Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-320/2024 02.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa şubet qızının katibliyi, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsində tərtib olunmuş material baxılması üçün 13 avqust 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Şəxs idarə etdiyi “DAF” markalı, 20DN720/20ZA520 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Qırmızı körpü” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş, burada nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı hər hansı hüquqpozma predmeti aşkar edilməmiş, daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi məqsədi ilə stasionar rentgen qurğusuna tərəf yönəldilmiş, lakin nəqliyyat vasitəsinin sürücüsü Şəxs postun ərazisini tərk etdikdən sonra stasionar rentgen qurğusuna tərəf hərəkət etməkdən yayınaraq Qazax rayonun Birinci Şıxlı kəndinə gəlmiş və burada idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda gizlədərək Gürcüstandan ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdiyi pirotexniki vasitələri boşaltmağa başlamışdır. Həmin vaxtı növbədən çıxaraq evə gedən gömrük əməkdaşı Elnur Mustafayevin sayıqlığı nəticəsində Şəxs törətmiş olduğu qanunazidd hərəkətlər aşkar edilmiş və o, bu barədə post rəisi Vasif Abıyevə məlumat vermişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilməsi məqsədi ilə “Qırmızı körpü” gömrük postunun ərazisinə gətirilmiş və iki nəfər hal şahidinin iştirakı ilə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunda kustar üsulla hazırlanmış gizli saxlanc yerindən üzərində “Pedards” göstəricisi olan 909 ədəd, üzərində “Leopart King” göstəricisi olan 3 ədəd və üzərində “Big Combo” göstəricisi olan 1 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 30 may 2024-cü il tarixli nəqliyyat vasitəsinə gömrük yoxlaması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Şəxs idarə etdiyi “DAF” markalı, 20DN720/20ZA520 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə “Qırmızı körpü” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş, burada nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı hər hansı hüquqpozma predmeti aşkar edilməmiş, daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi məqsədi ilə stasionar rentgen qurğusuna tərəf yönəldilmiş, lakin nəqliyyat vasitəsinin sürücüsü Şəxs postun ərazisini tərk etdikdən sonra stasionar rentgen qurğusuna tərəf hərəkət etməkdən yayınaraq Qazax rayonun Birinci Şıxlı kəndinə gəlmiş və burada idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunda gizlədərək Gürcüstandan ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdiyi pirotexniki vasitələri boşaltmağa başlamışdır. Həmin vaxtı növbədən çıxaraq evə gedən gömrük əməkdaşı Elnur Mustafayevin sayıqlığı nəticəsində Şəxs törətmiş olduğu qanunazidd hərəkətlər aşkar edilmiş və o, bu barədə post rəisi Vasif Abıyevə məlumat vermişdir. Bundan sonra nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilməsi məqsədi ilə “Qırmızı körpü” gömrük postunun ərazisinə gətirilmiş və iki nəfər hal şahidinin iştirakı ilə keçirilmiş gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusunda kustar üsulla hazırlanmış gizli saxlanc yerindən üzərində “Pedards” göstəricisi olan 909 ədəd, üzərində “Leopart King” göstəricisi olan 3 ədəd və üzərində “Big Combo” göstəricisi olan 1 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/1004; 9/4854 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, ekspertizaya tədqiqatına təqdim edilmiş protexniki vasitələrin 30 may 2024-cü il tarixə olan orta bazar qiymətilə dəyəri təxminən 1948,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan «DAF” markalı, 20DN720/20ZA520 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, «DAF” markalı, 20DN720/20ZA520 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1948,00 manat təşkil edən, “Pedards” göstəricisi olan 909 ədəd, üzərində “Leopart King” göstəricisi olan 3 ədəd və üzərində “Big Combo” göstəricisi olan 1 ədəd pirotexniki vasitələr müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 1948,00 manat təşkil edən, “Pedards” göstəricisi olan 909 ədəd, üzərində “Leopart King” göstəricisi olan 3 ədəd və üzərində “Big Combo” göstəricisi olan 1 ədəd pirotexniki vasitələr müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-320/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-320/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver