Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-344/2023 28.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, X1 iclas katibliyi, Qazax Rayon Prokurorunun köməkçisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs, qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə və müdafiəçi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, Əminə Dilbazi küçəsi, ev 50-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Qazax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən tərtib edilmiş 28 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 2022-ci ilin noyabr-dekabr aylarında Qazax şəhəri M.Hüseyn küçəsində yaşayan qohumu Zərərçəkmiş şəxs evindən müxtəliv ev əşyaları oğurlamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır və rəsmi olaraq heç bir işlə məşğul olmur. Zərərçəkmiş şəxs babası Taryelin doğma qardaşıdır. Zərərçəkmiş şəxs qeyd etdiyi ünvan ünvan 2an başqa həyətdə mərhum babasının digər bir qardaşı Şahid yaşayır. Həyətdə yerləşən hər üç ev mərhum babası Taryelin anası mərhum Qanuni nümayəndə adına sənədləşmiş, Fatmanın vərəsəsi də Tahir olduğu üçün hər üç ev həyətyanı sahə ilə birlikdə Tahirin adına sənədləşmişdir. Hal hazırda Zərərçəkmiş şəxs oğurluq olduğunu bildirdiyi ev və torpaq sahəsinin üstündə məhkəmə prosesi gedir və həmin ev mübahisəli olduğu üçün iş Gəncə Apellyasiya Məhkəməsindədir. Zərərçəkmiş şəxs özü isə Bakı şəhərində yaşadığı üçün həmin mübahisəli evdə heç kəs yaşamır və onun yaşadığı evlə eyni həyətdə olduğu üçün o və ailəsi həmin evə nəzarət edir. 2022-ci ilin noyabr dekabr aylarında bacısı Abbasova Münəvvərlə həyətdə top oynayan zaman top Zərərçəkmiş şəxs qeyd etdiyi evin zirzəmisinə düşmüş. O da topun arxasınca zirzəminin açıq olan qapısından zirzəmiyə daxil olan zaman zirzəmidə yarasız aluminium və dəmir su qabları görmüşdür. Həmin vaxt borcu olduğu üçün və həmin əşyalarında yararsız olduqlarını düşündüyü üçün həmin əşyaları götürüb satmaq qərarına gəlmişdir. Həmin vaxt zirzəmidən 3-4 ədəd aluminium materialdan olan təxminən 50 sm uzunluğundan 1 sm qalınlığında və 1-2 sm enində lövhələri və zirzəmidə olan Məhəmmədin eyni həyətdə yaşayan qardaşı Tahirə məxsus 20 litr həcmində 3 ədəd kanistrləri götürüb yaşadığı evin qarşısına qoymuşdur. Hadisədən bir neçə gün sonra yaşadığı evin yaxınlığına gələn qırmızı rəngli, sürücüsünü və dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ 21011” markalı avtomobilin metal alqı satqısı ilə məşğul olduğunu görüb, həmin şəxsə yaxınlaşaraq həyətə qoyduğu əşyaları ümumilikdə 5 manata satmış və həmin 5 manatla da borcunu vermişdir. O əvvəllər heç bir oğurluq hadisəsi etməmişdir. O qeyd etdiyi əşyaları tək oğurlamış, hanında heç kəs olmamışdır. Zərərçəkmiş şəxs izahatında ona məxsus yaşayış olmayan evindən 1 ədəd 4 gözlü elektrik plitəsinin, 1 ədəd “ORSK” markalı soyuducunun motorunun, 1 ədəd “Raduqa” markalı radioqbuledicinin içərisində olan hissələri, 2 ədəd çuqun materialdan hazırlanmış qaz sobalarınının, 1 ədəd “Krım 104” markalı televizorun içərisində olan hissələrinin, 2 ədəd xrustal materialdan hazırlamış kubok formalı güldanların, 1 ədəd 4 cərgəli ulduz formalı çılçırağın, 3 ədəd aluminium materialdan hazırlanmış su bidonların, 1 ədəd dəmir materialdan hazırlanmış qazan formalı su qabının, 1 ədəd süni yundan hazırlanmış 6x2 metr ölçüdə kilimin, 1 ədəd 2,5x1,5 metr ölçüdə xalçanın, 2 ədəd çuqun materialdan hazırlanmış tavaların, 300 ədəd keçmiş SSRİ istehsalı olan çəngəl-bıçaq-qaşıq dəstinin, 300 ədəd keçmiş SSRİ istehsalı olan müxtəlif ölçülü boşqabların, 1 ədəd “LG” markalı televizorun içərisində olan bütün hissələrin, divan üzlüyünün, 2 ədəd döşək üzlüklərinin, 1 ədəd 5 litr həcmində qaz balonunun, 1 ədəd 5 litr həcminə qazanın oğurlamasını göstərməsi barədə onu deyə bilər ki, Zərərçəkmiş şəxs izahatında yalan göstərmiş, həmin evdə olan bütün yararlı əşyaları əvvəlcədən aparmışlar, hətta bəzi əşyaları o anadan olmamışdan da əvvəl evdən aparmışlar. Qeyd edilən əşyaların heç biri evdə olmamış qeyd edilən əşyaları, çuqun materialdan hazırlanmış çuqun materialdan olan sobaları götürməyə gücü çatmaz. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Bakı şəhərində yaşasa da Qazax şəhəri M.Hüseyn küçəsi ev 41 ünvanında ona məxsus yaşayış evi vardır. Həmin ev əvvəllər atasına məxsus olduğu üçün digər qardaşlarıda həmin evə iddia irəli sürmüşlər. Bu səbəbdən işə Gəncə Apellyasiya Məhkəməsində baxılsa da qərardan narazı olduğu üçün qardaşı Şahid Ali Məhkəməyə şikayət etmişdir. O il ərzində bir neçə dəfə gəlib M.Hüseyn küçəsində yerləşən evdə qalır. Sonuncu dəfə təxminən 4 ay bundan əvvəl gəlib ona məxsus evdə qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhərindən işi olduğu üçün Qazax şəhərində yerləşən evinə gəlmişdir. O evə daxil olduqda evin içərisində olan əşyaların bir neçəsinin oğurlandığını aşkar etmişdir. O bu barədə dərhal polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlib evə baxış keçirən zaman pəncərədən daxil olma yolu ilə evə girilərək naməlum şəxs və ya şəxslər tərəfindən 1 ədəd 3 litrlik qaz balonunun və 3 ədəd aluminium 10 litrlik su qabının oğurlandığını aşkar etmişdir. Bundan başqa 1 ədəd 30 il bundan əvvəl alınmış, keçmiş SSRİ istehsalı olan 4 gözlü elektrik plitəsi, 1 ədəd 1988-ci il də alınmış keçmiş SSRİ istehsalı olan “ORSK” markalı soyuducunun motoru, 1 ədəd 1970-ci ildə alınmış keçmiş SSRİ istehsalı olan “Raduqa” markalı radioqbuledicinin içərisində olan hissələri, 1 ədəd 1970-ci ildə alınmış keçmiş SSRİ istehsalı olan iki ədəd çuqun materialdan hazırlanmış qaz sobalarını, 1 ədəd 1978-ci ildə alınmış keçmiş SSRİ istehsalı olan “Krım 104” markalı televizorun içərisində olan hissələri, 2 ədəd keçmiş SSRİ istehsalı olan xrustal materialdan hazırlamış kubok formalı güldanları, 1 ədəd 1982-ci ildə alınmış keçmiş SSRİ istehsalı olan 4 cərgəli ulduz formalı çılçırağı, 1980-ci ildə alınmış keçmiş SSRİ istehsalı olan, 3 ədəd aluminium materialdan hazırlanmış su bidonları, 1 ədəd 2000-ci ildə alınmış Azərbaycan Respublikası istehsalı olan dəmir materialdan hazırlanmış qazan formalı su qabı, 1 ədəd 2010-cu ildə alınmış Azərbaycan Respublikası istehsalı olan süni yundan hazırlanmış 6x2 metr ölçüdə kilimi, 1 ədəd 1960-cı ildə alınmış keçmiş Azərbaycan SSR istehsalı olan 2,5x1,5 metr ölçüdə xalçanı, 2 ədəd 1970-ci ildə alınmış keçmiş SSRİ istehsalı olan çuqun materialdan hazırlanmış tavaları, 1980-ci ildə alınmış 300 ədəd keçmiş SSRİ istehsalı olan çəngəl-bıçaq-qaşıq dəsti, 1980-ci ildə alınmış 300 ədəd keçmiş SSRİ istehsalı olan müxtəlif ölçülü boşqablar, 1 ədəd 1998-ci ildə alınmış Cənubi Koreya Respublikası istehsalı olan “LG” markalı televizorun içərisində olan bütün hissələri, 2015-ci ildə alınmış Azərbaycan Respublikası istehsalı olan divan üzlüyü, 2 ədəd 2015-ci ildə alınmış Azərbaycan Respublikası istehsalı olan döşək üzlükləri, 1 ədəd 2000-ci ildə alınmış İran İslam Respublikası istehsalı olan 5 litr həcmində qaz balonu, 1 ədəd 2000-ci ildə alınmış Azərbaycan Respublikası istehsalı olan aluminium materialdan hazırlanmış 5 litr həcminə qazan oğurlanmışdır. Onun yaşadığı mənzilin bir pəncərəsi sındırılmış, sonradan həmin yerə başqa bir pəncərə salınmış, digər yerlərdə zədə izləri və sair yoxdur. Həmin oğurlanmış əşyalarla bağlı o qonşularından soruşan zaman, qonşular ona bildirmişlər ki, qardaşı Tahirin nəvəsi Şəxs bir neçə gün əvvəl 3-4 ədəd aluminium lövhələri və 3 ədəd kanistrləri dəmir alan tanımadıqları şəxsə satmışdır. Bu zaman ona məlum olmuşdur ki, evindən oğurlanmış əşyaların hamısını Şəxs Namiq oğlu aparmışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Evindən oğurlanmış əşyaları tələb edir. Şəxs şikayətçidir. Ona görə də, Şəxs Namiq oğluna həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. Şəxs onun nəvəsi, Zərərçəkmiş şəxs isə doğma qardaşıdır. Qazax şəhəri M.Hüseyn küçəsi ev 41 ünvanında yerləşən ev atasına məxsus olmuşdur. Hazırda digər qardaşlarıda həmin evə iddia irəli sürmüşlər. Həmin evlə bağlı məhkəmə prosesi davam edir. Oğurluq hadisəsi ilə bağlı onu qeyd edə bilər ki, Şəxs Qazax şəhəri M.Hüseyn küçəsi ev 41 ünvanında yerləşən evdən götürdüyü 3-4 ədəd aluminium materialdan olan təxminən 50 sm uzunluğundan 1 sm qalınlığında və 1-2 sm enində lövhələri və zirzəmidə olan 20 litr həcmində 3 ədəd kanistrlər məhz ona məxsusdur. Yəni qardaşı Zərərçəkmiş şəxs məxsus deyil. Şəxs əvvəllər heç bir oğurluq hadisəsi etməmişdir. Həmçinin Məhəmmədin evindən aparılan digər əşyalarla bağlı onu deyə bilər ki, həmin əşyaları Şəxs apara bilməz. Ona görə ki, Şəxs oğurluqla məşğul olmur, həmçinin Ərəb Abasov yetkinlik yaşına çatmamışdır, yəni uşaqdır. Qeyd edilən əşyaları evdən oğurlamağa və daşımağa Şəxs gücü çata bilməz. Məhkəmə iclasında Qazax rayon prokurorunun köməkçisi X3 çıxış edərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs Zərərçəkmiş şəxs qeyd etmiş olduğu Qazax şəhəri M.Hüseyn küçəsi ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olmaması kimi qiymətləndirilmiş, Şəxs əməlində inzibati xəta tərkibinin olması səbəbindən barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə təqdim edilmiş, Şəxs qanunsuz yolla əldə etmiş olduğu əşyaları satmış olduğu şəxsin müəyyən edilərək əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozması səbəbindən barəsində Azərbaycan Respublikası İXM-nin 457-1.1.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Qazax RPŞ-nin İTB-nə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 22 avqust 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraat açılması” haqqında qərardan görünür ki, Şəxs barəsində inzibati iş üzrə icraat açılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş ARƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı X2 Qazax rayon Qəbul Şöbəsinin verdiyi məktubdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş AA******* seriyalı şəxsiyyət vəsiqəsindən və AZ-İ№898576 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı ildə doğulmuş Şəxs anası Qanuni nümayəndədır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Məhkəmə- Əmtəəşünaslıq mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4391 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 7 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayından 2023-cü ilin aprel ayına qədrorta bazar qiyməti ilə ümumi dəyərinəzəri hesablama yolu ilə təxminən 300,00 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəmə barəsində inzibati icraat aparılan yetkinlik yaşına çatmayan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahid izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxsin, şahidin izahatları, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları, həmçinin məhkəmə tərəfindən öyrənilmiş Qazax RPŞ-də toplanmış HK-1, 541 saylı material ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Odur ki, yetkinlik yaşına çatmayan şəxs Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 2022-ci ilin noyabr-dekabr aylarında Qazax şəhəri M.Hüseyn küçəsində yaşayan qohumu Zərərçəkmiş şəxs evindən müxtəliv ev əşyaları oğurlamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə iş materiallarını araışdırıb törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, həmçinin barəsində inzibati icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş AA******* seriyalı şəxsiyyət vəsiqəsindən və AZ-İ№898576 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı ildə doğulmuş Şəxs anası Qanuni nümayəndədır. Göründüyü kimi Şəxs yetkinlik yaşına çatmayan şəxs olmaqla 17 yaşı vardır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsaəsn hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs yetkinlik yaşına çatmaması iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28, 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və оnа gün ərzində 3 (üç) saatdan çox olmayaraq 180 (bir yüz səksən) sааt ictimаi işlər növündə inzibаti tənbeh təyin edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərar rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-344/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-344/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver