Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-34/2024 31.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxs və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1962-ci ildə Qazax rayonu Musaköy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 31 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 dekabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Qazax rayon Xanlıqlar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən 01 ədəd qaz piltəsi oğurlamışdır. Buna görə də, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək 31 yanvar 2024-cü il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində ailəsi ilə yaşayır. Heç bir yerdə rəsmi olaraq işləmir. Birinci Qarabağ müharibəsi iştirtakçısıdır. Zərərçəkmiş şəxs həmkəndlisidir, həmçinin qohumluq əlaqələri var. Zərərçəkmiş şəxs məxsus evin kənarları açıqdır. Evin həyətində o heyvan otarır. O, indiyədək heç bir oğurluq hadisəsi törətməmişdir. Zərərçəkmiş şəxs məxsus evdən olunan oğurluq hadisəsi ilə bağlı heç bir məlumatı yoxdur. Oğurluq hadisəsini o törətməmiş, həmin əməli törədənlərin kimliyi barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs evinin pəncərəsində olan əl izlərinin ona məxsus olması ilə bağlı qeyd edir ki, onun Zərərçəkmiş şəxslə qohumluq münasibəti olduğu üçün heyvanlarını Adilə məxsus həmin evin həyətində otarır. Heyvan otaran zaman evin həyətində əyləşmiş, evin pilləkənlərində oturmuş və evin pəncərəsi açıq olan zaman çöl tərəfdən əli ilə pəncərəni bağlamışdır. Ona görə də, barmaq izlərinin ona məxsus olmasına inkar etmir. Lakin bir daha qeyd edir ki, oğurluq hadisəsini o törətməmişdir. Oğurluq hadisəsi törətmək ona yaraşmaz. Odur ki, barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş digər Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Xanlıqlar kəndində yaşayır. Heç bir yerdə işləmir. Müharibə veteranıdır. Şəxs həmkəndlisidir. Qohumluq əlaqələri var. Heç bir ədavət və düşmənçiliyi yoxdur. 25 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Qazax rayon Xanlıqlar kəndində yerləşən evinin eyvanında quraşdırılmış “Öztürklər” markalı bir ədəd qaz piltəsinin yerində olmadığını görüb bu barədə polisə məlumat vermişdir. Şəxsla qohumluq əlaqəsi olduğu üçün öz razılığı ilə Əşrəf heyvanlarını həmin evin həyətində otarır. Oğurluq hadisəsinin Şəxs tərəfindən törədilməsi mümkün deyil. Oğurluq hadisəsini Şəxs törətməmişdir. Sonuncu evin həyətində heyvan otaran zaman pəncərənin açıq olduğunü görmüş və əli ilə pəncərəni bağlamışdır. Şəxs şikayətçi deyil, ona görə ki, sonuncunun həmin oğurluğu etməsi subut olunmur. Ona məxsus qaz piltəsini oğurlayan şəxsin müəyyən edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış HK-1/1874 saylı ilkin araşdırma materiallarında əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində təsbit edilən “Xırda talama” əməlini törədən naməlum şəxslərin müəyyən edilməsi istiqamətində sonrakı tədbirlərin icra edilməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmidşir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qazax rayonu Qızıl Hacılı mağazasının verdiyi 04 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, “Öztürklər” markalı masaüstü qaz piltəsinin pərakəndə satış qiyməti 60 (altmış) manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ƏƏSMN-yi tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı X3 verdiyi 25 yanvar 2024-cü il tarixli arayışdan görünürki, Şəxs ƏƏSMN-yi tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı X2 müharibə veteranı olduğuna görə 80 (səksən) manat məbləğdə Prezident təqaüdü alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin verdiyi 03 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 03 ədədi xx.xx.1962-ci ildə Qazax şəhərində anadan olmuş X1 əlinin orta, adsız və sol əlinin adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmədiyini, ümumiyyətlə heç vaxt oğurluq hadisəsi törətmədiyini, heyvan otaran zaman evin həyətində əyləşdiyini, evin pilləkənlərində oturduğunu, evin pəncərəsi açıq olan zaman çöl tərəfdən əli ilə pəncərəni bağladığını, ona görə də, barmaq izlərinin ona məxsus ola biləcəyini bildirmişdir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Şəxsla qohumluq əlaqəsi olduğunu, ona görə də öz razılığı ilə Əşrəfin heyvanlarını həmin evin həyətində otardığını, oğurluq hadisəsinin Şəxs tərəfindən törədilməsinin mümkün olmadığını, oğurluq hadisəsini Şəxs törətmədiyini, sonuncu evin həyətində heyvan otaran zaman pəncərənin açıq olduğunu gördüyünü və əli ilə pəncərəni bağladığını, Şəxs şikayətçi olmadığını, sonuncunun həmin oğurluğu etməsinin subut olunmadığını və oğurluq edən şəxsin müəyyən edilməsini xahiş etdiyini bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən qaz piltəsinin Şəxs tərəfindən oğurlaması məhkəmədə sübuta yetirilməmişdir. Şəxs tərəfindən törədilməsi iddia edilən həmin oğurluq hadisəsinin məhz sonuncu tərəfindən törədilməsi ilə bağlı nə zərərçəkmiş şəxs tərəfindən, nə də səlahiyyətli orqan, yəni Qazax RPŞ-si tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu da nəticə etibarı ilə onu deməyə əsas verir ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən qaz piltəsinin Şəxs tərəfindən oğurlanması heç bir sübutla təsdiq edilməyən mülahizədir ki, həmin mülahizələrə görə də şəxsin təqsirli bilinməsinə qanun yol vermir. Səlahiyyətli orqan, yəni Qazax RPŞ-si Şəxs əl izlərinin oğurluq hadisəsi törədilən evin pəncərəsindəki əl izləri ilə eynilik təşkil etdiyini əsas götürərək sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlayaraq barəsində inzibati xəta haqqında qeyd edilən protokol tərtib etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılna şəxs Şəxs məhkəmədə dindirilən zaman oğurluq hadisəsi törədilmiş evin pəncərəsində əl-barmaq izlərinin müəyyən edilməsini inkar etməmiş və heyvan otaran zaman evin həyətində əyləşdiyini, evin pilləkənlərində oturduğunu, evin pəncərəsi açıq olan zaman çöl tərəfdən əli ilə pəncərəni bağladığını, ona görə də, barmaq izlərinin ona məxsus ola biləcəyini bildirmişdir. Səlahiyyətli orqan, yəni Qazax RPŞ-si tərəfindən həmin əl-barmaq izlərindən başqa oğurluq hadisəsinin Şəxs tərəfindən törədilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-105/2024 saylı məktubda göstərilmişdir ki, təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 03 ədədi (d/x DİN KTİ-nin məlumat bankında olan) xx.xx.1962-ci ildə Qazax şəhərində anadan olmuş X4 (pəncərənin çərçivəsindən içəri tərəf) sağ əlinin orta, adsız və sol əlinin adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. Bununla bağlı məhkəmə səlahiyyətli orqan, yəni Qazax Rayon Polis Şöbəsinin nəzərəinə çatdırır ki, iş materiallarına əlavə edilmiş Şəxs məxsus AZE№ ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, barəsində inzibati icraat aparılan şəxs xx.xx.1969-cu il tarixdə, Qazax rayonu Musaköy kəndində anadan olmuş Şəxsdur. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-105/2024 saylı məktubunda qeyd edilmişdir ki, müqayisəli tədqiqat nəticəsində izlərdən 03 ədədi xx.xx.1962-ci ildə Qazax şəhərində anadan olmuş X4 (pəncərənin çərçivəsindən içəri tərəf) sağ əlinin orta, adsız və sol əlinin adsız barmaqları ilə eynilik təşkil edir. Nəzərə alsaq ki, barəsində inzibati icraat aparılan şəxs xx.xx.1969-cu il tarixdə, Qazax rayonu Musaköy kəndində anadan olmuş Şəxsdur, lakin əl barmaq izlərinin eynilik təşkil etdiyi şəxs xx.xx.1962-ci ildə Qazax şəhərində anadan olmuş X5r. Bu da nəticə etibarı ilə onu deməyə əsas veriri ki, həmin əlbarmaq izləri ilə bağlı verilmiş məktubun (rəy) mötəbərliyi şübhə altına alınır. Belə olan halda mötəbərliyi şübhə altına alınan həmin əl barmaq izlərinin müəyyən edilməsi ilə bağlı verilmiş məktub (rəy) əsasında şəxsin inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Halbu ki, Qazax RPŞ-si tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman səthi araşdırma aparılaraq yuxarıda göstərilən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs qeyd edilən oğurluq törətməsi faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli və MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, Qazax rayonu Xanlıqlar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evdən qaz piltəsinin oğurlanmasında Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-34/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-34/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver