Məhkəmə qərarları › İş №3(023)-342/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-342/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-342/2023 05.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarından "xxxx" MMC-nin dirtektoru X3 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarına əsasən "xxxx" MMC-nin dirtektoru X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində şərti olaraq cərimə edilmişdir. X4 həmin qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciət əsasında araşdırmalar aparılmış və müraciətlə X2 idxal olunan çəkisi 18840 kq limon məhsulu, 2448 kq portağal, 963 kq qreyfrut məhsul partiyası barədə qəbul edilmiş qərar göndərilmiş, həmin qərar əsasında sertifikatın verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi bakı Regional Bölməsinin nümayəndələri tərəfindən sözügedən qərar əsasında MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Qida Təhülkəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələri tərəfindən sözügedən qərarlarla bağlı MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati cərimənin şəeri tətbiq edilməsi haqqında qərar çıxarılmış və həmin qərarla Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Qida X1 Fitosanitar Labaratoriyası tərəfindən verilmiş sınaq protokollarına baxış keçirilərkən onlar tərəfindən olunan müraciət tarixləri ilə sınağın bitdiyi və protokolun təsdiq tarixləri, həmçinin həmin nəticələr əsasında qərarın çıxarılaraq onlara təqdim edilməsi ortalama 15 gün müddət çəkmişdir. Həmin tarixdə sahibkar olaraq həmin məhsulları havanın temperaturunun isti keçdiyi vaxtlarda saxlaya bilməzlər. Həmçinin onlara gec cavab daxil olduğu üçün həmin məhsulların xarab olmasını gözləmədən, artıq labaratoriya nəticələrinin müsbət olduğunu düşünərək həmin məhsulların satışını həyata keçirmişdir. Lakin bu hallar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən nəzərə alınmamışdır. Ona görə də, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs "xxxx" MMC-nin dirtektoru X4 məhkəmə iclasına gəlməmiş, yalnız əvvəlki məhkəmə iclasında ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 hər biri ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, "xxxx" MMC tərəfindən ölkəyə 18840 kiloqram limon, 2448 kiloqram portağal, 963 kiloqram qreypfurt məhsulu idxal olunmuş, həmin qida məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə edilmiş xx.xx.2023-cü il tarixli İD********** və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciətlərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməssində baxılmışdır. Hər iki müraciət əsasında idxal olunmuş məhsul partiyasının serifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalara dair sınaq protokollarında karantin tətbiq olunan zərərli orqanizm aşkar olunduğundan məhsul partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli 280 nömrəli qərarın tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Ona görə də, xx.xx.2023cü il tarixli, İD********** nömrəli müraciətlə X2 idxalı həyata keçirilmiş 18840 kiloqram limon, 2448 kiloqram portağal, 963 kiloqram qreyfrut məhsul partiyası və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında Türkiyə Respublikasından idxal olunan çəkisi 21800 kiloqram limon məhsulu partiyası barədə qəbul edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Agentliyin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, 320/FN və xx.xx.2023-cü il tarixli, 321/FN nömrəli qərarlar icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Lakin "xxxx" MMC tərəfindən həmin qərarlar icra edilməmiş, həmin məhsullar məhv edilməli və ya ölkə xaricinə çıxarılmalı olduğu halda "xxxx" MMC tərəfindən məhsullar satışa çıxarılmışdır. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tətib edilmiş və həmin protokol əsasında "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 11 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olarasq tətbiq edilməsi haqqında qərarla 4000 (dörd min) manat məbləğdə cərimə edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Məmmədəli Quliyevin barəsində qəbul edilmiş 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qanuni və əsaslıdır. Ona görədə ”Ertagro” MMC-nin direktoru X3 verdiyi şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ”Ertagro” MMC-nin direktoru X3 verdiyi şikayətin dəlillərini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələrinin verdiyi izahatlarla və məhkəməyə təqdim edilmiş iş materialları ilə əlaqəli surətdə araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərardan ”Ertagro” MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin ”Ertagro” MMC-nin direktoru X3 barəsində qəbul etdiyi 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ölkəyə idxal olunmuş qida məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə xx.xx.2023-cü il İD********** və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə 31 iyul 2023-cü il tarixli, 320/FN saylı qərardan görünür ki, "xxxx" MMC tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli İD********** saylı müraciət əsasında X2 idxal olunan çəkisi 18840 kq limon, 2448 kq portağal və 963 kq qreypfurt məhsulu xx.xx.2023-cü il tarixli AZ-21010078/LAB03-23111-T-111 nömrəli sınaq protokoluna əsasən analiz zamanı məhsulda karantin tətbiq olunan zərərli orqanizm “Citrus tristeza virus”-Sitrus tristeza virusu aşkar olunduğundan məhsul partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli, 280 nömrəli qərarının tələblərinə cavab vermir. Ona görə də, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunmuş 18840 kq limon, 2448 kq portağal və 963 kq qreypfurt məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmiş və həmin məhsul partiyası qəırarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş 31 iyul 2023-cü il tarixli "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış məktubdan görünür ki, həmin qida məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə "xxxx" MMC tərəfindən edilmiş xx.xx.2023-cü il tarixli İD********** saylı və xx.xx.2023-cü il tarixli İD********** saylı müraciətlərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsində baxılmışdır. Hər iki müraciət əsasında idxal olunmuş məhsul partiyasının serifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalara dair sınaq protokollarında karantin tətbiq olunan zərərli orqanizm aşkar olunduğundan məhsul partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli 280 nömrəli qərarın tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlə X2 idxalı həyata keçirilmiş 18840 kiloqram limon, 2448 kiloqram portağal, 963 kiloqram qreypfrut məhsul partiyası və xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında Türkiyə Respublikasından idxal olunan çəkisi 21800 kiloqram limon məhsulu partiyası barədə qəbul edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Agentliyin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, 320/FN və xx.xx.2023-cü il tarixli, 321/FN nömrəli qərarlar icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4 şikayət ərizəsində də, göstərmişdir ki, həmin məhsulların xarab olmasını gözləmədən, artıq labaratoriya nəticələrinin müsbət olduğunu düşünərək həmin məhsulların satışını həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli, 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması vəı verilmə Qaydaları”nın 2.1-ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Həmin qaydaların 2.21.3-cü yarımbəndinə əsasən yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilir. Göründüyü kimi "xxxx" MMC tərəfindən ölkəyə idxal edilmiş məhsul partiyasında karantin tətbiq olunan zərərli orqanizm “Citrus tristeza virus”-Sitrus tristeza virusu aşkar olunmuş, həmin məhsul partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli, 280 nömrəli qərarının tələblərinə cavab verməmiş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə 31 iyul 2023-cü il tarixli, 320/FN saylı qərarla "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, İD ********** nömrəli müraciət əsasında idxal olunmuş 18840 kq limon, 2448 kq portağal və 963 kq qreypfurt məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmiş və həmin məhsul partiyası qəırarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması qərara alınmış və bununla bağlı səlahiyyətli orqan tərəfindən "xxxx" MMC-ə rəsmi məlumat verilmişdir. Lakin buna baxmayaraq "xxxx" MMC analizin nəticələrini gözləmədən həmin malların satışını həyata keçirərək səlahiyyətli orqanın qanuni yazılı tələblərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ”Ertagro” MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin ”Ertagro” MMC-nin direktoru X3 barəsində qəbul etdiyi 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin "xxxx" MMC-nin direktoru X3 barəsində qəbul etdiyi 11 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar