Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-329/2023 30.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Sakhbatova Shamama və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 avqust 1967-ci il tarixdə Qazax rayonu Vəhşi Heyvanlar sovxozunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu Aslanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 03 iyul 2023-cü il tarixdə QAZ 33021 yük markalı ** CH *** qeydiyyat nömrəli avtomobilin sürücüsü Şəxs idarəetməni itirərək aşmış və nəticədə iki sərnişin yüngül xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, özünə məxsus QAZ 33021 yük markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə edir. 3-4 gündür ki, hər səhər saat 04 radələrində Qazax rayon Qaymaqlı və Aslanbəyli kəndi ərazisindən qadın və kişi olmaqla bir neçə şəxsi avtomobilin yük yerində Qazax rayon İkinci Şıxlı kəndi ərazisində yerləşən kartof sahəsinə aparır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində həmin şəxsləri avtomobilə götürüb İkinci Şıxlı kəndi istiqamətində hərəkət edib Aslanbəyli kəndinin girişində komendant postunu keçdikdən az sonra idarəetməni itirmiş, avtomobil sağ tərəfə aşmışdır. Bundan sonra avtomobildən düşüb xəsarət alanlar olduğuna görə təcili-tibbi yardıma zənk vurmuşlar. Bir neçə dəqiqə sonra həmin yerə təcili yardım və yol patrul xidmətinin əməkdaşları gəlmişlər. Daha sonra isə o, polis əməkdaşları ilə birlikdə Qazax rayon Polis Şöbəsinə gəlmişdir. Şəxs izahatında həmçinin hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmadığını, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsinin olduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmiş, onlarla barışmış, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbləri yoxdur. Onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, təxminən 5-6 gündür ki, İkinci Şıxlı kəndi ərazisində yerləşən “AGRO PARK CONSTRUCİSİON”A məxsus olan kartof sahəsində kartof çıxarmaqla maddi qazanc əldə edir. O hər gün saat 04 radələrində işə gedir, saat 11-12 radələrində isə işdən çıxır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində işə getmək üçün yaşadığı evdən çıxıb kəndin mərkəzinə getmişdir. Bir müddət gözlədikdən sonra Qazel markalı yük avtomobilini saxlatmış, avtomobildə iki nəfər yaşlı qadın olduğunu görüb, İkinci Şıxlı kəndinə getdiyini, onu da apara bilib-bilməyəcəyini soruşmuşdur. Sürücü razılaşmış və o avtomobilin yük yerinə çıxaraq oradakı stullardan birində oturmuşdur. Bundan sonra avtomobil İkinci Şıxlı kəndi istiqamətində hərəkət etmişdir. Kəndin girişində olan komendant postunu keçdikdən sonra sağa-sola hərəkət edərək sağ tərəfi üstə aşmışdır. Həmin vaxt onun başı avtomobilin içərisində olan dəmirə dəymişdir. Həmin vaxt avtomobildə olan digər qadınlar da xəsarət almışlar. Şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, Şəxslə barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, təxminən 5 gündür ki, İkinci Şıxlı kəndi ərazisində yerləşən “AGRO PARK CONSTRUCİSİON”A məxsus olan kartof sahəsində kartof çıxarmaqla maddi qazanc əldə edir. O hər gün saat 04 radələrində işə gedir, saat 11-12 radələrində isə işdən çıxır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində işə getmək üçün yaşadığı evdən çıxıb kəndin mərkəzinə getmişdir. Bir müddət gözlədikdən sonra Qazel markalı yük avtomobilini saxlatmış, avtomobildə iki nəfər yaşlı qadın olduğunu görüb, İkinci Şıxlı kəndinə getdiyini, onu da apara bilib-bilməyəcəyini soruşmuşdur. Sürücü razılaşmış və o avtomobilin yük yerinə çıxaraq oradakı stullardan birində oturmuşdur. Bundan sonra avtomobil İkinci Şıxlı kəndi istiqamətində hərəkət etmişdir. Kəndin girişində olan komendant postunu keçdikdən sonra sağa-sola hərəkət edərək sağ tərəfi üstə aşmışdır. Həmin vaxt onun başı avtomobilin içərisində olan dəmirə dəymişdir. Həmin vaxt avtomobildə olan digər qadınlar da xəsarət almışlar. Şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, Şəxslə barışmışdır, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Sakhbatova Shamama izahatında digər zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verərək deyilənləri təsdiq etmiş və Şəxs ona dəymiş ziyanı tam olaraq ödədəyini, Şəxslə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən toplanmış ilkin yoxlama materialı üzrə, onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 avqust 2023-cü il tarixli 315 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol kürək nahiyəsinin qançır olmaqla küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 30 iyul 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03 avqust 2023-cü il tarixli 320 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlərsağ alın nahiyəsinin yarası küt əşyanın təsirindən törənmişdir. 30 iyul 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 iyul 2023-cü il tarixli 316 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlərsağ ənsə nahiyəsinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir. 30 iyul 2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs adına BC304986 saylı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatları, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi, onlarla barışması və zərərçəkmiş şəxslərin ondan şikayətçi olmaması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-329/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-329/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver