Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-324/2025 12.05.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Qazax rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Ağstafa rayonu, Köçvəli kəndində yaşayan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəməiclasında baxaraq, müəyyən etdi: Qazax rayon məhkəməsinə Qazax Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Qazax şəhəri H.Əliyev pr-ti ilə Şəxs idarə etdiyi özünə məxsus “ZAZ-110307 Slavuta minik” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq piyada Zərərçəkmiş şəxs vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində piyada Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət almışdır. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri yoxdur. Ona görə də, əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilməlidir. Lakin, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş "əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması" inzibati xətasının tərkib əlamətləri, eyni zamanda 327.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanısını tərkib əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə qərarın surəti aidiyyatı üzrə Qazax RPŞ-nin DYPBnə göndərilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Qazax rayonu Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən İXP ******* seriyalı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə Qazax şəhəri H.Əliyev pr-ti ilə üzü Mərkəzi Bazara doğru hərəkət edən zaman Qazax Dövlət Sosial-İqtisad kollecinin qarşısında halı pisləşdiyi gözü qaralmış və heç bir şey görməmişdir. O, ayağını əyləcə atıb avtomobili saxlamaq istədikdə qarşıda yolu keçmək istəyən bir nəfər xanımı vurmuşdur. Həmin şəxs zərbənin təsirindən yerə yıxılmış və o, dərhal avtomobildən düşüb həmin şəxsə kömək etmişdir. Bundan sonra həmin şəxsi Qazax rayon MX-na aparmışdır. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən zərərçəkmiş şəxsin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 aprel 2025-ci il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Qazax RPŞ-nin DYPB-nə göndərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 14 aprel 2025-ci il tarixli 116 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində "başın ənsə nahiyyəsinin tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası” bərk-küt əşyanın təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə ,yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi peşman olaraq etiraf etməsi,73 yaşının olması və il ərzində ilk dəfə inzibati xətanı törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətinin ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-324/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-324/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver