Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-327/2023 12.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Şikayət vermiş şəxs X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından barəsində inzibati icraat aparılan şəxs Qazax rayon Çaylı kənd Bələdiyyəsinin sədri X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən Qazax rayon Çaylı kənd Bələdiyyəsinin sədri X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, Qazax rayon Çaylı Bələdiyyəsinin sədri vəzifəsində işləyir. 07 iyul 2023-cü il tarixdə əsassız olaraq barəsində Polis orqanları tərəfindən protokol tərtib edilmiş və bu protokol əsasında heç bir araşdırma aparılmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-cü maddələrini pozduğu qeyd edilməklə barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271 -ci maddəsi ilə onu təqsirli bilərək, həmin maddənin sanksiyası çərçivəsində 2000 manat cərimə edilmişdir. Hansı ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, protokol tərtib etmiş şəxs ümumiyyətlə bu protokolun surətini ona təqdim etməmişdir. Ona poçt vasitəsilə 08 avqust 2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarında qeyd edilir ki, “Qazax rayon Çaylı Bələdiyyəsinin sədri X1 və məişət tullantılarının qalaqlanması, ətraf mühitin çirklənməsi” müəyyən edildi. O, vəzifəli şəxs olaraq harada hansı məişət və sənaye tullatılarını qalaqlamışdır, bu nə vaxt baş verib, hansı sənədlərlə aktla və ya izahatlarla təsdiqini tapıb? Heç bir sənəd, çəkiliş və şəkillərlə sübutlar olmadan məsuliyyətə cəlb edilmişdir. O vəzifəli şəxs olaraq belə bir səlahiyyəti yoxdur ki, tullantıların qalaqlanmasını icra etsin. Bələdiyyə ərazisində isə belə bir qanunsuz hərəkətlər edilməmişdir. Əgər belə bir hal aşkar edilmiş olsaydı 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən kənd ərazisində bu işdən məsul olan vəzifəli şəxsə məcburi göstəriş göndərilərək ərazidə aşkar edilmiş tullantıların aradan qaldırılması üçün 10 gün müddət təyin edilməliyidi. Bunun edilməməsi onu göstərir ki, belə bir hal aşkar edilməmişdir. 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş əsassız protokol əsasında heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. Bu halları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddələrinə əsasən barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər nazirliyinin 2 saylı regional Ekologiya və Təbii sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, Qazax rayon Çaylı kənd Bələdiyyəsinin sədri X4 tərəfindən tullantıların qalaqlanması qaydalarının pozulması ilə bağlı Qazax Rayon Daş X8 material daxil olmuşdur. Material araşdırılan zaman müəyyən edilmişdir ki, Qazax rayon Çaylı kəndində tullantıların qalaqlanması qaydaları pozularaq zibil tullantıları yerə atılmış. Buna görə də, Çaylı kənd Bələdiyyəsinin sədri X2 barəsində Qazax RPŞ-nin Daş Salahlı polis bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmşdir. Həmin protokola 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılmış, araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətən Qazax rayon Çaylı kəndində tullantıların qalaqlanması qaydaları pozularaq zibil tullantıları yerə atılmışdır. Ona görə də, Çaylı kənd Bələdiyyəsinin sədri X4 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat cərimə edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X5 tərəfindən verilmiş şikayət əsassızdır, ona görə də, şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri göndərilməlidir. İş materiallarına əlavə edilmiş Qazax rayonu Çaylı bələdiyyəsinin 18 yanvar 2020-ci il tarixli 04 nömrəli iclasının protokolundan çıxarışdan görünür ki, Çaylı Bələdiyyəsinin sədri vəzifəsinə X4 təyin edilmişdir. Məhkəmə tərəfindən araşdırılmış iş materiallarından və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Qazax rayon Çaylı Bələdiyyəsinin sədri Müqabil Pirverdiyev vəzifəli şəxs olaraq harada, hansı məişət və sənaye tullantılarını qalaqlaması, hadisənin nə vaxt baş verməsi, baş vermiş hadisənin hansı sənədlərlə təsdiq edilməsi səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Qazax rayon Çaylı kənd Bələdiyyəsinin sədri Müqabil Pirverdiyev tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsi ilə bağlı hər hansı akt tərtib edilməmiş və ya həmin akt sübut növü kimi məhkəməyə təqdim edilməmişdir. Onu da qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən səlahiyyətli orqana, yəni, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Müqabil Prverdiyev barəsində toplanmış materiallar tələb edilmiş, lakin səlahiyyətli orqan baş vermiş inzibati xəta hadisəsi ilə bağlı tərtib edilmiş inzibati xəta haqqında protokolu məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə, Qazax rayon Çaylı kənd Bələdiyyəsinin sədri Müqabil Pirverdiyevin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun məhkəmə tərəfindən tədqiq edilməsi mümkün olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən aşkar edilmiş inzibati xəta hadisəsi ilə bağlı nöqsanların aradan qaldırılması üçün Qazax rayon Çaylı kənd Bələdiyyəsinin sədri Müqabil Pirverdiyevə məcburi göstəriş göndərilərək həmin nöqsanların aradan qaldırılması üçün 10 gün müddət təyin edilməlidir. Həmin 10 gün müddət üçün səlahiyyətli orqan tərəfindən Müqabil Pirverdiyevə məcburi göstəriş göndərilməmiş və ya göndərilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa iş materiallarında olan 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, bələdiyyə ərazisində sənaye və məişət tullantılarını qalaqlanması və ətraf mühitin çirklənməsi aşkar edilmişdir. Bunun əsasında tərtib edilmiş 07 iyul 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol əsas götürülərək Qazax rayon Çaylı kənd Bələdiyyəsinin sədri Müqabil Pirverdiyev Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, həmin inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilməmişdir. Onuda qeyd etmək lazımdır ki, inzibati tənbeh verilməsi haqqında qərarda göstərilmişdir ki, tullantılar, məhz bələdiyyə ərazisində qalaqlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə araşdırma aparılan zaman tam və obyektiv araşdırma aparılmamış və səthi araşdırma aparılaraq tullantıların qalaqlandığı ərazinin bələdiyyə ərazisi olub-olmaması araşdırılmamışdır. Nə də, məhkəmə araşdırması zamanı həmin ərazinin bələdiyyə ərazisi olması ilə bağlı hər hansı sübut səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Qazax rayon Çaylı kənd bələdiyyəsinin sədri Müqabil Pirverdiyev tərəfindən törədilməsi iddia edilən İXM-nin 271-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinə dair protokol tərtib edildikdən sonra həmin xətanın aradan qaldırılması üçün şəxsə, yəni Müqabil Pirverdiyevə müddət verilməmişdir. Məhkəmə qeyd olunları əsas götürərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən X6 Qazax rayon Çaylı kənd Bələdiyyəsinin sədri X2 barəsində qəbul etdiyi 28 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilsin. İş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri göndərilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-327/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-327/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver