Məhkəmə qərarları › İş №3(023)-276/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-276/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-276/2023 12.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə 21 fevral 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, deməsinə görə heç bir əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qazax rayonu Qarapapaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 12 iyul 2023-cü il tarixli MN ******* nömrəli və 12 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:50 radələrində Qazax şəhəri, S.Vurğun küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hərəkətləri törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadə verərək bildirmişdir ki, Qazax rayonu Qarapapaq kəndində yaşayır. Heç bir əlilliyi yoxdur. 11 iyul 2023-cü il tarixdə saat 21 radələrində tanışları ilə birlikdə 02 bakal pivə içmişdir. Saat 23:50 radələrində içkili olduğu üçün dostu X1 ilə S.Vurğun küçəsində hərəkət edən zaman tanışları Şahid1 psixoloji cəhətdən problemi olduğu üçün onu sakitləşdirən zaman səs-küy yaranmışdır. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onların yanına gələrək özlərini təqdim edib, sakit olmalarını, nalayiq ifadələr işlətməməklərini və nizam-intizamlı olmalarını bildirmişlər. Lakin onlar içkili olduqları üçün öz hərəkətlərini davam etdirmişlər. Bu zaman polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər, lakin onlar polis şöbəsinə getməkdən imtina etmişlər. Ona görə də, onları məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Cahandar oğlu izahat verərək bildirmişdir ki, Qazax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 11 iyul 2023-cü il tarixdə saat 23:50 radələrində Qazax RPŞ-nin PPXB-nün tağım komandiri Kənan Qənmbərov və polis nəfəri Zərərçəkmiş şəxs2lə Qazax şəhəri, S.Vurğun küçəsində xidmətdə olan zaman 2 nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslərə ictimai qaydanı pozduqları üçün Qazax RPŞ-yə dəvət etmişlər. Lakin həmin şəxslər onlara məhəl qoymaraq öz qanunsuz hərəkətlərinə dacam etdilər. Yenidən onları nizam-intizama dəvət edərkən onlar əl-qol hərəkətlər edərək onlara müqavimət göstərdilər. Daha sonra şəxslər məcburi qaydada Qazax RPŞ-yə gətirilmişdir. Rayon polis şöbəsində həmin şəxslərin X1 və X2 olduğu ona məlum olmuşdur. Ona görə də, Süleyman Əliyevdən şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 iş üzrə digər Zərərçəkmiş şəxs1 Cahandar oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Süleyman Əliyevdən şikayətçi olduqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Qazax şəhərində yaşayır. 11 iyul 2023-cü il tarixdə saat 21 radələrində tanışları ilə birlikdə 02 bakal pivə içmişdir. Saat 23:50 radələrində içkili olduğu üçün dostları Şəxs, X1 və Şahid2 ilə Qazax şəhəri S.Vurğun küçəsi ilə hərəkətdə olan zaman səs-küy yaranmışdır. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onların yanına gələrək özlərini təqdim edib, sakit olmalarını, nalayiq ifadələr işlətməməklərini və nizam-intizamlı olmalarını bildirmişlər. Lakin Osman və Süleyman içkili olduqları üçün öz hərəkətlərini davam etdirmişlər. Bu zaman polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər, lakin Osman və Süleyman polis şöbəsinə getməkdən imtina etmişlər. Ona görə də, onları məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında digəır Şahid1 ilə eyni məzmunli izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 iyul 2023-cü il tarixli, 70 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 12 iyul 2023-cü il tarixdə yüngül dərəcə sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 12 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 iyul 2023-cü il tarixdə, saat 02:32-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 izahatlarını, şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi özünü etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatı,şahid izahatları, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 11 iyul 2023-cü il tarixdə, saat 23:50 radələrində Qazax şəhəri, S.Vurğun küçəsində ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 12 iyul 2023-cü il tarixdən, saat 02:32-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar