Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-294/2023 04.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Türkiyə Respublikası, Mardin Vilayəti, Derik rayonu, Kovanlı kəndində anadan olan, Türkiyə Respublikasının vətəndaşı, evli, Türkiyə Respublikası, Mardin Vilayəti, Derik rayonu, Kızıltepe əsəbəsi, Bahçeli Evlər məhəlləsi, küçə 232, ev 60 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsində tərtib olunmuş material baxılması üçün 01 avqust 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, Türkiyə Respublikası vətəndaşı Şəxs 2023-cü ilin may ayında Türkiyə Respublikasının Gürcüstanla sərhədində yerləşən “Sarp” gömrüksərhəd buraxılış məntəqəsində yerləşən “Duty Free” mağazasından əldə etdiyi və idarə etdiyi 47PZ982/47KM671 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı yük avtomobilinin kabinasında sürücü üçün nəzərdə tutulan yataq yerinin altına qoyduğu az miqdarda, yəni 630 manat dəyərində 90 qutu “Marlboro edge less smell” markalı siqaretləri 1 iyun 2023cü il tarixdə saat 15 radələrində Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “qırmızı Körpü gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdiyi zaman gömrük orqanına bəyan etməmişdir. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyət- İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əmələ görə peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, 01 iyun 2023-ci il tarixli “malların yoxlanılması haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.1984-cü il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi etdiyi «Mercedes-Benz» markalı, 47PZ982/47KM671 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının salonunda yataq yerinin alt hissəsindən gömrük nəzarətindən gizlədilmiş 90 qutu üzərində “Marlboro Edge” yazıları olan siqaretlər aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 19 iyun 2023-cü il tarixli 7/851-9/4432 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş aksiz markası olmayan “Marlboro edge less smell” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 1 qutusunun xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 7,00 manat, 90 qutusu ümumilikdə təxminən 630,00 manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Aydın Savaşın inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə «Mercedes-Benz» markalı, 47PZ982/47KM671 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, «Mercedes-Benz» markalı, 47PZ982/47KM671 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 (altı yüz otuz) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla üzərində “Marlboro edge less smell” yazısı olan 90 (doxsan) qutu siqaretlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Aydın Savaş Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 (altı yüz otuz) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla üzərində “Marlboro edge less smell” yazısı olan 90 (doxsan) qutu siqaretlər müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-294/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-294/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver