Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-309/2025 23.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, məhkəmə iclasının katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu, Ürkməzli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis X8 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon Polis X8 Polis Bölməsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16 radələrində narkotik vasitələrdən istifadə etdiyi üçün Qazax RPŞ-nə gətirilmiş və istifadə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixli, HK- 1/474 nömrəli ilkin yoxlama materialı üzrə Qazax RPŞ-nin TB-dən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar icraatına daxil olmuşdur. Daxil olmuş qərarı icraata qəbul etdikdən sonra Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlaməti olduğundan sonuncunun barəsində müvafiq protokol tərtib etmişdir. Protokolu tərtib etməyinə səbəb Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-cil il tarixli, 635 nömrəli rəyi olmuşdur. Belə ki, rəydə göstərilmişdir ki, Şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Bu səbəbdən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir və hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olaraq maddi qazanc əldə edir. O, təxminən, 4-5 aydır ki, narkotik vasitədən istifadə edir. O “marixuana” kimi tanıdığı qurudulmuş halda olan narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə təxminən 15 gün bundan əvvəl yaşadığı Qazax rayonu Ürkməzli kəndindən keçən Coğaz çayının kənarında gəzən zaman yerdən “Marixuana” kimi tanıdığı narkotik vasitə tapmışdır. O, tapdığı “Marixuana” kimi tanıdığı narkotik vasitəni həmin ərazidə istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Qazax rayon Ürkməzli kəndi ərazisində olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər və narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu deyərək onlarla birlikdə Qazax RPŞ-nə getməli olduğunu ona bildirmişdirlər. O da polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birlikdə Qazax RPŞ-nin inzibati binasına gəlmişdir. Bu zaman o, narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. O, narkotik vasitə olan “Marixuana” istifadə etsə də digər güclü təsiredici narkotik vasitəslərdən istifadə etmədiyini bildirmişdir. Həmçinin, onu da qeyd etmişdir ki, etdiyi əməldən peşmandır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə verilmiş suallara cavab olaraq X4 xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Qazax RPŞ-nin əməkdaşlarının onu gəlib yaşadığı mənzildən Qazax Rayon Polis Şöbəsinə apardıqlarını, həmin gün axşam polis şöbəsinin inzibati binasında saxlanıldıqda sonra xx.xx.2025-ci il tarixdə müayinə üçün Gəncə şəhərinə aparıldığını bildirmişdir. Daha sonrada həmin günün axşamı polis şöbəsindən buraxılmış və xx.xx.2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etiraf edici ifadəsi və iş materiallarında olan ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-cil il tarixli, 635 nömrəli rəydə göstərilmişdir ki, Şəxs narkotik vasitə olan kannabionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyə xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülmüşdür. Şəxs sidiyində THC aşkar edilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-cil il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin Daş Salahlı PB-nə göndərilmişdir. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı X1 verdiyi məktubdan görünür ki, Şəxs ƏƏSMN-nin tabeliyində DSMF 1 saylı Qazax-Tovuz regional filialından heç bir növ əmək pensiyası, sosial müavinət və Prezident təqaüdü almır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlini səmimi etiraf edərək peşman olması, il ərzində ilk dəfə olaraq inzibati xəta törətməsi, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-309/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-309/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver