Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-331/2023 17.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Qazax RPŞ-in İTB-in polis sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qazax rayonun doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Qazax rayonu Kosalar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 17 avqust 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib olunmuş 17 avqust 2023-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollarda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 17 avqust 2023-cü il tarixdə, Qazax şəhərində Nərimanov qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 izahatında göstərdi ki, Şəxs 17 avqust 2023-cü il tarixdə, sərxoş halda saat 02:05 radələrində Qazax şəhəri Nərimanov qəsəbəsində ucadan ünvansız nalayiq ifadələr işlətmiş və onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, 17 avqust 2023-cü il tarixdə, o, yaşadığı evdə spirtli içki qəbul edib, sərxoş halda saat 02:05 radələrində Qazax şəhəri Nərimanov qəsəbəsində yerləşən adını xatırlamadığı çay evinə getmişdir. Sərxoş halda ucadan nalayiq ifadələr işlətmişdir. Bir müddət sonra polis əməkdaşları ona yaxınlaşaraq onu sakitləşdirmək istəsələr də o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları onu Qazax RPŞ-nin inzibati binasına dəvət etsələr də, o, buna məhəl qoymamış, daha sonra polis əməkdaşları onu məcburi qaydada Qazax RPŞnin inzibati binasına aparmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, o, Qazax rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı işləyir. 17 avqust 2023-cü il tarixdə saat 02:05 radələrində Qazax RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Qədir Alıyev ilə birlikdə Qazax şəhəri, Nərimanov qəsəbəsində xidməti vəzifələrini yerinə etirən zaman bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətməsini gördük. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, onu sakitləşdirməyə çalışsalar da, sonuncu öz əməllərinə davam etmişdir. Onlar sonuncunu ictimai qaydanı pozması ilə əlaqədar olaraq RPŞ-nə dəvət etsələrdə Məhəmmədəli, RPŞ-nə gəlməyəcəyini deyib onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda onlar Məhəmmədəlini məcburi şəkildə xidməti avtomobilə əyləşdirərək RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Qazax rayonu, Kosalar kənd sakini Şəxsdur. Nəticədə raport yazaraq Qazax RPŞ-nin rəisinə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Şahid1 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 avqust 2023-cü il tarixdə, saat 03:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 17 avqust 2023-cü il tarixli 82 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs 17 avqust 2023-cü il tarixdə orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətin yüngülləşdirən hallar yoxdur. Şəxs inzibati xəranı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 avqust 2023-cü il tarixdən saat 03:00-dan hesablansın. Qərarın icrası Qazax rayon Polis şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-331/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-331/2023
17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver