Məhkəmə qərarları › İş №3(023)-279/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-279/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-279/2023 18.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 18 iyul 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Qazax rayonu Birinci Şıxlı kəndində qaynatası Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində olan inzibati xəta haqqında material 18 iyul 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayır. Zərərçəkmiş şəxs1 onun arvadı, Zərərçəkmiş şəxs2 isə onun qaynatasıdır. Onların münasibəti əvvəllər yaxşı olmuşdur. Sonralar isə ailə daxili mübahisələr nəticəsində münasibətləri pisləşmişdir. Arvadı Gültəkin atası Məmmədin evində yaşayır. 08 iyun 2023-cü il tarixdə, saat 14 radələrində qaynatası Zərərçəkmiş şəxs2 evinə gedərək arvadı Gültəkini və az yaşlı uşağını görmək istəmiş, lakin Məmməd buna mane olmuşdur. Aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı arvadı Gültəkinin qolundan tutaraq onu vurmuş və yerdə sürümüşdür. Bu zaman qaynatası Məmməd ona mane olmaq istəmişdir, ona görə də Məmmədi də vuraraq oradan uzaqlaşmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Arvadı Zərərçəkmiş şəxs1 və qaynatası Zərərçəkmiş şəxs2 ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Qazax rayonu Birinci Şıxlı kəndində atasına məxsus evdə yaşayır. Şəxs onun əridir. Aralarında mütəmadi olaraq mübahisələr olmuşdur. Ona görə də, o atası Məmmədin yanında qalır. 08 iyun 2023-cü il tarixdə əri Şəxs atası Məmmədin evinə gələrək onu məcburi olaraq evlərinə aparmaq istəmişdir. Lakin o getmək istəməmişdir. Buna görə də, Nadir onun qolundan tutaraq vurmuş və onu yerə yıxaraq 60-70 metr məsafədə sürümüşdür. Bu zaman atası Məmməd gələrək Nadirə mane olmağa çalışmışdır. Lakin Nadir onun atası Məmmədi də vurmuş və oradan uzaqlaşmışdır. Baş vermiş hadisə ilə əlaqədar hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, Qazax rayonu Birinci Şıxlı kəndində özünə məxsus evdə yaşayır. Şəxs onun qızı Gültəkinin əridir. Nadirlə Gültəkinin arasında mütəmadi olaraq mübahisələr olduğu üçün Gültəkini öz evinə gətirərək özü saxlayır. 08 iyun 2023-cü il tarixdə əri Şəxs onun yaşadığı evə gələrək Gültəkini məcburi olaraq evlərinə aparmaq istəmişdir. Lakin Gültəkin getmək istəməmişdir. Buna görə də, Nadir Gültəkinin qolundan tutaraq vurmuş və yerə yıxaraq 60- 70 metr məsafədə sürümüşdür. Bu zaman o Nadirə mane olmağa çalışmışdır. Lakin Nadir onu da vurmuş və oradan uzaqlaşmışdır. Baş vermiş hadisə ilə əlaqədar hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayır. Nadir onun oğludur. Gültəkin isə onun gəlinidir. Nadirlə Gültəkin arasında yaranmış mübahisələrə görə Gültəkin atası Məmmədin evində yaşayır. 08 iyun 2023-cü il tarixdə Nadir onunla birlikdə arvadı Gültəkini və az yaşlı uşağını gətirmək üçün Məmmədin evinə getmişdir. Evə çatan zaman Nadir Gültəkini aparmaq istəmiş, lakin Gültəkin getmək istəməmişdir. Buna görə də, Gültəkinin qolundan tutaraq vurmuş və onu yerə yıxaraq 50-60 metr sürümüşdür. Bu zaman Gültəkinin atası Məmməd Nadirə mane olmağa çalışmışdır. X1 atası Məmmədi də vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. 08 iyun 2023-cü il tarixdə DİN-nin 102 xidmətindən Qazax RPŞ-nin növbətçi hissəsinə məlumat gəlmişdir ki, Qazax rayon Birinci Şıxlı kənd sakini Zərərçəkmiş şəxs2 DİN-nin 102 xidmətinə zənglə müraciət edərəık qızı Zərərçəkmiş şəxs1 kürəkəni Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin müraciətlə bağlı o Qazax rayon Birinci Şıxlı kəndinə Zərərçəkmiş şəxs2 evinə getmişdir. Evə gedən zaman Gültəkin və Məmmədin bədənində müəyyən xəsarətlər olduğunu görmüşdür. Həmin xəsarətlərin Şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. İş materiallarında olan 21 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış HK-1/790 saylı ilkin araşdırma materiallarında əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan DSMF Publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının Qazax Rayon Qəbul Şöbəsinin verdiyi 05 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF Publik hüquqi şəxsin 1 saylı Qazax-Tovuz Regional filialının Qazax Rayon Qəbul Şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materillarında olan məhkəmə-tibbi ekspertizasının 09 iyun 2023-cü il tarixli, 151 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətləır: sol döş qəfəsinin ön səthinin, sağ dirsək və sağ said nahiyəsinin sıyrıqları, küt əşyanın təsirindən töprənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, 08.06.203-cü il tarixdə əmələ gələb bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materillarında olan məhkəmə-tibbi ekspertizasının 09 iyun 2023-cü il tarixli, 152 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətləır: sol bazunun qançırları və sol ayağın 2-ci barmağının arxa səthinin sıyrığı, küt əşyanın təsirindən törənmişdirlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, 08.06.203-cü il tarixdə əmələ gələb bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı inzibati xəta törətmiş şəxs Şəxs ərizə verərək zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbinin olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini və qaynatası Məmmədin evinə getməyəcini bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirərək onun barəsində olan inzibati iş üzrə ictaata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş həmin ərizələr inzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən şəxsən imza edilmişdir. Göründüyü kimi inzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə razılığa gəlmiş, sonuncuların hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barışmalarını nəzərə alaraq hesab edir ki, yuxarıda göstərilənlərə əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar