Məhkəmə qərarları › İş №3(023)-284/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-284/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-284/2023 26.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, onun müdafiəçisi Qazax rayon vəkil bürosunun vəkili X2, inzibati protokolu tərib etmiş şəxs Qazax rayon Polis şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Avtomobilləri Yolları Dövlət Agentliyinin, YMX-nin 7 nömrəli tərəzi xidmətində mütəxəssis işləyən, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qazax rayon Polis Şöbəsinin sahə rəisi X3 izahatında bildirdi ki, Şəxs 10 mart 2023-cü il tarixdə saat 14:30 radələrində Qazax rayonu, Çaylı kəndi ərazisində Opel markalı, 90ZG509 dövlət qeydiyyat nişanlı avtomobil ilə avtoxuliqanlıq etdiyi aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, borclunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Qazax RPŞ-də vermiş olduğu izahatında hadiəsinin 10 mart 2023-cü il tarixdə baş verməsini bildirsə də, əslində hadisə 09 mart 2023-cü il tarixdə baş vermişdir. Belə ki, 09 mart 2023-cü il tarixdə onun toyu olmuş və Opel markalı, 90ZG509 dövlət qeydiyyat nişanlı avtomobili gəlin maşını kimi idarə etmişdir. Qazax rayonu, Çaylı kəndinin girəcəyində manevr qaydasını pozmuşdur. Hadisə zamanı avtomobilin surəti 55-60 km/saat olmuşdur. Həmin hadisədən sonra toyun video görüntülərindən həmin hissəni götürərək “Tik-Tok” sosial şəbəkəsində paylaşmışdır. Hazırda törətdiyi əməldən peşmandır və onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, video görüntüyə, tərəflərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, hazırki məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilsə də, inzibati məsuliyyətə cəlb etmə müddətin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 38-ci fəslindən göründüyü kimi avtoxuliqanlıq ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar kateqoriyasına aid edilmişdir. Həmin Məcəllənin 38.1-ci maddəsindən də, göründüyü kimi inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yəni, inzibati xətanın 10 mart 2023-cü il tarixdə törənməsini nəzərə alsaq İXM-nin 38.1-ci maddəsinə əsasən ən geci 10 iyul 2023-cü il tarixdə inzibati protokol tərtib edilərək baxılması üçün təqdim edilməlidir. Hazır ki, halda isə inzibati məhsuliyyətə cəlb etmə müddətindən 16 gün keçdikdən sonra inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəmə təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. 03 may 2017-ci il tarixli 1361 nömrəli “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 25ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 332.4 – 332.7, 333.2 – 333.5, 333-1.2 – 333-1.5, 334.2 – 334.5, 334-1.2 – 334-1.5, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 338.10, 342.8, 342.9, 343.1-1, 343.2, 343.3, 343.4-1, 343.5 – 343.7, 343.9, 343-1.2 – 343-1.4, 343-1.6 – 343-1.9, 343-1.11, 349, 351, 353.5, 511 və 529.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – daxili işlər naziri, onun müavinləri, Nazirliyin Baş X6 İdarəsinin rəisi, onun müavinləri, Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 İdarəsinin rəisi, ərazi polis orqanlarının X6 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X6 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X6 qruplarının rəhbərləri, X6nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X6 İdarəsinin, X6 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X6 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları tərəfindən Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edilir. İş materiallarından göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol Qazax rayon Polis Şöbəsinin sahə rəisi X3 tərəfindən tərtib edilmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs inzibati xətanı törətdiyi gündən dörd ay keçdiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar