Məhkəmə qərarları › İş №3(023)-299/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-299/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-299/2023 09.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Türkiyə Respublikasında anadan olan, Türkiyə Respublikasının vətəndaşı, evli, Türkiyə Respublikası, Sakarya, Seldıvan Beldesi,Bağcılar küçəsi 01 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsində tərtib olunmuş material baxılması üçün 28 iyul 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, Türkiyə Respublikası vətəndaşı Şəxs Türkiyə Respublikasında əldə etdiyi az miqdarda yəni 630,0 manat dəyərində İsveçrə istehsalı olan 90 qutu”X1” markalı siqaretləri idarə etdiyi 77JD590/01ZB590 nömrə nişanlı yük nəqliyyət vasitəsinin dartıcısının mühərrik hissəsində yerləşən boşluqda gömrük gömrük nəzarətindən gizlədərək 27 may 2023-cü il saay 20:30 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin (hazırda Tovuz Gömrük İdarəsinin) Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyət- İstintaq Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahat verərək bildirmişdir ki, törətdiyi əmələ görə peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, 27 may 2023-ci il tarixli “malların yoxlanılması haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.1971-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Şəxs idarə etdiyi etdiyi «DAF» markalı, 77JD590/01ZB590 nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının mühərrik hissəsində yerləşən boşluqda gömrük nəzarətindən gizlədilmiş 90 qutu üzərində “X1” yazıları olan siqaretlər aşkar olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 09 iyun 2023-cü il tarixli 7/810-9/4220 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş aksiz markası olmayan “X2” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan tütün məmulatlarının 1 qutusunun xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 7,00 manat, 90 qutusu ümumilikdə təxminən 630,00 manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan «DAF» markalı, 77JD590/01ZB590 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, «DAF» markalı, 77JD590/01ZB590 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 (altı yüz otuz) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla üzərində “X2” yazısı olan 90 (doxsan) qutu siqaretlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 630 (altı yüz otuz) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla üzərində “X2” yazısı olan 90 (doxsan) qutu siqaretlər müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar