Məhkəmə qərarları › İş №3(023)-296/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-296/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-296/2023 04.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə və xx xxxxxxxx 2003-cü ildə Qazax rayonu Hüeynbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Qazax rayonu Hüseynbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521 və 535.1-ci maddələri ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Materiala əlavə edilmiş Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 04 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 04 avqust 2023-cü il tarixdə, saat 02:00-da Qazax şəhəri Su-15 dairəsində ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və səs-küy yaratmışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Hüseynbəyli kəndində yaşayır. 04 avqust 2023-cü il tarixdə Dayısı Vüqarla saat təxminən 02 radələrinbdə Qazax şəhəri SU-15 dairəsində avtomobillə hərəkətdə olan zaman polislərin yolu bağladığını görüb avtomobili saxlayıb səbəbini soruşmuşdur. Polis əməkdaşları yolda təmir getdiyi üçün yolu bağladıqlarını bildirmişlər. Bu zaman dayısı Vüqar və o avtomobildən düşərək polislə mübahisə etməyə başlamışlar. Polis əməkdaşı onlara sakit olmalarını, nizam intizamlı olmalarını və səs-küy yaratmamalarını bildirmişdir. Lakin dayısı Vüqar və o içkili olduqları üçün polisin sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Polis əməkdaşı onları Qazax RPŞnə dəvət etmişlər. Onlar polis şöbəsinə getməkdən imtina edərək tabesizlik göstərmişlər. Ona görə də dayısı Vüqarı və onu məcburi qaydada polis şöbəsionə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin PPXB-nün tağım komandiri vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. 04 avqust 2023-cü il tarixdə, saat təxminən 02 radələrində Qazax şəhəri SU-15 dairəsi ətrafında xidmətdə olan zaman yol təmiri ilə əlaqədar avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyər qoyulmuşdur. Əvvəllər tanımadığı 2 nəfər şəxs idarə etdiyi avtomobili onun yanında saxlayaraq hərəkətin nə səbəbə məhdudlaşdırılmasını soruşmuşdur. O, yolun nə səbəbəb bağladığını onlara izah etmişdir. Bu zaman onlar mübahisə etməyə başlamış, özlərini qeyri səmimi aparmış və uca səslə danışmağa başlamışlar. O, həmin şəxslərə buldirmişdir ki, gecə yarısı küçədə uca səslə danışmasınlar və nizam-intizamlı olsunlar. Lakin həmin şəxslər onun sözünə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu zaman həmin şəxsləri Qazax RPŞ-nə dəvət etmişdir. Lakin həmin şəxslər ona qarşı tabesizlik göstərmiş, ona qarşşı əl-qol hərəkətləri edərək polis şöbəsinə getməkdən imtina etmişdir. Həmçinin yenədə uca səslə nəlayiq ifadələr işlətməyə davam etmişdir. Ona görə də, həmin şəxsləri məcburi qaydada Qazax RPŞ-nə aparmışadır. Rayon polis şöbəsində həmin şəxslərin Qazax rayon Hüseynbəyli kənd sakinləri Şəxs və X3 olduqlarını bilmişdir. Hazırda hər iki şəxsdən şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 avqust 2021-ci il tarixdə, saat 02:35-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 04 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli, 60 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsıdi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 04 avqust 2023-cü il tarixdə yüngül dərəcə sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 04 avqust 2023-cü il tarixdə, saat 02:00-da Qazax şəhəri Su-15 dairəsində ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış və səs-küy yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Şəxs barəsində tərtib edilmiş 04 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə yanaşı, həmçinin 521-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrlə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinə göndərilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli 04 avqust 2023-cü il tarixdən, saat 02:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 04 avqust 2023-cü il tarixdən, saat 02:35-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar