Məhkəmə qərarları › İş №3(023)-287/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-287/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-287/2024 12.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, X1 iştirakı ilə, X5 tərəfindən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. X5 həmin qərardan şikayət vermişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, onun idarə etdiyi KİA Ceed markalı, 99SJ435 dövlət qeydiyyat nişanlı avtomobili 13 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu M.Qaşqay küçəsində idarə etmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlayaraq içkili olduğunu bildirib, heç bir alkotestr aparatından həkim müayinəsindən keçirmədən sözügedən qərarı qəbul etmişlər. Belə ki, o həmin vaxt içkili olmamış onun içkili olmağını təsdiq edəcək heç bir sübut yoxdur. Ona görə də barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayət vermiş şəxs X5 şikayətində göstərdikləri xüsusatlara uyğun izahat verərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara şikayət təmin edilməməlidir. Belə ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla və təqdim edilmiş fotoşəkillərlə sübut olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X6 İdarəsinin rəisi, polis polkovniki X3 tərəfindən xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “KİA CEEP” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 xx.xx.2024-cü il tarixdə saat 07:32-də “Nəsimi rayonu M.Qaşqay küçəsində nəqliyyat vasitəsinin alkaqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə əks itiqamətli hərəkət zolağına çıxışından manevr etmə nəticəsində Azərbaycan Respublikası 333.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəməyə qərarın ləğv olunması üçün X5 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Anar Aşırovun inzibati xəta törətməsi inzibati tənbeh vermə haqqında qərar və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X5 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X2 şikayəti əsassız hesab olunaraq təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Polis İdarəsi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar