Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-333/2023 07.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından "xxxx" MMC-nin direktoru X1 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarına əsasən "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinmiş, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin direktoru X2 həmin qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş "xxxx" MMC-nin direktoru X2 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək MN ******* nömrəli qərar üzrə cərimə məbləğini ödədiyini, şikayət ərizəsini və əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işdə olan sənədləri araşdırıb, şikayət vermiş şəxsin ərizəsini qanunvericiliyə uyğun olaraq tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından "xxxx" MMC-nin direktoru X1 məhkəməyə verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Azərbaycan Respublikasının CPM-nin 122.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosesual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri aşağıdakı şəxslərin geri götürməyə hüququ vardır. Həmin Məcəllənin 122.7.1-ci maddəsinə əsasən şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər); Göründüyü kimi şikayət vermiş şəxs X2 məhkəməyə ərizə verərək şikayətə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından "xxxx" MMC-nin direktoru X1 məhkəməyə verdiyi şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 122.7, 122.7.1, 449.1, 449.1.4, 451.4, 451.4.1, 451.4.2, və 451.4.3 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 17 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından "xxxx" MMC-nin direktoru X1 məhkəməyə verdiyi şikayət geri qaytarılsın. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-333/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-333/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver