Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-277/2025 21.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Qazax rayonunda anadan olmuş, evli Azərbaycan Respublikasının vətəndaşı, Qazax şəhəri Bakı küçəsi ev 108-də qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəməiclasında baxaraq, müəyyən etdi: Qazax rayon məhkəməsinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qazax şəhəri Bakı küçəsi ev 108-də yaşayan Şəxs xx.xx.2025-ci ildə saat 14:00 radələrində idarə etdiyi Mercedes Benz markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobili ilə Qazax rayon Yuxarı Salahlı kəndinin daxilində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozaraq öz hərəkət zolağında hərəkətdə olan X2 idarə etdiyi VAZ 21063 markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Şəxs törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində sonuncu yüngül bədən xəsarəti, VAZ 21063 markalı, ** BH *** dövlət nömrə nişanlı minik avtomobilini idarə edən X5 yüngül bədən xəsarəti almışdır. Bundan əlavə, araşdırma zamanı Şəxs və X2 nəqliyyat vasitəsini idarə etmə hüququnun olması, idarə etdikləri avtomobillərin onlara məxsus olması və yol-nəqliyyat hadisəsi zamanı ayıq olmaları tərəfimdən müəyyən edilmişdir. Beləliklə, toplanmış materialdan Şəxs və X2 əməlində cinayət tərkibi olmamışdır. Ona görə də, əməlində cinayət tərkibi olmadığından Şəxs və X2 oğlunun barəsində cinayət işi başlanması rədd edilməlidir. Lakin, Şəxs idarə etdiyi avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozduğu üçün və bu xəta nəticəsində X1 yüngül bədən xəsarəti yetirdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.8-ci maddələri ilə inzibati qaydada tədbirin görülməsi məqsədilə qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin DYPB-nə göndərilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Qazax rayon Yol patrul xidmətinin baş inspektor polis baş leytenantı X4 tərəfindən İXP ******* seriyalı, xx.xx.2025ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi Mercedes Benz markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobili ilə X3 məxsus VAZ 21063 markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, xx.xx.2025-ci ildə saat 14:00 radələrində Şəxs idarə etdiyi Mercedes Benz markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobili ilə manevr etmə qaydalarını pozaraq onun idarə etdiyi VAZ 21063 markalı, ** BH *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 aprel 2025-ci il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələrinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Qazax RPŞ-nin DYPB-nə göndərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2025-ci il tarixli, HK-1/355 saylı Ekspert rəyindən görünür ki, vətəndaş X2 bədənində müəyyən edilmiş xəsarətlər. Başın ənsə nahiyyəsinin tikişə ehtiyacı olan (tikilmiş) əzilmiş-cırılmış yarası, sağ qaş, sağ və sol diz nahiyyəsinin sağ bazunun arxa səthinin sıyrıqları, küt-bərk əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2025-ci il tarixdə avtoqəza (avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi peşman olaraq etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətinin ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-277/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-277/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver