlət rüsumu X3 ödənilməsi qət edilmişdir. Həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında təqdim edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tələbkarlar İsgəndər Xəlilova 1500 manat borcdan 200 manat, Zərərçəkmiş şəxs 2150 manat borcdan 300 manat ödəmişdir. Göründüyü kimi, Şəxs məhkəmə qətnamələri ilə müəyyən edilmiş müxtəlif tarixdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-274/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-274/2023
11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver