Məhkəmə qərarları › İş №3(023)-286/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-286/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-286/2023 28.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Qazax rayon vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Qazax rayonu, Qızıl Hacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu, Qızıl Hacılı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax rayon Polis Şöbəsində tərtib olunmuş material 27 iyul 2023-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib olunmuş 27 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində Qazax şəhəri, M.Carçıyev küçəsində yerləşən “Sərfəli” marketdə Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə də, Namazov X1 Xətalar Məcəlləsinin 157ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Namazov X1 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, Qazax şəhəri, M.Carçıyev küçəsində yerləşən “Sərfəli” marketi işlədir. İş üzrə Zərərçəkmiş şəxs onun müştərisi olmuş və Nemətin oa borcu olmuşdur. O, Nemətdən dəfələrlə borcunu istəsədə Nemət müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında işlətdiyi marketdə olarkən Nemət sərxoş şəkildə marketə gəlmiş və ondan “GO” adlı energetik içki almaq istəmişdir. O, həmin vaxt kassada olmuş və Nemətə aldığı içkinin pulunu verərkən borcunu tələb etmişdir. Zərərçəkmiş şəxs borcunu ödəməkdən yayınmış və aralarında söz mübahisəsi olmuşdur. Marketdə digər şəxslərdə olduğundan o, Nemətin qolundan tutaraq marketdən kənara çıxartmış özü isə marketə geri qayıtmışdır. Hadisə ilə bağlı Nemətdən üzr istəmiş lakin Nemət onu bağışlamamışdır. Göstərdiyi halları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, uzun müddətdir ki, Qazax şəhəri, M.Carçıyev küçəsində yerləşən “Sərfəli” marketdən alış-veriş edir. Həmin marketi işlədən Şəxsda oradan tanımış və münasibətləri yaranmışdır. O, Şəxs nisya ərzaq malları almış və ona 80 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə Qazax şəhərində yerləşən kafelərin birində bir neçə bakal pivə içdikdən sonra təxminən 01:30 radələrində həmin marketə getmiş və energetik içki olan “GO” içkisi almaq istəmişdir. Məhsulu alıb pulunu ödəyən zaman Nemət ondan borcunu ödəməsini tələb etmiş, o isə öz növbəsində yaxın müddətdə ödəyəcəyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, Nemət onu ərzaq malları satılan vitrinin arxasına dəvət etmiş və boğazından sıxaraq onu təhqir etmişdir. Daha sonra o və Nemət marketdən çölə çıxmış, Nemət onun sifət və ağız nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Daha sonra o, hadisə yerindən uzaqlaşaraq DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Hazırda Şəxs ondan üzr istəsə də, Nemətlə barışmamış və sonuncunun barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirdi ki, Qazax şəhəri, M.Carçıyev küçəsində yerləşən “Sərfəli” marketdə satıcı kimi işləyir. Zərərçəkmiş şəxs işlədiyi marketdən tanıyır və onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2023-cü il tarixdə marketdə olan zaman Zərərçəkmiş şəxs sərxoş halda marketə gəlmişdir. Marketə daxil olaraq energetik içki olan “GO” içkisi götürmüş, daha sonra kassaya yaxınlaşaraq ödəniş etmək istəmişdir. Ödəniş edən zaman marketin sahibi Şəxs sonuncudan borcunu tələb etmiş, sonuncu isə bundan yayınaraq marketin içərisində uca səslə danışmağa başlamışdır. O və digər iş yodaşı Şahid1, Zərərçəkmiş şəxs yaxınlaşaraq onu sakitləşdirməyə çalışmış və marketdən çölə çıxarmışlar. Həmin vaxt Şəxs kassanın arxasında olmuş və Zərərçəkmiş şəxs heç bir zərbə vurmamışdır. Əlavə olaraq onu da qeyd etmişdir ki, Zərərçəkmiş şəxs sərxoş olduğundan hadisəni tam xatırlamır və onu marketdə heç kəs vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 digər Şahid2 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında təhqiqat araşdırması aparılmış və 13 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ-nin vermiş olduğu 04 iyul 2023-cü il tarixli 184 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət – sağ kürəküstü və sağ bazunun iç səthinin qançırı, alt dodağın sıyrığı, küt əşyanın təsirindən törəmişdirlər, törəmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyası çərçivəsində barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin xarakterini və dərəcəsini nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbehin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar