Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-277/2024 15.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə xx.xx.1995-ci ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qazax rayonu, Yuxarı Salahlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına “SCANİA” markalı, 77BU337/99ZK337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1995-ci il təvəllüdlü, Şəxs (Pasport:C********) ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmişdir. Keçirilmiş gömrük baxışı zamanı “SCANİA” markalı, 77BU337/99ZK337 nişanlı yük nəqliyyat vasitəsinin salonunda yerləşən üst yatağın üzərindəki matrasın alt hissəsində gömrük nəzarətindən gizlədilmiş halda üzərində “WHİTE ANGEL PREMİUM HOOKAH TOBACCO ” yazısı olan hər biri 1000 ( min ) qramlıq paketlərdə ümumilikdə 6 (altı) ədəd qəlyan tütününə bənzər predmentlər aşkar olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 29 iyul 2024-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 26 may 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, Şəxs idarə etdiyi “SCANİA” markalı, 77BU337/99ZK337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığı bildirmiş, bundan sonra keçirilmiş baxış zamanı “SCANİA” markalı, 77BU337/99ZK337 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda yerləşən üst yatağın üzərindəki maytarıs alt hissəsində gömrük nəzarətindən gizlədilmiş halda üzərində “WHİTE ALGEL PREMİUM HOOKAN TOBACCO” yazısı olan hər biri 1000 (min) qramlıq paketlərdə ümumilikdə 6 (altı) ədəd qəlyan tütününə bənzər predmetlər aşkar olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/94-9/4642 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan, üzərində “WHİTE ALGEL PREMİUM HOOKAN TOBACCO 100qr” markalanma göstəricisi olan qəlyan tütünün 1 paketnin xx.xx.2024-cü il tarixə orta qiyməti təxminən 60,00 manat, 6 paketinin ümumilikdə qiyməti isə 360,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “DAF” markalı, 99YC857/77XS857 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “SCANİA” markalı, 77BU337/99ZK337 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 360,00 manat təşkil edən aksiz markası olmayan, üzərində “WHİTE ALGEL PREMİUM HOOKAN TOBACCO 100qr” markalanma göstəricisi olan 6 paket qəlyan tütünü müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 360,00 manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 60,00 manat olmaqla 6 qutu aksiz markası olmayan “WHİTE ALGEL PREMİUM HOOKAN TOBACCO 100qr” markalanma göstəricisi olan 6 paket qəlyan tütünü müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-277/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-277/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver