Məhkəmə qərarları › İş №3(023)-287/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-287/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-287/2023 01.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1978-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 27 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Qazax şəhəri M.Əsədov küçəsində Ağstafa rayon Köçəsgər kənd sakini Zərərçəkmiş şəxs döyərək fiziki zor tətbiq etmiş və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. 23 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə gələrək həyat yoldaşının himayəsində olan az yaşlı qızı Aidə Nəsirovanın təqaüd kartını onlardan istəmişdir. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı nəlayiq ifadələr işlədərək onu təhqir etmişdir. Buna görə də, o Zərərçəkmiş şəxs itələmiş, Günel arxası üstə yerə yıxılmış və qolundan tutaraq həyətindən çölə çıxarmışdır. Lakin Zərərçəkmiş şəxs döyməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. 23 iyun 2023-cü il tarixdə, saat 11 radələrində qaynanası Şahid1 ilə birlikdə Şəxs yaşadığı ünvana gedərək ondan həyat yoldaşında olan təqaüd kartını almaq istəmişdir. Bu zaman Şəxsla aralarında mübahisə yaranmışdır Mübahisə zamanı Şəxs onun saçından tutaraq torpaq üzərində sürükləmiş, əlləri ilə onu döymüş və təpiklə qarın nahiyəsinə vurmuşdur. Hazırda Şəxs şikayətçidir. Şəxs həbslə bağlı olan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahat verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun gəlinidir. Eyvaz isə qızının əridir. 23 iyun 2023-cü il tarixdə, saat 11 radələrində gəlini Zərərçəkmiş şəxs ilə birlikdə Şəxs yaşadığı ünvana gedərək ondan həyat yoldaşında olan təqaüd kartını almaq istəmişdir. Onlar kartı istəyən zaman gəlini Günel ilə Şəxs arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs Güneli itələyərək yerə yıxmış, saçından tutaraq torpaq üzərində sürükləmiş, əlləri ilə onu döymüş və təpiklə qarın nahiyəsinə vurmuşdur. O, Eyvazla Günelin arasına girərək onları aralamağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahat verərək bildirmişdir ki, Şəxs onun qardaşıdır. Hadisə baş verən gün, yəni 23 iyun 2023-cü il tarixdə qardaşı Eyvazgildə olmuşdur. Evdə olan zaman həyətə səs-küy gəldiyini eşitmişdir. Bu zaman evdən həyətə çıxmış və görmüşdür ki, qardaşı Eyvazla Günel adlı şəxs mübahisə edir. Mübahisə zamanı Günel Eyvaza qarşı nəlayiq ifadələr işlətmişdir. Qardaşı Eyvaz isə Günelin qolundan tutaraq evin həyətindən çölə çıxartmışdır. X8 döyməsini görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və X4-Təcrübi və X7 Hüquqi Şəxsin verdiyi 23 iyun 2023-cü il tarixli, 165 saylı rəyindən görünür ki, babayeva Gübel İmran qızının bədənində müəyyən edilmiş xəsarət: Sol baldırın ön səthinin sıyrığı, küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə döyülmə nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 iyul 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış HK- 1/862 saylı ilkin araşdırma materiallarında əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən verlən arayışdan görünür ki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF PHŞ-in 1 saylı X2 Qazax rayon qəbul şöbəsindən hər ay İİ qrup əlilliyə görə 315 manat 76 qəpik pensiya alır. Məhkəmə Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməməsi barədə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş üzrə məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs döymədiyini, sadəcə Güneli itələyərək yerə yıxdığını və qolundan tutaraq həyətdən çıxardığını göstərsə də Zərərçəkmiş şəxs, Şahid1 məhkəmə iclasında vermiş olduqları izahatlarında Şəxs 23 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döydüyünü qeyd etmişlər. Həm zərərçəkmiş şəxsin izahatı, həm şahid izahatı, həm məhkəmə-tibbi ekspertizasının rəyi, həm də işin digər halları ilə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübut olunur. Ona görə də məhkəmə Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməməsini əsaslı hesab etmir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və şahid izahatlarını dinləyib və iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, toplanmış sübutlarla, yəni zərərçəkmiş şəxsin izahatı, şahidin izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 23 iyun 2023-cü il tarixdə, saat 11 radələrində Qazax şəhəri M.Əsədov küçəsində Ağstafa rayon Köçəsgər kənd sakini Zərərçəkmiş şəxs döyərək fiziki zor tətbiq etmiş və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından göründüyü kimi barəsində inzibati icraat aparılan şəxs Şəxs ikinci qrup əlil olmaqla hər ay 315 manat 76 qəpik pensiya alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2, 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar