Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-282/2024 07.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mansırov Elçin Faxrəddin oğlu, Məhkəmə iclasının katibi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon Polis X9 PB-nin sahə rəisi X4 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Qazax rayonu, Ürkməzli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qazax rayonu, Ürkməzli kəndində qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis X9 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Qazax Rayon Polis X9 PB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş MN № ******* nömrəli, 07 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs kənd ərazisində döymüşdür. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edərək sonuncuya dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Araşdırma aparılmış, xəsarətin dərəcəsinə görə cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Buna görə də Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, hal-hazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin müxtəlif yerlərdə fəhləlik edərək özünə maddi qazanc əldə edir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun Ələkbərlə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Əksinə Ələkbərlə münasibəti həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində dostu X8 ona zəng edərək Qazax rayon avtovağzalında olduğunu, onu gəlib götürüb evə aparmağını xahiş etmişdir. O, isə Göyüşün sözündən sonra avtovağzala gedərək sonuncunu götürmüşdür. Evə qayıtdıqları zaman isə yolda Ələkbər onu görmüş və avtomobili saxlamağı üçün işarə etmişdir. O, isə avtomobili saxlamayaraq Göyüşün yaşadığı evin qarşısına sürmüşdür. Bu müddət ərzində Ələkbər avtomobili ilə onun arxasınca gəlmişdir. Bundan sonra o, avtomobildən yerə düşən zaman Ələkbər ona nalayiq ifadələr işlədərək avtomobili nə üçün saxlamadığını, Göyüşün ona pul borcu olduğunu demişdir. Bu sözdən sonra isə o, Ələkbərin onu təhqir etməsi səbəbindən sonuncu ilə bir neçə dəqiqəlik söz mübahisəsi etməyə başlamışdır. Aralarından yaranmış mübahisə zaman isə Ələkbər onu vurmaq istədikdə o, sonuncunun boğaz nahiyyəsindən tutmuş və itələmişdir. Bundan sonra Ələkbər oradan uzaqlaşaraq çıxıb getmişdir. Həmçinin Şəxs Ələkmərlə arasında yaranmış mübahisə zamanı sonuncunun ona qarş hər hansı bir fiziki güc tətbiq etmədiyini qeyd etmişdir. Ona, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, halhazırda rəsmi və ya qeyri rəsmi olaraq heç bir yerdə işləmir. Lakin dövlət tərəfindən ona verilən təqaüd hesabına öz maddi ehtiyacını qarşılayır. X6 onun həmkəndlisidir. Onun Hikmətlə heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Əksinə münasibəti həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 17:00 radələrində həmkəndlisi X1 ona olan 100 manat pul borcunu alqam məqsədi ilə sonuncunun yaşadığı evə getmişdir. O, Göyüşün yaşadığı evin qarşısına çatdıqda Göyüşlə Hikmətin bir yerdə olduğunu görmüşdür. Bundan sonra o, Göyüşə ona olan pul borcunu verməsini xahiş etdikdə Hikmət qıraxdan müdaxilə edərək “nədir camaatın arxasınca düşmüsən pulu olanda verəcək get işillə məşğul ol” demişdir. O, isə Hikmətə cavab olaraq sən kimsən deyib pulunu almaq üçün gəldiyini demişdir. Ona görə də, Hikmət onunla söz mübahisəsi etməyə başlamışdır. Aralarında yaranmış mübahisə zamanı isə Hikmət ona yaxınlaşmış və onun gözləmədiyi bir anda sifət nahiyyəsinə yumruqla bir dəfə vurmuşdur. O, isə həmin zaman Hikmətə hər hansı bir formada qarşılıq verməmiş və öz yaşadığı evə qayıtmışdır. Yaşadığı evdə olan zaman isə baş vermiş hadisəni qızı Fatma Rəhimovaya danışmış Fatma isə Hikmət tərəfindən ona qarşı edilmiş hörmətsizliyə əsəbləşdiyi üçün DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini bildirmişdir. Odur ki, Şəxs barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs törətmiş olduğu əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində sonrakı müvafiq tədbirlərin həyata keçirilməsi üçün qərarın surəti aidiyyəti üzrə Qazax RPŞ-nin Daş Salahlı PB-nə göndərilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan "MTE və PA"ETT Birliyinin Qazax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 240 nömrəli rəyindən məlum olmuşdur ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər- Boyunun sağ yan və ön tərəfin tərəfinin sıyrıqları, küt əşyanın təsirindən törənmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən müddətə, yəni, xx.xx.2024-cü il tarixdə əmələ gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Pənahov X2 Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olması, il ərzində ilk dəfə inzibati məsuliyyətə cəlb olunması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-282/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-282/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver