Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-322/2025 07.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində tərtib olunmuş material baxılması üçün 25 aprel 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:58 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına “MERCEDES BENZ ACTROS 1846 LS” markalı, 77EV578\99ZG378 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1980-ci il təvəllüdlü, Şəxs (pasport: C********) ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmış onun idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunmalı heç bir predmetin olmadığını bildirmişdir. Keçirilmiş gömrük baxışı zamanı “MERCEDES BENZ ACTROS 1846 LS” markalı, 77EV578\99ZG378 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunun yuxarısında əşyalar yığmaq üçün nəzərdə tutulan hissəsində 1 ədəd üzərində “PM-X” yazısı olan karton qutuda pnevmatik tapançaya bənzər predmet və salonun aşağı hissəsində əşyaları yığmaq üçün ayrılmış boşluqdan üzərində “SWİSS+ARMS” yazısı olan 1 ədəd plastik qablaşmada içərisində 1000 (min) ədəd dəmir şarikə bənzər predmetlər aşkar olunmuş və götürülmüşdür. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmiş və işə onu iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İş materiallarında olan, 14 mart 2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, “MERCEDES BENZ ACTROS 1846 LS” markalı, 77EV578\99ZG378 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunun yuxarısında əşyalar yığmaq üçün nəzərdə tutulan hissəsində 1 ədəd üzərində “PM-X” yazısı olan karton qutuda pnevmatik tapançaya bənzər predmet və salonun aşağı hissəsində əşyaları yığmaq üçün ayrılmış boşluqdan üzərində “SWİSS+ARMS” yazısı olan 1 ədəd plastik qablaşmada içərisində 1000 (min) ədəd dəmir şarikə bənzər predmetlər aşkar olunmuş və götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsinin xx.xx.2025-ci il tarixli 16/285 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmet zavod üsulu istehsal edilmiş, 4.5 mm kalibrli, 22G134608 nömrəli “PM-X” modelli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapançadır, odlu, qaz, soyuq silah hesab edilmir və istifadəyə yararlıdır. Həmçinin, plasmasoxşar materialdan hazırlanmış slindrik qutunun içərisində olan 1000 (min) ədəd kürəcik zavod üsulu ilə istehsal edilmiş 4.5 mm kalibrli, sıxılmış hava təzyiqi iş prinsipinə malik, pnevmatik silahın güllələridir və döyüş sursatı hesab edilmirlər. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “MERCEDES BENZ ACTROS 1846 LS” markalı, 77EV578\99ZG378 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “MERCEDES BENZ ACTROS 1846 LS” markalı, 77EV578\99ZG378 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olan, 1 ədəd üzərində “PM-X” yazısı olan karton qutuda pnevmatik tapançaya bənzər predmet və üzərində “SWİSS+ARMS” yazısı olan 1 ədəd plastik qablaşmada içərisində 1000 (min) ədəd dəmir şarikə bənzər predmetlər müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, 1 ədəd üzərində “PM-X” yazısı olan karton qutuda pnevmatik tapançaya bənzər predmet və üzərində “SWİSS+ARMS” yazısı olan 1 ədəd plastik qablaşmada içərisində 1000 (min) ədəd dəmir şarikə bənzər predmetlər müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-322/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-322/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver