Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-29/2024 30.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə 05 yanvar 1985-ci ildə Qazax rayonu Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq,məhkəmə müyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 yanvar 2024-cü il tarixdə,gecə saatlarında Qazax rayonu Xanlıqlar kənd qəbristanlığında Zərərçəkmiş şəxs2 ata və anasının qəbrinin dəmir qapısını oğurlamışdır. Bundan başqa 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 yanvar 2024-cü il tarixdə gecə saatlarında Qazax rayonu Xanlıqlar kənd qəbristanlığında Zərərçəkmiş şəxs3 nənə və babasının qəbirlərinin dəmir qapısını oğurlamışdır. Bundan başqa 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yanvar ayının əvəllərində Qazax rayon Xanlıqlar kəndində Zərərçəkmiş şəxs1 məxsus 06 (altı) ədəd dəmir relsləri oğurlamışdır. Buna görə də, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı, xx.xx.2024cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün 30 yanvar 2024-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində yaşayır. Heç bir yerdə rəsmi olaraq işləmir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tanıyır, qohumluq münasibətləri olsa da həmkəndlidirlər. 2024-cü ilin yanvar ayının xatırlamadığı günündə Zərərçəkmiş şəxs1 Qazax rayon Xanlıqlar kəndində yerləşən evinin qarşısından keçən zaman hasarın dibində dəmir relslərin olduğunu görmüş və maddi vəziyyəti çətin olduğu üçün həmin relsləri oğurlayıb satmaq qərarına gəlmişdir. Həmin relslər ağır olduğu üçün iki ədəd relsi idarə etdiyi avtomobilin yük yerinə qoyaraq ərazidən uzaqlaşmış və relsləri Qazax rayonu ərazisində 60 manata satmışdır. Daha sonra ayrı-ayrı vaxtlarda qalan 4 ədəd relsləridə götürərək satmışdır. Lakin həmin relslərdən 4 ədədini qaytarıb Zərərçəkmiş şəxs1 vermiş və sonuncudan üzr istəmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yaxınlarına məxsus qəbirlərin kənarında olan dəmir setkaların qapılarını o oğurlamamışdır. Bununla bağlı məlumatı yoxdur. O, heç vaxt qəbirsanlıqdan oğurluq etməmişdir. Həmin oğurluq hadisəsi ilə bağlı Qazax RPŞ-də təhqiqatçı tərəfindən izahatı alınan zaman o təhqiqatçıya bildirmişdir ki, latın qrafikası ilə yazıb oxumağı bilmir. Ona görə də, təhqiqatçı tərəfindən izahatı alınan zaman izahatını oxuya bilməmişdir. Həmçinin təhqiqatçıya izahat verən zaman qəbristanlıqdan oğurlanmış dəmir setkaların qapılarını oğurlamadığını, həmin oğurluq hadisəsi ilə heç bir əlaqəsinin olmadığını, ümumiyətlə qəbristanlıqdan oğurluq etmədiyini bildirmişdir. Lakin buna baxmayaraq təhqiqatçı onun izahatını düzgün yazmamış, guya o təhqiqata izahat verən zaman oğurluq hadisəsini etraf etmişdir. Latın qrafikası ilə oxuya bilmədiyi üçün təhqiqatçı tərəfindən yazılan izahata imza atmışdır. Həmin izahat təhqiqatçı tərəfindən ona ucadan oxunmamışdır. İzahatda yazılanlar təhqiqatçı tərəfindən ona qarşı şər böhtandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində yaşayır. Təqaüdçüdür. 09 yanvar 2024-cü il tarixdə, axşam saat 21 radələrində o, yaşadığı evin arxa tərəfinə gəldikdə evin arxa tərəfinə yığdığı 06 ədəd relslərin yerində olmadığını görmüşdür. Məhləyə çıxmış və qonşusu ona bildirmişdir ki, ona məxsus relsləri bir nəfər şəxs avtomobilə qoyaraq aparmışdır. O, dərhal öz avtomobili ilə həmin avtomobilin arxasınca getmişdir. Bir qədər avtomobillə irəlilədikdən sonra həmkəndlisi Şəxs su arxının yanında olduğunu, Dəvrişin avtomobilinin arxa tərəfinin su arxına doğru düşdüyünü görmüşdür. Həmin vaxt Dəvrişin yanında olan tanımadığ bir nəfər şəxsdə olmuşdur. O, avtomobili dayandırıb avtomobildən endikdə evinin arxasına yığdığı relslərdən birinin orada yerdə olduğunu görmüşdür. O, Dəvrişə “Bu relsi hara aparırsan” dedikdə Dəvriş ona “pula ehtiyacım var, üzr istiyirəm” demişdir. O, Dəvrişdən digər relslər barədə soruşduqda Dəvriş həmin relsləri də apardığını etiraf etmişdir. O, həmin relsi evinə gətirmişdir. Səhəri gün yaşadığı Xanlıqlar kəndində olan karyerə gedən zaman relslərdən birinin yolun kənarında olduğunu görmüşdür. Həmin relsi özünə məxsus olan sexə aparmışdır. Bundan sponra relsi tapdığı istiqamətdə yerləşən metal qəbulu ilə məşğul olan sexə getmişdir. O, sexdə relslərinin 02 ədədinin tərəzinin üzərində olduğunu görmüşdür. Orada ona həmin relsləri Dəvriş və tanımadıqları bir nəfər şəxsin satdığını bildirmişdir. Bundan sonra o, polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumlikdə 300 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Ona görədə inzibati xəta törətmiş şəxs Şəxs şikayətçidir. Həbslə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun yaxın qohumlarına məxsus qəbirlərin kənarında olan dəmir setkaların qapılarıda oğurlanmışdır. Həmin dəmir qapıların kim tərəfindən oğurlanması tam olaraq məlum deyil. Buna baxmayaraq o Şəxs şübhələnir. Lakin həmin oğurluq hadisəsinin Şəxs tərəfindən törədilməsi ilə bağlı heç bir sübutu yoxdur. Yalnız ehtimal edir ki, oğurluq hadisəsi Şəxs tərəfindən törədilmişdir. Məhkəmə iclasında dindirilmiş digər Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində yaşayır. "xxxx" MMC-də işləyir. Şəxs həmkəndlisidir. Qohumluq əlaqələri var. Heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında babası ilə nənəsinin qəbrlərini ziyarət etmək üçün qəbristanlığa getdikdə qəbirlərin ətrafında olan dəmir hasarların qapısının yerində olmadığını görmüşdür. Buna görə də, bu barədə polisə məlumat vermişdir. Həmçinin Şəxs şübhələnmişdir. Təxminən 3- 4 gün sonra polislər ona bildirmişlər ki, oğluq edən şəxs həmkəndlisi Şəxsdur. O, hesab edir ki, onun nənə babasına məxsus qəbirlərin hasarının dəmir qapılarını oğurlayan şəxs Şəxs deyil, ona görə ki, Şəxs həmin oğurluğu etməsi subut olunmur. Yalnız polis əməkdaşları bildirmişdir ki, oğurluq edən şəxs “eklaş” ləqəbli Şəxsdir. Qəbirin dəmir qapısını oğurlayan şəxsin müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş digər Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində ailəsi ilə birlikdə yaşayır. Qazax rayon 28 saylı yol İstismar idarəsində sürücü vəzifəsində işləyir. Şəxs həmkəndlisidir. Qohumluq əlaqələri var. Heç bir ədavət və düşmənçiliyi yoxdur. 09 yanvar 2024-cü ildə qardaşı ilə birlikdə atası və anasının qəbrlərini ziyarət etmək üçün getdikdə qəbirlərin ətrafında olan dəmir hasarların qapısının yerində olmadığını görmüşdür. Buna görə də, bu barədə polisə məlumat vermişdir. Təxminən 3-4 gün sonra polislər ona bildirmişlər ki, oğluq edən şəxs həmkəndlisi Şəxsdur. O, hesab edir ki, onun nənə babasına məxsus qəbirlərin hasarının dəmir qapılarını oğurlayan şəxs Şəxs deyil, ona görə ki, Şəxs həmin oğurluğu etməsi subut olunmur. Yalnız polis əməkdaşları bildirmişdir ki, oğurluq edən şəxs “eklaş” ləqəbli Şəxsdir. Qəbirin dəmir qapısını oğurlayan şəxsin müəyyən edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş “Xırda talama” inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş “Xırda talama” inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş “Xırda talama” inzibati xətasının tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax şəhərində yerləşən Qara və Əlvan metal alqı-satqısı ilə məşğul olan Mehman Abdullayevin verdiyi məktubdan görünür ki, 01 (bir) kiloqram dəmirin 2024-cü ilin yanvar ayı üçün real satış qiyməti 0,40 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax şəhərində fərdi sahibkarlıq fəaliyyətinin verdiyi məktubdan görünür ki, dəmir konstruksiyadan hazırlanmış hündürlüyü 90 sm, eni 60 sm olan qapının 2024-cü il ilin yanvar ayı üçün satış qiyməti 25 (iyirmi beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax şəhərində fərdi sahibkarlıq fəaliyyətinin verdiyi məktubdan görünür ki, dəmir konstruksiyadan hazırlanmış hündürlüyü 1.20 sm, eni 90 sm olan qapının 2024-cü il ilin yanvar ayı üçün satış qiyməti 30 (otuz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN-yi tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı X2 verdiyi 25 yanvar 2024-cü il tarixli arayışdan görünürki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı X1 heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı və 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 yaxınlarına məxsus qəbirlərin kənarında olan dəmir setkaların qapılarını oğurlamadığını, ümumiyyətlə heç vaxt qəbirsanlıqdan oğurluq etmədiyini bildirmişdir. Həmçinin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi izahatlarında oğurluqla bağlı onun nənə babasına məxsus qəbirlərin hasarının dəmir qapılarını oğurlayan şəxsin Şəxs olmadığını, Şəxs həmin oğurluğu etməsi subut olunmadığını, yalnız polis əməkdaşlarının deməsinə görə oğurluq edən şəxsin “eklaş” ləqəbli Şəxs olmasını bildiklərini və qəbirin dəmir qapısını oğurlayan şəxsin müəyyən edilməsini xahiş etdiklərini bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Qazax rayonu Xanlıqlar kənd qəbirsanlığında Zərərçəkmiş şəxs2 ata və anasının qəbrinin dəmir qapısını və həmin qəbirsanlıqda Zərərçəkmiş şəxs3 nənə və babasının qəbirlərinin dəmir qapısının Şəxs tərəfindən oğurlaması məhkəmədə sübuta yetirilməmişdir. Şəxs tərəfindən törədilməsi iddia edilən həmin oğurluq hadisəsinin məhz sonuncu tərəfindən törədilməsi ilə bağlı nə zərərçəkmiş şəxslər tərəfindən, nə də səlahiyyətli orqan, yəni Qazax RPŞ-si tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu da nəticə etibarı ilə onu deməyə əsas verir ki, Qazax rayon Xanlıqlar kənd qəbirsanlığında Zərərçəkmiş şəxs2 ata və anasının qəbrinin dəmir qapısını və həmin qəbirsanlığında Zərərçəkmiş şəxs3 nənə və babasının qəbirlərinin dəmir qapısının Şəxs tərəfindən oğurlanması heç bir sübutla təsdiq edilməyən mülahizədir ki, həmin mülahizələrə görə də şəxsin təqsirli bilinməsinə qanun yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs qeyd edilən oğurluq törətməsi faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli və MN ******* saylı və 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, Qazax rayonu Xanlıqlar kənd qəbirsanlığında Zərərçəkmiş şəxs2 ata və anasının qəbrinin dəmir qapısını və həmin qəbirsanlıqda Zərərçəkmiş şəxs3 nənə və babasının qəbirlərinin dəmir qapısının oğurlanmasında Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli və MN ******* saylı və 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Qazax rayon Xanlıqlar kəndində Zərərçəkmiş şəxs1 məxsus 06 (altı) ədəd dəmir relsini oğurlanması özünün etirafedici izahatı ilə yanaşı Zərərçəkmiş şəxs1 izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə cəzasını yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən, saat 16:35-dən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs, barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən, saat 16:35-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-29/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-29/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver