Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-345/2023 04.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X5 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarından X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X5 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. X7 barəsində qəbul edilmiş həmin inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X7 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, tikinti apardığı sahə qayınanası, şəhid anası X3 məxsusdur. Qayınanası Pərviz-fermer təsərrüfatı-1 MMC-nin təsisçisi və direktorudur. Belə ki, 16 fevral 1996-cı il tarixli57 nömrəli Sərəncam ilə Abşeron Rayonu, Qobustan qoyun savxozu 13 nömrəli qış otlaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 10.0 ha torpaq sahəsi ayrılmış və 15 dekabr 2005-ci il tarixdə JN-0186 KOD 30802028 olmaqla şəhadətnamə verilmişdir. xx.xx.2013-cü il tarixdə №114 saylı Bakı şəhər İH-nin sərəncamı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə yaşayış binasının tikintisini layihələşdirilməsinə icazə verilməsi haqqında” qərardan sonra şəhid anasının hüquqları tapdalanmaqla, ondan heç bir razılıq almadan və kompensasiya verilmədən ümumi sahədən 3.0 ha torpaq sahəsi Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daimi istifadəsinə verilmiş və həmin ərazidə yüksək mərtəbəli yaşayış yeri tikilmişdir. Belə ki, qanunsuz tikinti hesab edilən sahə şəhid anası və qayınanası X3 məxsusdur və onlar öz ərazilərində yalnız hasar çəkmişlər, ev tikməmişlər və torpağın təyinatı üzrə təsərrüfat işi görülməsi ilə əlaqədar ərazini hasara almışlar. Onlara yaxın ərazidə yaşayış evləri var və əhalinin gedib-gələn yoludur. Belə olan halda onlar açıq ərazidə torpaq sahəsi üzərində əkin əkə bilməzdi. Bundan başqa Qaradağ Rayon İcra Hakimiyyəti 09 avqust 2023-cü il tarixli məktubunda Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru F.Bağırov tərəfindən onun barəsində MN№181968 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında işə baxılmasının xx.xx.2023-cü il tarixə saat 12:00-da baxılması barədə məlumat məktubunun ona göndərilməsi və qeyd olunan müddətdə icra hakimiyyətinəgəlməsi barədə məlumat ona xx.xx.2023-cü il tarixdə göndərmə tarixinin qeyd olunması, təsdiq edir ki, protokol onun iştirakı olmadan tərtib olunmuşdur. Həmçinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Qaradağ Rayon İcra Hakimiyyətində baxılan zaman, yəni araşdırma aparılan zaman ona məlumat verilməmiş və qərar qəbul edilən zaman onun iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən verdiyi şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X5 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxs X2 izahatını dinləyib, şikayətin dəlillərini Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X5 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında iş üzrə qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X5 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli və X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həm şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatında, həmdə Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarında olan foto şəkillərdən görünür ki, qeyd edilən ərazidə tikinti obyekti və ya hər hansı bina deyil, məhz hasar inşa edilmişdir. Bundan başqa məhkəmə tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, Ramil Paşayev tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsi Qaradağ Rayon Polis İdarəsi tərəfindən aşkar edilmişdir. Lakin səlahiyyətli orqan tərəfindən qeyd edilən inzibati xəta hadisəsi ilə bağlı, yəni inzibati xətanın aşkar edilməsi ilə bağlı hər hansı akt tərtib edilməmiş və ya tərtib edilmiş akt səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 18 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, Ramil Paşayev tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsi ilə bağlı tərtib edilmiş protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin inzibati xəta haqqında protokolda inzibati xətanın baş verdiyi gün, ay, il göstərilməmiş, həmçinin həmin protokolun tərtib edilməsi üçün əsas olmuş mötəbər sübutlar həmin protokolda göstərilməmişdir. Səlahiyyətli orqan yalnız fotoşəkilləri əsas tutaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin protokolun “müəyyən edildi” hissəsində göstərilmişdir ki, X7 qeyri qanunu tikinti işləri aparmışdır. Nəzərə alsaq ki, Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinədə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi həmin ərazidə tikinti obyekti və ya hər hansı bina deyil, məhz hasar inşa edilmişdir. Yəni inzibati xəta haqqında protokolda göstərilən hal, yəni “X2 qeyri qanunu tikinti işləri aparması” məhz hansı aktla və ya digər müvafiq sənədlərlə təsdiq edilməsi ilə bağlı hər hansı mötəbər sübut inzibati xəta haqqında protokolda göstərilməmişdir. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bundan başqa X1 Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə izahat verərəkən bildirmişdir ki, həmin ərazi onun qayınanasına məxsudur, həmin əraziyə iki tərəfli hasar çəkmiş, digər iki tərəfi isə ətrafdakı qonşular çəkmişdir. Göründüyü kimi Ramil Paşayev qeyd edilən ərazidə hər hansı tikinti obyekti inşa etməsi onun verdiyi izahatında belə öz təsdiqini tapmır. Lakin səlahiyyətli orqan tərəfindən bu hallar nəzərə alınmadan inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Qaradağ Rayon İcra hakimiyyətinə göndərilmişdir. Şikayət vermiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində baxılan zaman, yəni araşdırma aparılan zaman ona məlumat verilməmiş və qərar qəbul edilən zaman onun iştirakı təmin edilməmişdir. Nəzərə alsaq ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Ramil Paşayevə ünvanlanmış 27 iyul 2023-cü il tarixli, 5-13/2-724 2023 saylı məktubdan görünür ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsi tərəfindən Ramil Paşayevin barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola baxılması üçün X8 Rayon İcra Hakimiyyətinə dəvət edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Ramil Paşayevin İcra hakimiyyətinə dəvət edilməsi ilə bağlı həmin məktub iş materiallarına əlavə edilsə də, həmin məktubun Ramil Paşayevə çatdırılması ilə bağlı poçt xəbərnaməsi iş materiallarına əlavə edilməmişdir. Belə olan halda müəyyən olunur ki, həmin məktub iş materiallarına formal olaraq əlavə edilmiş, məktub Ramil Paşayevə çatmamış və nəticədə Ramil Paşayevin barəsində araşdırma aparılan zaman iştirakı təmin edilməmişdir. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ramil Paşayevin barəsində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən, törədilməsi iddia olunan inzibati xətanın Ramil Paşayev tərəfindən törədilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, həmçinin Ramil Paşayevin əməlində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinin tərkibi olmadığından, sonuncunun barəsində tərtib edilmiş protokola baxılıb qərar qəbul edilən zaman, yəni araşdırma aparılıb qərar qəbul edilən zaman onun iştirakı təmin edilmədiyindən və barəsində qərar qəbul edilən zaman səthi araşdırma aparıldığından Ramil Paşayev tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X5 X2 barəsində qəbul etdiyi 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilməli və X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini X5 X2 barəsində qəbul etdiyi 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin. X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-345/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-345/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver