Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-347/2023 30.08.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1989-cu ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bundan başqa Qazax RPŞ-nin Polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 30 avqust 2023-cü il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 avqust 2023-cü il tarixdə, saat 23:10 radələrində Qazax şəhəri, Azadlıq küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bundan başqa Qazax RPŞ-nin Polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 30 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 avqust 2023-cü il tarixdə, saat 23:10 radələrində Qazax şəhəri, Azadlıq küçəsində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmiş, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ağstafa rayo nu Köçəsgər kəndində ailəsi ilə birlikdə yaşayır. 29 avqust 2023-cü il tarixə ailə üzvləri və yaxın qohumları ilə birlikdə Qazax şəhərinə qonaq gəlmişdir.Qazax şəhərində spirtli içki qəbul etmişdir. Saat təxminən 23:10 radələrində özünə məxsus olan “Mercedes Benz” Vito markalı, 99VK204 dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa şəhərinə getmək istəyən zaman Qazax şəhəri Azadlıq küçsində DYPB-nin əməkdaşları ona işarə edərək avtomobili saxlamasını bildirmişlər. Bu zaman o avtomobili saxlamış, polis əməkdaşı ona yaxınlaşdıqda avtomobilin pəncərəsini nisbətən endirmiş, şəxsi telefonu vasitəsi ilə video çəkiliş edərək polis əməkdaşını dinləmişdir. Polis əməkdaşından onu nə üçün saxladığını soruşmuş, polis əməkdaşı isə ona bildirmişdir ki, idarə etdiyi avtomobilin arxa işığı yanmır. O, polis əməkdaşına onu əsassız olaraq saxladığını demişdir. Bu zaman polis əməkdaşı ondan avtomobildən düşməsini tələb etmişdir. O avtomobildən düşmək istəməmiş və buna görə də polislə aralarında mübahisə yaranmışdır. Əsəbi olduğu üçün polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətməyə başlamışdır. Polis əməkdaşı ona avtomobildən düşməsini və nalayiq ifadə işlətməməsini bildirmişdir. Lakin o həm əsəbi, həm də sərxoş olduğu üçün öz hərəkətlərini davam etdirmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə PPXB-nün əməkdaşları gəlmişdir. PPXBnün əməkdaşları gələn zaman o avtomobildən düşmüş və yenədə polislərə qarşı nəlayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları onu Qazax Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə getməkdən imtina etmişdir. Polis əməkdaşları onu məcburi qaydada Qazax RPŞ-nə aparmaq istəyən zaman avtomobildə əyləşən anası və xalası avtomobildən düşərək polis əməkdaşları ilə mübahisə edərək müqavimət göstərmişlər. Mübahisə zamanı anası və xalası polisin geyimini cırmış, polislərə əl-qol atmışlar. O isə bir nəfər polisin sağ qoluna təpiklə vurmuşdur. Daha sonra onu xidməti avtomobilə mindirərək Qazax RPŞ-nə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Sərxoş olmuş hərəkətlərini dərk etməmişdir. Bir daha belə hərəkətlərə yol verməyəcini bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 izahat verərək bildirmişdir ki, Qazax Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı vəzifəsində işləyir. 29 avqust 2023-cü il tarixdə saat 23:10 radələrində Qazax RPŞ-nin DYPXB-nin əməkdaşı polis baş serjantı Zərərçəkmiş şəxs2 ilə birlikdə xidmətdə olan zaman Qazax şəhəri Azadlıq küçəsində “Mercedes Benz” Vito markalı 99 VK204 dövlət qeydiyyat nişanlı avtomobilin arxa işıq sistemi nasaz olduğu üçün tərəfindən mayak və səsgücləndirici vasitəsi ilə xəbərdarlıq edərək avtomobili saxlamışdır. Sürcüyə yaxınlaşaraq özünü təqdim edib ondan sənədlər təqdim etməsini xahiş etmişdir. Sürücü avtomobilin şüşəsini bir qədər aşağı endirərək onu öz telefonu vasitəsi ilə videoya çəkməyə başlamışdır. Onunla söhbəti davam etdirən zaman sürücüdən kəskin spirt iyisi gəldiyini hiss etmişdir. Sürücü həmin vaxt videoçəkiliş dərək ona hədə qorxu gəlib, digər polis əməkdaşı Elvin və onunla qeyri səmimi rəftar etdiyi üçün dəfələrlə nizam-intiama dəvət etmişlər. Lakin sürücü onlarla uca səslə danışmağa və onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar sürücüyə avtomobildən düşməsini, nalayiq ifadələr işlətməməsini və birlikdə Qazax RPŞ-nə getmələrini bildirmişlər. Lakin sürücü avtomobildən düşməmiş, polis şöbəsinə getməyəcəyini deyərək öz hərəkətlərini davam etdirmiş, yəni uca səslə onların ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Buna görə də, efir vasitəsi liə PPXB-nü hadisə yerinə çağırmışlar. Hadisə yerinə polis nəfərləri Zərərçəkmiş şəxs1, Taleh Bağırov, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 gəlmişlər. Sürücü hadisə yerinə gələn polis əməkdaşlarına qarşı da nalayiq ifadə işlətməyə başlamışdır. PPXB-nün əməkdaşları həmin şəxsə yaxınlaşaraq nizam intizamlı olmasını, nalayiq ifadə işlətməməsini və onlarla birlikdə Qazax RPŞ-nə getməsini bildirmişlər. Lain sürücü polisə getməkdən imtina edərək avtomobildən düşmüşdür. Avtomobildən düşən zaman PPXB-nün əməkdaşları sürücünü xidməti avtomobilə əyləşdirmək istəyən zaman avtomobildən iki nəfər tanımadığı qadın düşərək polislərə müqavimət göstərmiş, əl-qol ataraq polisin qanuni işinə mane olmuşdur. Həmin vaxt sürücü polis nəfəri Zərərçəkmiş şəxs5 sağ əlinə təpiklə vurmuş, qadınlar isə əl-qol ataraq digər polis əməkdaşlarına xəsarətlər yetirmişlər. Daha sonra sürücü məcburi qaydada PPXB-nün xidməti avtomobilə əyləşdirilmiş və polis şöbəsinə aparılmışdır. Qazax RPŞ-də sürücünün Ağstafa rayon sakini Şəxs olması mlum olmuşdur. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax DYPB-nin YPX-nin polis əməkdaşları Zərərçəkmiş şəxs2 izahatında digər Zərərçəkmiş şəxs3 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş və Şəxs şikayətçi olduğunu, həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, Qazax RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. 29 avqust 2023-cü il tarixdı, saat 23:15 radələrində Qazax RPŞ-nin PPXB-nün polis nəfərləri Taleh Bağırov, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5la birlikdə xidmətdə olan zaman DYPBnin YPX-nin əməkdaşlarının efir vasitəsi ilə Qazax şəhəri Azadlıq küçəsində hadisə olmasını və kömək istədiklərini eşitmişlər. Dərhal hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerinə çatan zaman görmüşlər ki, “Mercedes Benz” Vito markalı, 99VK204 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə DYPB-nin YPX-nin əməkdaşlarının arasında mübahisə yaranıb və sürücü ucadan polisin ünvanına nalayiq ifadə işlədir. Onlar həmin şəxsə yaxınlaşaraq nizam intizamlı olmasını, nalayiq ifadə işlətməməsini və onlarla birlikdə Qazax RPŞ-nə getməsini bildirmişlər. Lakin sürücü polisə getməkdən imtina edərək avtomobildən düşmüşdür. Avtomobildən düşən zaman onlar sürücünü xidməti avtomobilə əyləşdirmək istəyən zaman avtomobildən iki nəfər tanımadığı qadın düşərək polislərə müqavimət göstərmiş, əl-qol ataraq polisin qanuni işinə mane olmuşdur. Həmin vaxt sürücü polis nəfəri Zərərçəkmiş şəxs5 sağ əlinə təpiklə vurmuş, qadınlar isə əl-qol ataraq onun sifət nahiyəsinə xəsarətlər yetirmişlər. Digər polis əməkdaşı Zərərçəkmiş şəxs4 isə geyim formasını cırmışdır. Daha sonra sürücü məcburi qaydada PPXB-nün xidməti avtomobilə əyləşdirilmiş və polis şöbəsinə aparılmışdır. Qazax RPŞ-də sürücünün Ağstafa rayon sakini Şəxs olması məlum olmuşdur. Hazırda Şəxs şikayətçidir. Həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qazax PPXB-nün əməkdaşları Zərərçəkmiş şəxs5 Elmar oğlu və Zərərçəkmiş şəxs4 digər polis əməkdaşı Zərərçəkmiş şəxs1 izahatına uyğun izahat verərək deyilənləri bir daha təsdiq etmiş, Şəxs şikayətçi olduqlarını və həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 29 avqust 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 avqust 2023-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Ağstafa rayon Qəbul şöbəsinin verdiyi 30 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Ağstafa rayon Qəbul şöbəsindən heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 avqust 2023-cü il tarixli, 61 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs 30 avqust 2023-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi özünün etiraf edici izahatı, zərərçəkmiş şəxslərin izahatları və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 29 avqust 2023-cü il tarixdə, saat 23:10 radələrində Qazax şəhəri, Azadlıq küçəsində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşlarını təhqir etmiş, ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibatik xətanı sərxoş halda törətməsi isə iş üzrə onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət yaranır. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət yaranır Göstərilənlərə əsasən məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 29 avqust 2023-cü il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-347/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-347/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver