Məhkəmə qərarları › İş №3(023)-279/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-279/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-279/2025 09.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Qazax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1 Barəsində inzibati xəta haqqınd iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1999-cü il tarixdə Qazax rayonu, Aşağı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qazax rayonu, Aşağı Salahlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Qazax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Qazax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09 aprel 2025-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs ictimai asayişi pozaraq xırda xuliqanlıq hərəkətləri edib, polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qazax RPŞnin İTB-nin sahə rəisi, polis mayoru X2 09 aprel 2025-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etmişdir ki, Bakı şəhərində olan zaman Aşağı Salahlı kəndində itkin düşmüş Sadıqov Tamerlan haqqında Qazax rayon prokurorunun müavini ona zəng etmiş və izahatının alınması üçün onu Qazax rayon prokurorluğuna dəvət etmişdir. Bakı şəhərindən rayona gəldikdən sonra dayısı Şahid3 zəng edərək prokurorluğa izahat verməyə getdiyi üçün onunda gəlməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında izahat vermək üçün Qazax rayon prokurorluğunun inzibati binasına gəlmiş. Həmin vaxt rayon prokurorunun müavini onu şifahi qaydada sorğu-sual edərək Tamerlan adlı şəxslə münasibətlərinin hansı səviyyədə olduğunu və onun harada olmasını soruşsada heç bir məlumatının olmadığını demişdir. Daha sonrada onu Türkiyə Respublikasından ölkəyə dövlət sərhədindən kənar qanunsuz yolla qızıl-zinət əşyası gətirməkdə ittiham etsədə həmin əməlləri törətmədiyini bildirmişdir. Daha sonra Qazax rayon prokurorunun müavini Qazax RPŞ-nə zəng edərək onun polis şöbəsinə təhvil veriləcəyini bildirmiş, Qazax rayon prokurorluğunun inzibati binasına xidməti polis avtomobili ilə gələn polis əməkdaşları onu prokurorluğun inzibati binasında təhvil alaraq Qazax RPŞ-nə aparmışlar. Qazax RPŞ-nin inzibati binasında tanımadığı polis əməkdaşları tərəfindən döyülərək fiziki və psixoloji zorakılığa məruz qalmışdır. Həmin vaxt polis əməkdaşları ondan Azərbaycan Respublikası ərazisinə qızıl-zinət əşyaları keçirib-keçirmədiyini soruşmuşlar. Qazax RPŞ-də olan zaman heç bir qızıl zinət əşyasının keçirmədiyini bildirmiş ümumiyyətlə belə bir hadisə barədə məlumatının olmadığını bildirmişdir. Həmin vaxt təzyiq altında olduğu üçün komputerdə yazılan izahata imza etmişdir. Qazax rayon prokurorluğunun inzibati binasının yaxınlığıda raportda yazılan hərəkətləri etməmişdir. İş üzrə dindirilmiş şahidlər Şahid1 və Şahid2 polis şöbəsinin inzibati binasında və məhkəmə iclasında görmüşdür. Onların raporta yazdıqlarının yalandan ibarət olduğunu deyərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Nicat Abdıyevlə xidmətdə olan zaman Qazax rayon prokurorluğunun inzibati binasından 100-150 metr aralıda vətəndaş Şəxs telefonla danışıb ucadan nalayiq söyüşlər söyərkən, yaxınlaşıb özlərini təqdim etmişlər və polis şöbəsinə aparmışlar. Şəxs Qazax RPŞ-nə dəvət edən zaman Elcan etiraz etməyərək onlarla birlikdə avtomobillə Qazax RPŞ-nin inzibati binasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 izahatında göstərdi ki, təxminən saat 12 radələrində Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1la xidmətdə olan zaman Qazax rayon prokurorluğunun inzibati binasının qarşısında söyüş səsini eşitdiyi üçün avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra bir nəfər şəxsin yəni Şəxs ünvansız söyünclər söydüyünü görmüşdür. Ona yaxınlaşmış, nizamlı və intizamlı olmağı bildirmiş vətəndaş ona get işinlə məşğul ol sən kimsən demişdir. Bundan sonra vətəndaşı məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasın şahid qismində dindirilmiş Şahid3 izahatında göstərdi ki, saat 09 radələrində bacısı oğlu Şəxsla Qazax rayon prokurorluğunun inzibati binasının qarşısında olmuşlar. Prokurorun gəlib gəlməməsi barədə soruşmuş bir müddətdən sonra bacısı oğlu Şəxs prokurorun müavininin yanına getmiş o, aşağıda gözləmişdir. Bir müddətdən sonra Post Patrul xidmətinin əməkdaşları xidməti avtomobil ilə Qazax rayon prokurorluğunun inzibati binasına gələrək Şəxs prokurorluğun inzibati binasından təhvil götürərək Qazax RPŞ-nə aparmışlar. Onun arxası ilə polis şöbəsinin inzibati binasına getmişdir. Qazax RPŞ-nin inzibati binasında növbətçi hissəyə yaxınlaşaraq rəis müavinin qəbuluna gəldiyini bildirmiş ona növbətçi hissədən deyilmişdir ki rəis gəlsin ondan sonra icazə verə bilərlər. Bundan sonra polis şöbəsinin inzibati binasının yanında olan zaman Şəxs qışqırıq səslərini eşitmişdir. Onun döyülməsini ehtimal etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətləri etməsi və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Qazax RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərini pozmasından bəhs etsə də, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin inzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq hərəkətlərinin, həmçinin polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunmasını müəyyən etmək qeyri-mümkün olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan iş üzrə yeganə sübut olaraq Qazax RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, Şahid1 və X6 izahatlarına istinad etmişdir. Halbuki məhkəmə iclasında Şahid1 və Nicat Abdıyev bir-birinin əksinə ziddiyyətli izahatlar vermişlər. Onların əksinə Şəxs qohumu Şahid3 izahatında barəsində inzibati icraat aparılan şəxsin dediklərini təsdiq etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X3rşı» və bir sıra qərarlarında sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə, bu halı nəzərə alıb baxılan inzibati xətaya dair iş üzrə şəxsin əməlini təsdiq edəcək, eyni zamanda polis əməkdaşının ifadəsini təsdiq edəcək başqa sübutların olmamasını, eyni zamanda şahid qismində izahat verən hər iki polis əməkdaşının bir-birinin əksinə ziddiyyətli izahatları nəzərə alaraq, həmin izahatlara istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin izahatlara sübut kimi istinad edilməsini əsaslı saymır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar