Məhkəmə qərarları › İş №3(023)-283/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-283/2023

20.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-283/2023 20.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Nicat Namiq oğlu Mehtixanovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs1 İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə və xx xxxxxx 1968-ci ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, Qazax rayonu Kəmərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən tərtib olunmuş 20 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 iyul 2023-cü il tarixdə, saat 14:10-da Qazax şəhəri, X7 küçəsində dövlət başçısı və icra hakimiyyətinin başçısını nalayiq ifadələrlə təhqir etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən tərtib olunmuş 20 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 20 iyul 2023-cü il tarixdə, saat 10:20 radələrində Qazax şəhəri Azadlıq küçəsində Qazax RİHB-nın birinci müavini Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə təhqir etmiş, həmin tarixdə saat 14:10-da H.Z.Tağıyev küçəsində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verməkdən imtina etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, Qazax rayon İcra hakimiyyətinin başçısının birinci müavini vəzifəsində işləyir. 20 iyul 2023-cü il tarixdə, saat 10:20 radələrində Qazax şəhəri Azadlıq küçəsində dövlət tərəfindən çəkilən asfalt örtüyünün çəkilməsinə nəzarət edən zaman şəhər sakini Ramin adlı şəxslə söhbət edərkən həmin vaxt Qazax rayon Kəmərli kənd sakini Şəxs onlara yaxınlaşaraq mobil telefon ilə onu və görülən işləri çəkərək dövlətin və dövlət başçısının, rayon icra hakimiyyətinin başçısının əleyhinə xoşagəlməz ifadələr işlədərək və dövlətin gördüyü işlərə kölgə salmaq məqsədi ilə video çəkiliş aparmışdır. Bu zaman o, Məzahirə yaxınlaşaraq Dövlətin, dövlət başçısının, rayon icra hakimiyyətinin başçısının ünvanına xoşa gəlməz sözlər danışmasına görə iradını bildirərək video çəkilişi dayandırmasını tələb etmişdir. Həmin vaxt Məzahir ucadan nalayiq ifadələr işlədərək onun üzərinə hücum çəkərək əl-qol hərəkətləri ataraq onun qolundan vurmuşdur. Həmin vaxt orada olan Qazax rayon Mənzil İstismar Sahəsinin rəisi Mahmud, Qazax rayonu Mənzil X2 Ramin və sürücü Mehman Məzahiri onun yanından uzaqlaşdıraraq aralamışlar. Lakin Məzahir bir qədər sonra təkrar əl-qol hərəkətləri ataraq bir daha onun qolundan vurmuşdur. Sonra Məzahir onun yanından çıxıb gedən zaman İcra Hakimiyyətinin, onun və dövlətin ünvanına nalayiq ifadələr işlədərək başlarına oyun açacağını deyərək onları hədələmişdir. Ona görə də, Şəxs şikayətçidir. Bu birinci hal deyilki, Məzahir rayonda pozuculuq işləri aparır. Şəxs heç bir nəticə çıxarmır. Odur ki, həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, 20 iyul 2023-cü il tarixdə, saat 14:10-da Qazax şəhəri X8 küçəsində PPXBnin polis nəfəri, polis serjantı Elçin Nəsibzadə, polis nəfəri Tamerlan Mehtiyev və polis nəfəri polis baş serjantı Zərərçəkmiş şəxs1 ilə birlikdə xidmətdə olan zaman Qazax RPŞnin İTB-nin icraatında Şəxs barəsində olan material ilə əlaqədar Şəxs Qazax RPŞ-nə dəvət olunması iləı əlaqədar verilmiş şifahi tapşırıqla bağlı Məzahirə yaxınlaşaraq özlərini təqdim edib Qazax RPŞ-nə dəvət etmişlər. Bu zaman Şəxs polis şöbəsinə getməyəciyini bildirərək dövlətin, icra hakimiyyətinin və polislərin ünvanına nəlayiq ifadələr işlətmişdir. Onlar Məzahiri nizam intizama dəvət etmişlər, lakin Şəxs onlara əl-qol hərəkətləri edərək öz hərəkətlərini davam etdirmişdir. Ona görə də, Şəxs məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında digər zərərçəkmiş şəxs X1 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduğunu və həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Qazax Rayon Mənzil X2 vəzifəsində işləyir. 20 iyul 2023-cü il tarixdə, saat 10:20 radələrində Qazax şəhəri Azadlıq küçəsində dövlət tərəfindən çəkilən asfalt örtüyünün çəkilməsində və görülən işlərin foto şəkilini çəkən zaman Qazax Rayon İcra Hakimiyyəti bşçısının birinci müavini Zərərçəkmiş şəxs2lə söhbət edirmiş. Həmin vaxt Qazax rayon Kəmərli kənd sakini Məzahir adlı şəxs Məmməd müəllimə tərəf yaxınlaşaraq mobil telefon ilə Məmməd müəllimi və görülən işləri çəkərək dövlətin, dövlət başçısının və rayon icra hakimiyyətinin başçısının əleyhinə xoşa gəlməz ifadələr işlədərək və dövlətin gördüyü işlərə kölgə salmaq məqsədi ilə video çəkiliş apardığını görmüşdür. Həmin vaxt Məmməd müəllim Məzahirə yaxınlaşaraq Dövlətin, dövlət başçısının, rayon icra hakimiyyəti başçısının ünvanına xoşa gəlməz nəlayiq ifadələr işlətməsinə görə iradını bildirərək video çəkilişi dayandırmasını bildirmişdir. Bu zaman Məzahir ucadan nalayiq ifadələr işlədərək Məmməd müəllimin üzərinə hücum çəkərək əl-qol hərəkətləri edərək Məmməd müəllimin qolundan vurmuşdur. Həmin vaxt o, Qazax rayonu Mənzil istismar Sahəsinin rəisi Mahmud müəllim və Məmməd müəllimin sürücüsü X10 müəllimdən uzaqlaşdırmışlar. Lakin Şəxs bir qədər sonra təkrar onların yanına gələrək nəlayiq ifadələr işlədərək Məmməd müəllimə təkrar əl qol hərəkətləri atmışdır. Daha sonra Məzahir onların yanından gedən zaman Məmməd müəllimin, rayon icra hakimiyyətinin və dövlətin ünvanına nəlayiq ifadələr işlətmiş və “başınıza oyun açacam” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əkrəm oğlu və Şahid3 izahatlarında digər Şahid1 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 iyul 2023-cü il tarixli aktdan görünür ki, Qazax rayon Kəmərli kənd sakini Şəxs 20 iyul 2023-cü il tarixdə Qazax rayon İcra Hakimiytəti başçısının birinci müavini Zərərçəkmiş şəxs2, Rayon İcra Hakimiyyətinin başçısı və dövlətin ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 iyul 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 iyul 2023-cü il tarixdə, saat 14:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(023)-48/2023 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli, 3(104)-130/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş və Qazax Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 3(023)-48/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını, zərərçəkmiş şəxslərin izahatlarını və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi zərərçəkmiş şəxslərin izahatı, şahidlərin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 20 iyul 2023-cü il tarixdə, saat 10:20 radələrində Qazax şəhəri Azadlıq küçəsində Qazax RİHB-nın birinci müavini Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə təhqir etmiş, həmin tarixdə saat 14:10-da H.Z.tağıyev küçəsində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallar yoxdur. Eyni inzibati xətanı il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 20 iyul 2023-cü il tarixdən, saat 14:20-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar