Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-292/2023 31.07.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1984-cü ildə Qazax rayonu Cəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fəhlə, Qazax rayonu Cəfərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 31 iyul 2023-cü il tarixdə, saat 16:30-da Qazax rayonu Böyük Cəfərli kəndində yerləşən polis məntəqəsində ucadan ünvansız söyüşlər söyüb, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında bildirmişdir ki, Qazax rayonu Böyük Cəfərli kəndində yaşayır. 31 iyul 2023-cü il tarixdə saat təxminən 16:00 radələrində Qazax rayonu Böyük Cəfərli kəndində yerləşən polis məntəqəsinin yaxınlığında olan zaman sərxoş halda ünvansız nalayiq ifadələr işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş və ictimai yerdə nəlayiq ifadə işlətməməsini ona bildirmişdir. Bu zaman o polisin sözünə əməl edərək öz hərəkətlərinə son qoymuşdur. Lakin o, polisin ünvanına nalayiq ifadə işlətməmiş və polis əməkdaşlarına müqavimət göstərməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Şəxs Qazax rayon Böyük Cəfərli kənd sakini kimi tanıyır. Şəxs DİN-nin 102 xidmətinə etdiyi müraciətlə bağlı 31 iyul 2023-cü il tarixdə, saat 16:30 radələrində sonuncuya yaxınlaşaraq özünü təqdim edib, 102 xidmətinə etdiyi müraciətlə bağlı izahatı alınması üçün Qazax rayon Böyük Cəfərli kəndində yerləşən polis məntəqəsinə dəvət etmişdir. Bu zaman Şəxs ucadan ünvansız nəlayiq ifadələr işlədərək polis məntəqəsinə getməyəciyini bildirmişdir. Həmin vaxt Şəxs sərxoş olmuşdur. O, Şəxs nizam-intizama dəvət etmiş və nəlayiq ifadə işlətməməsini ona bildirmişdir. Lakin sonuncu onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Belə olan halda Şəxs Qazax Rayon Polis Şöbəsinə dəvət etmiş, sonuncu isə polis şöbəsinə getməkdən imtina edərək bir daha nəlayiq ifadə işlədərək ona qarşı müqavimət göstərmiş və əli ilə onu itələyərək uzaqlaşmaq istəmişdir. Bu zaman o, efir vasitəsi ilə digər polis əməkdaşını köməyə çağırmış, Qazax RPŞ-nin PPXB-nin polis nəfəri Şahid onların yanına gəlmiş və Şəxs məcburi qaydada Qazax RPŞnə aparmışlar. Ona görə də, Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, Qazax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 31 iyul 2023-cü il tarixdə, saat 16:30 radələrində ərazidə xidmətdə olan zaman polis əməkdaşı Zərərçəkmiş şəxs efir vasitəsi ilə onunla əlaqəyə çıxaraq Qazax rayon Böyük Cəfərli kəndində bir nəfər şəxsin özünü qeyri səmimi apardığını və ona köməyə gəlməsini bildirmişdir. O, Qazax rayon Böyük Cəfərli kəndində yerləşən polis məntəqəsinə getmiş və ora çatan zaman görmüşdür ki, tanımadığı şəxs polis əməkdaşına qarşı tabesizlik edərək ucadan nalayiq ifadələr işlədir. Bu zaman o da həmin şəxsə yaxınlaşaraq onu Qazax RPŞ-ə dəvət etmiş, lakin həmin şəxs polis şöbəsinə getməkdən imtina etmiş, sahə polis nəfəri Zərərçəkmiş şəxs əli ilə itələyərək uzaqlaşmaq istəmişdir. Buna görə də, həmin şəxsi məcburi qaydada Qazax RPŞ-nə gətirmişlər. Qazax RPŞ-də həmin şəxsin Qazax rayon Böyük Cəfərli kənd sakini Şəxs olması ona məlum olmuşdur. İş materiallarında olan Qazax RİHB-nın Cəfərli kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunmur. İş materiallarında olan DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 31 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli, 45/75 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsıdi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 31 iyul 2023-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi zərərçəkmiş şəxsin, şahidin izahatları və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Ona görə də, məhkəmə Şəxs özünü təqsirli bilməməsini əsaslı hesab etmir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 31 iyul 2023-cü il tarixdə, saat 16:30-da Qazax rayonu Böyük Cəfərli kəndində yerləşən polis məntəqəsində ucadan ünvansız söyüşlər söyüb, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallar yoxdur. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə onun ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli 31 iyul 2023-cü il tarixdən, saat 18:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 31 iyul 2023-cü il tarixdən, saat 18:55-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-292/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-292/2023
31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver