Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-28/2024 23.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsinin X9 Şöbəsinin inspektoru daxili xidmət kapitanı X2 iştirakı ilə Qazax rayonu Ağköynək kəndində yerləşən Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsi tərəfindən tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən Şəxs MMCə məxsus super marketdə 18 yanvar 2024-cü il tarixdə planlı yanğın texniki müayinə zamanı X3 № 01-2001, bənd 1.9.12; bənd 3.1; bənd 5.2, X3 №03-2002, bənd 6.7.2-ci bəndlərində nəzərdə tutulmuş nöqsanlar aşkar edilmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsinin X9 Şöbəsinin inspektoru daxili xidmət kapitanı X5 izahat verərək bildirmişdir ki, o, 18 yanvar 2024-cü il tarixdə Gəncə Regional X9 İdarəsinin əməkdaşları ilə Qazax rayonu Ağköynək kəndində yerləşən Şəxs MMC-də yanğın təhlükəsizliyi qaydalarını yoxlamışlar. Yoxlanış keçirən zaman həqiqiətən Şəxs MMC-də yanğın təhlükəsizliyi qaydalarının pozulması halları aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Qazax rayonu Ağköynək kəndində yerləşən Şəxs MMC-nin yerləşdiyi inzibati binanın mülkiyyətçisi Şəxs MMC deyil, MMC həmin binadan mülkiyyətçi ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edir. Həmin icra müqaviləsində binanın yanğın təhlükəsizliyinə cavabdeh Şəxs olduğu göstərilmişdir. Ona görə də, Şəxs MMC barəsində inzibati protokol tərtib edilmişdir. Həmin protokolun surəti Şəxs MMC-ə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs MMC-də yanğın-texniki müayinə aparılmış, aşkar edilmiş nöqsanlarla bağlı xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Aşkar olunmuş hüquqpozmanın aradan qaldırması üçün qanunvericilikdə 01 ayadək müddət nəzədə tutulmasını bilir. Odur ki, Şəxs MMC-nin barəsində inzibati tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində tərtib edilmiş 19 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola etiraz ərizəsi verərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 0180 saylı X1 Haqqında qərardan və 15 yanvar 2024-cü il tarixli, KY ********* saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən Şəxs MMC-də plan üzrə yoxlanış aparılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 0180 nömrəli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Yanğıntexniki Müayinə Aktından görünür ki, Qazax rayonu Ağköynək kəndində yerləşən Şəxs MMC-də aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi qaydaları pozulması halları aşkar edilmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin etirazını işdə olan sənədlərlə əlaqəli surətdə tədqiq edib, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC-də aşkar olunmuş nöqsanlar obyektin (müəssisənin) əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri X9 Orqanları ilə razılaşdırılmayıb, tikinti quraşdırma işlərinin yerinə yetirilməsi və ya çüəsissənin təyinatı üzrə fəaliyyət dəyişdikdə bu haqda həmin orqanlara məlumat verilməyib.(YTQ 01-2001, bənd 1.9.12) obyektin əraziləri vaxtında yanar tullantılardan, zibildən və digər yanar materiallardan təmizlənməyib.(YTQ 01-2001, bənd 3.1) köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmır (binanın ehtiyat çıxış qapısı tez açılması mümkün olmayan qıfılla bağlanmayıb). Adamlar otqalarda olan vaxtı qapılar daxildən yalnız te açılan cəftə ilə bağlanmayıb. (YTQ 01-2001, bənd 5.2) odsöndürənlər qapı açıldığı zaman onun kənarından ən azı 1,2 metr məsafədə və döşəmə səviyyəsindən odsöndürənin aşağı başlığına qədər 1,5 metr hündürlükdə yerləşdirilməmişdir. (YTQ 03-2002, bənd 6.7.2) Bununla bağlı məhkəmə qeyd edir ki, Şəxs MMC-nin məhkəməyə göndərdiyi inzibati xəta haqqında protokola dair etiraz ərizəsində və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Qazax rayonu Ağköynək kəndində yerləşən binası, yəni qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilən ********** saylı çıxarışa əsasən direktoru X8 şəxsində X7 məxsusdur və həmin hüququ xx.xx.2020-ci ildə rəsmiləşdirilmişdir. X11 həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsini Şəxs MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə vermişdir. Həmçinin icarə obyekti olan qeyri-yaşayış sahəsinin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X9 Orqanları ilə razılaşdırılması icarəyəverənə həvalə edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 6.4-cü bəndinə əsasən icarəyəverən marketin təmiri və fəaliyyəti ilə bağlı dövlət orqanlarından və digər aidiyyatı olan orqanlardan tələb edilən icazələri və razılaşdırılmaları, icarə obyektinin təmiri ilə bağlı texniki şərtləri və s. (su, qaz, elektrik xətləri üçün sayğacları, texniki şərtlərin alınmasını, havalandırma sistemlərinin quraşdırması və elektrik transformatorları 3 faza olmaq şərti ilə) almağı öz öhdəsinə götürümüşdür. Bundan başqa işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilən ********** saylı çıxarışdan görünür ki, həqiqətən Qazax rayonu Ağköynək kəndində yerləşən torpaq sahəsi X8 şəxsində X7 məxsusdur və həmin hüququ xx.xx.2020-ci ildə rəsmiləşdirilmişdir. Bundan başqa işdə olan X11 ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, həqiqətən X11 həmin ünvanda yerləşən qeyriyaşayış sahəsini Şəxs MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə vermişdir. Həmçinin icarə obyekti olan qeyri-yaşayış sahəsinin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədlərini X9 Orqanları ilə razılaşdırılması icarəyəverənə həvalə edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli icarə müqaviləsinin 6.4-cü bəndinə əsasən icarəyəverən marketin təmiri və fəaliyyəti ilə bağlı dövlət orqanlarından və digər aidiyyatı olan orqanlardan tələb edilən icazələri və razılaşdırılmaları, icarə obyektinin təmiri ilə bağlı texniki şərtləri və s. (su, qaz, elektrik xətləri üçün sayğacları, texniki şərtlərin alınmasını, havalandırma sistemlərinin quraşdırması və elektrik transformatorları 3 faza olmaq şərti ilə) almağı öz öhdəsinə götürümüşdür. Göründüyü kimi hazırki inzibatı xəta hadisənin törədilməsində Şəxs MMC-nin heç bir aidiyyatı yoxdur, Şəxs MMC-nin yerləşdiyi inzibati binada aşkar edilmiş nöqsanlarla bağlı inzibati məsuliyyət tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq bir başa binanın mülkiyyətçisinin, yəni icarəyə verənin üzərinə düşür. Lakin səlahiyyətli orqan, yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti Gəncə Regional X9 İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən yuxarıda göstərilən hallar nəzərə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibatı xəta hadisənin törədilməsinə Şəxs MMC-nin heç bir aidiyyatı olmadığından, Şəxs MMC-nin yerləşdiyi inzibati binada aşkar edilmiş nöqsanlarla bağlı inzibati məsuliyyət tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq bir başa binanın mülkiyyətçisinin, yəni icarəyə verənin üzərinə düşdüyündən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2, 105.1 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-28/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-28/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver