Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-278/2025 09.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Qazax rayonu, Ağköynək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Qazax rayonu, Ağköynək kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Ağstafa Rayon Məhkəməsinin 2(015)-992/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 150 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Lakin icra vərəqəsi üzrə Şəxs 1250 (min iki yüz əlli) manat məbləğində yığılmış aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödənilməsindən yayınır. Bu barədə Qazax rayon İcra və Probasiya şöbəsinin rəisi X3 tərəfindən MN № ******* nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 bildirmişdir ki, borclu Şəxs Ağstafa Rayon Məhkəməsinin 2(015)-992/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 150 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə Şəxs 1250 (min iki yüz əlli) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsindən yayınır. Lakin Şəxs tələbkara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, bildiriş göndərilmiş, həmçinin barəsində bundan əvvəl inzibati xəta haqqında protokol tərtib olunmuş ödəniş etdiyi üçün xitam verilmişdir. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərərək borcunu ödəmir. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkar isə borcunun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, maddi imkanının zəif olduğunu, uşağı üçün kiçik toy etdiyini, eyni zamanda qış ayları olduğu üçün işinin zəif olmasını nəzərə alaraq ona ayın sona qərar vaxt verilməsini bildirdi. Məhkəmə qətnaməsində qeyd edilən borcunu inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, borclu Şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır, Şəxs tərəfindən uşağa kiçik toy edildiyini ona görədə 1 ay aliment borcunun ödənilməsi üçün vaxt istənildiyini amma borclu tərəfindən borcun ödənilmədiyini bildirmişdir. Şəxs tərəfindən yaranmış borcun tam şəkildə ödənilməsini isdəyir. Tam şəkildə borc ödənilməyəcəyi təqdirdə həbslə bağlı olan cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Ağstafa rayon Məhkəməsinin 2(015)-992/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay Şəxs 150 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən icraata başlamaq haqqında 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-992/2022 nömrəli, 30 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs tələbin könüllü icra edilməsi üçün bildiriş göndərilmiş, dəfələrlə Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, həmçinin inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qazax Rayon Məhkəməsinin (hakim E.Mansırov) 3(023)-241/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs baarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq, onun tərəfindən borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünür ki, Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə və digər zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 15:30dan hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-278/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-278/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver