Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-320/2023 11.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə və xx xxxx 2004-cü ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 11 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 avqust 2023-cü il tarixdə, saat 14:50-də Qazax rayonu, Ağköynək kəndində yaşadığı evin qarşısında ucadan polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa Qazax RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş 11 avqust 2023-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 10 avqust 2023-cü il tarixdə, saat 14:50 radələrində Qazax rayonu, Ağköynək kəndində yaşadığı evin qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qazax rayonu Ağköynək kəndində anası və bacısı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə, yəni fəhləliklə məşğul olur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Bakı şəhərinə işləməyə getmək üçün anası Şahid pul istəmiş, anası ona pul vermədiyi üçün əsəbləşmiş, ucadan nalayiq ifadələr işlətmişdir. Bu zaman anası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları onun yaşadığı Qazax rayon Ağköynək kəndində yerləşən evə gəlmişlər. Polis əməkdaşlarının onun yaşadığı evə gəlməsinə əsəbləşmiş və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə o yenə öz hərəkətlərini davam etdirmişdir. Bu zaman polis əməkdaşları onu rayon polis şöbəsinə dəvət etmiş, o polis şöbəsinə getməkdən imtina etmişdir. Ona görə də, onu məvburi qaydada Qazax RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Onun barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi vəzifəsində işləyir. 10 avqust 2023-cü il tarixdə, saat 14:50-də xidmətdə olan zaman Qazax rayon Ağköynək kənd sakini Şahid DİN-nin 102 xidmətinə daxil olmuş müraciətinə əsasən Qazax RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Cabbar İmamquluyev və NH-nin sürücüsü Zərərçəkmiş şəxs1lə birlikdə Şahid yaşadğı Ağköynək kəndinə getmişlər. Hadisə yerinə çatanda Zülfiyyənin oğlu Şəxs ucadan nəlayiq ifadələr işlətdiyini görmüşdür. Bu zaman həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, nə üçün mübahisə etdiyini soruşduqda, Şəxs polisin ünvanına da nəlayiq ifadələr işlədərək “Siz kimsiniz mənim evimə gəlmisiz” demişdir. Onlar Şəxs sakitləşdirməyə çalışsalar da, o yaşadığı evin qarşısına çıxıb ucadan nəlayiq ifadələr işlədərək onları da təhqir etmişdir. Bu zaman Anarı Qazax RPŞ-nə dəvət etmişlər, Anar isə polis şöbəsinə getməkdən imtina edərək onları əli ilə itələmiş, RPŞ-nə getməyəcəyini bildirmişdir. Bu zaman Şəxs məcburi qaydada Qazax Rayon Polis Şöbəsinə aparmışlar və növbətçi hissəyə təhvil vermişlər. Həmçinin Şəxs polis şöbəsinə aparan zaman anasına bildirmişdir ki, gələndə evi yandıracaqdır. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax RPŞ-nin NH-nin sürücüsü Zərərçəkmiş şəxs1 izahatında digər Zərərçəkmiş şəxs2 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş və Şəxs şikayətçi olduğunu, həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında bildirdi ki, Qazax rayon Ağköynək kəndində uşaqları ilə birlikdə yaşayır. Əri rəhmətə getmişdir. Qazax rayon Ağköynək kənd bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləyir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs onun oğludur. 10 avqust 2023-cü il tarixdə saat 14:00 radələrində Qazax rayonu Ağköynək kəndində yerləşən evində olan zaman oğlu Anar Bakı şəhərinə işləməyə getmək üçün ondan 30 manat pul istəmişdir. Lakin pulu olmadığı üçün Anara 30 manat verə bilməmişdir. Bu zaman Anar əsəbləşərək onunla mübahisə etmiş, ucadan səs-küy yaratmış və nəlayiq ifadələr işlətmişdir. O Anarı sakitləşdirməyə çalışmış, lakin Anara gücü çatmamışdır. Ona görə də, DİN-nin 102 xidmətinə məlumat vermişdir. Təxminən bir neçə dəqiqə sonra polis əməkdaşları onun evinə gələrək oğlu Anarı sakitləşdirməyə çalışmışlar. Lakin Anarı sakitləşdirmək mümkün olmamışdır. Anar polis əməkdaşlarını görən zaman polisində ünvanına nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşları bir daha Anarı sakitləşdirməyə çalışmışlar. Lakin Anar öz hərəkətlərini daxam etdirərək həm onun, həm də polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları Anarı polis şöbəsinə dəvət etmişlər. Anar polisə getməkdən imtina etmişdir. Bu zaman polis əməkdaşları onu məcburi qaydada xidməti avtomobilə mindirərək polis şöbəsinə aparmışlar. Polislər Anarı aparan zaman Anar ona bildirmişdir ki, çıxanda gəlib evi yandıracaqdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 10 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 avqust 2023-cü il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi 10 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxslərin, şahid izahatları və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 10 avqust 2023-cü il tarixdə, saat 14:50-də Qazax Ağköynək kəndində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşlarına qarşı ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 10 avqust 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-320/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-320/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver