Məhkəmə qərarları › İş №3(023)-288/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-288/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-288/2023 15.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şübet qızının katibliyi ilə İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, Qazax rayonu, Aşağı Əskipara Ərazi dairəsi, Bağanıs Ayrım kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 31 iyul 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan müəyyən edilir ki, Tovuz Gömrük İdarəsinin “qırmızı körpü” gömrük postunun inspektoru X3 tərəfindən “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına “DAF” markalı, RA006UF dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gələn Gürcüstan Respublikasının vətəndaşı xx.xx.1973cü il təvəllüdlü Əliyev Zülfüqar ilə gömrük məcəlləsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmış yük nəqliyyət vasitəsinə yoxlama hal-şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı Şəxs adına gələn “DAF” markalı, RA006UF dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində olan yükə Adıgözəlov Asifin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə gömrük baxış keçirilmişdir. Nəqliyyat vasitəsini yoxlamağa başlamazdan əvvəl Gürcüstan Respublikası vətəndaşı X2 bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Nəqliyyət vasitəsinin yoxlanması yooxlama zamanı yükə dair sənədlərdə gətirilən yükün çəkisinin 3050 kq qeyd edildiyi, baxış zamanı isə mal müşaiyət sənədində qəyd edilməyən sürətlər qutusu (Ford), hərəkət diski 7 ədəd, yanacaq çəni 1 ədəd, yan qanad 2 ədəd, karniz(Ford) 2 ədəd, baqaj 1 ədəd müəyyən olunmuşdur. Yük nəqliyyət vasitəsi vasitəsi tərəzidə çəkildikdən sonra nəqliyyat vasitəsinin texniki pasportunda qeyd edilən çəkisinin 7130 kq olduğu lakin nəqliyyat vasitəsinin 6100 kq olduğu və sənədlərdə göstərilən çəki ilə eynilik təşkil etmədiyi məlum olmuşdur Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, idxal olunan yüklərdə mal müşayiət sənədlərində məlumatların düzgün göstərilməməsinin səbəbi həmin yükləri göndərən firmanın səhvi olmuşdur. Barələrində tərtib edilmiş inzibati protokol üzrə təqsirli olduqlarını bildirdi və barələrində cərimə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin” verdiyi 26 iyul 2023-cü il tarixli 9/5614 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş 1 (bir) ədəd istifadə edilmiş sürətlər qutusu (FORD Explorer 2011), 800 manat, 7 ədəd istifadə edilmiş hərəkət diski (Ford Epxlorer 2011), 420 manat, 1 ədəd istifadə edilmiş yanacaq çəni (Ford Explorer 2011), 65 manat, 2 ədəd yan qanad (Ford Explorer 2011), 160 manat, 2 ədəd karniz (Ford Explorer 2011), 140 manat, 1 ədəd istifadə edilmiş baqaj (Ford Fusion 2015) 240 manat, malların orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq, xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1825,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində Gürcüstan Respublikası vətəndaşı Zülfüqar Əliyev idarə etdiyi “DAF” markalı, RA006UF dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF” markalı, RA006UF dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinməli, ona, təqsirli bilindiyi maddənin sanksyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1825,00 manat olan, 1 (bir) ədəd (FORD Explorer 2011), 7 ədəd diski (Ford Epxlorer 2011), 1 ədəd yanacaq çəni (Ford Explorer 2011), 2 ədəd yan qanad (Ford Explorer 2011), 2 ədəd karniz (Ford Explorer 2011), 1 ədəd baqaj (Ford Fusion 2015) metallın dəyərinin qırx faizi məbləğində cərimə tətbiq edilməli, müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra saxlanılan əmlarkar Şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1825,00 manat olan, 1 (bir) ədəd (FORD Explorer 2011), 7 ədəd diski (Ford Epxlorer 2011), 1 ədəd yanacaq çəni (Ford Explorer 2011), 2 ədəd yan qanad (Ford Explorer 2011), 2 ədəd karniz (Ford Explorer 2011), 1 ədəd baqaj (Ford Fusion 2015) dəyərinin 40 faizi məbləğində, yəni 730 (yeddi yüz otuz) manat məbləğdə cərimə edilsin. Müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra ümumi dəyəri 1825,00 manat olan, 1 (bir) ədəd (FORD Explorer 2011), 7 ədəd diski (Ford Epxlorer 2011), 1 ədəd yanacaq çəni (Ford Explorer 2011), 2 ədəd yan qanad (Ford Explorer 2011), 2 ədəd karniz (Ford Explorer 2011), 1 ədəd baqaj (Ford Fusion 2015) Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar